Depressiya: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil tətbiqetmə vasitəsilə redaktə
kRedaktənin izahı yoxdur
Sətir 4: Sətir 4:
|Yunanca =
|Yunanca =
| Image = Vincent Willem van Gogh 002.jpg
| Image = Vincent Willem van Gogh 002.jpg
| Caption = Vinsenta Van Qoq sonuncu rəsm əsərlərindən olan "Əbədiyyətin astanasında" sıxıntı və ümidsizliyi əks etdirib (O, həmin əsəri ərsəyə gətirdiyi il özünə qəsd edib).
| Caption = Vinsenta Van Qoqun sonuncu rəsm əsərlərindən biridir. O bu rəsmdə "Əbədiyyətin astanasında" sıxıntı və ümidsizliyi əks etdirib (O, bu əsəri ərsəyə gətirdiyi il özünə qəsd edib).
| DiseasesDB = 3589
| DiseasesDB = 3589
| ICD10 = {{ICD10|F|32||f|30}}, {{ICD10|F|33||f|30}}
| ICD10 = {{ICD10|F|32||f|30}}, {{ICD10|F|33||f|30}}

10:46, 12 iyul 2017 tarixinə olan versiya

Böyük depressiv pozğunluq
Vinsenta Van Qoqun sonuncu rəsm əsərlərindən biridir. O bu rəsmdə "Əbədiyyətin astanasında" sıxıntı və ümidsizliyi əks etdirib (O, bu əsəri ərsəyə gətirdiyi il özünə qəsd edib).
Vinsenta Van Qoqun sonuncu rəsm əsərlərindən biridir. O bu rəsmdə "Əbədiyyətin astanasında" sıxıntı və ümidsizliyi əks etdirib (O, bu əsəri ərsəyə gətirdiyi il özünə qəsd edib).
XBT-10 F32., F33.
XBT-10-KM F33, F32, F32.9, F33.9
XBT-9 296
XBT-9-KM 296.30[1][2], 296.20[1][2], 296.2[1][2], 296.3[1][2]
OMIM 608516
DiseasesDB 3589
MedlinePlus 003213
eMedicine med/532 
MeSH D003865
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İndiki vaxtda hər keçən gün bir az daha sıx rast gəlməyə başladığımız bir narahatlıq olan Depressiya (ruhi çöküntü); ümumiyyətlə ətrafımızda meydana gələn hadisələrə bir reaksiya olaraq ortaya çıxar. Bazarertəsi səhərləri yaşadığımız keçici çətinliklərdən, dərin romantik itkinlərin yaşandığı və psixiatr müdaxiləsi tələb edən ağır hadisələrə qədər bir çox narahatlıq depressiya olaraq adlandırılır. Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəaxalq Təsnifatı - 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir. Depressiyanı təyin etmək üçün həmçinin özünüqiymətləndirmə depressiya testləri də istifadə edilir.

İnsanlar zaman zaman özlərini hüznlü və bədbəxt hiss edərlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır. Ancaq bu hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edər. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər.

Depressiya hər yaşda hər fərd də görülə biləcək ruhi bir xəstəlikdir. Genetik və ya biokimyasal səbəblər, ətraf şərtləri və psixososial çətinliklər, məcbur qalmalar depressiyanın başlamasında faktor ola bilər. Müalicə edilmədiyi vəziyyətdə fərdin həyatını ümidsiz, pessimist, böhran içində keçirməyə başlamasına səbəb yaradaraq, depressiv psixoz olaraq təyin olunan gerçəkləri görməyəcək qədər böhrana qədər çata bilər. Cəmiyyətin hər seqmentində görülə bilər. Psixiatrik xəstəliklər arasında ən sıx rast gəlinən bir mənzərədir.

Həyat boyunca hər 100 kişidən 10-nun və hər 100 qadından 20-nin depressiya keçirdiyi araşdırmalarla müəyyən olunmuşdur.

Bir neçə elmi depressiya və bəzi kənd təsərrüfatı pestisidlərin arasında statistik ilişki tapmışdır[3].

Depressiyanın əlamətləri

Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəaxalq Təsnifatı - 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir. Depressiv pozuntu diaqnozunun qoyulması üçün depressiv simptomlar 2 həftədən az olmayan müddətdə qeyd olunmalıdır. İstisna hal kimi ağır depressiv epizodun kəskin başlanğıcı ola bilər ki, bu zaman müvafiq simptomların daha qısa müddət davam etməsinə baxmayaraq diaqnoz təyin edilə bilər.

Depressiyanın əsas simptomlarına aiddir:
• əhvali-ruhiyyənin enməsi (bütün gün ərzində və ya günün çox hissəsi ərzində);
• marağın və zövq (həzz) alma hissinin itirilməsi;
• fəallığın azalması və tez yorulma;
Depressiyanın əlavə simptomlarına aiddir:
• diqqəti cəmləşdirmək qabiliyyətinin enməsi;
• özünüqiymətləndirmənin və özünə inamın enməsi;
• qeyri-adekvat günahkarlıq və özünü kiçiltmə fikirləri;
• gələcəyə bədbin və ümidsiz baxışlar;
• özünəxəsarətə və ya suisidə yönəlmiş fikirlər və ya hərəkətlər;
• yuxunun pozulması;
• iştahanın azalması.

Depressiv simptomların sayından və onların ifadə dərəcəsindən asılı olaraq ayırd edilir:
Yüngül dərəcəli depressiv epizod (F32.0)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 2 əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların heç biri əhəmiyyətli dərəcədə nəzərə çarpan olmamalıdır;
Orta dərəcəli depressiv epizod (F32.1)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 3 (əksər hallarda 4) əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların bir neçəsi əhəmiyyətli dərəcədə nəzərə çarpa bilər (əgər simptomlar çoxdursa, bu, mütləq kriteri hesab olunmur).
Ağır dərəcəli depressiv epizod (F32.2)
• Hər 3 əsas simptom müşahidə olunmalıdır;
• Bundan əlavə bir qismi ağır olmaqla 4 və ya daha çox əlavə simptom müşahidə edilir.

Depressiyanın müalicəsi

Depressiyanın iki əsas müalicə üsulu var: dərman müalicəsi və psixoterapiya.
Depressiyanın müalicəsində istifadə olunan psixoterapiya metodlarına koqnitiv-biheyvioral psixoterapiya, interpersonal (şəxslərarası) psixoterapiya və psixodinamik psixoterapiya aiddir[4].

Mənbə

  1. 1 2 3 4 Disease Ontology (ing.). 2016.
  2. 1 2 3 4 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. Bax "Scientific articles" ilə http://www.antipesticide.net
  4. Depressiya: əsas simptomlar, depressiya testi, onlayn konsultasiya, müalicə, psixoterapiya.

Xarici keçidlər

Azərbaycan dilində online depressiya testi
Mentalhealth.az - Psixi Sağlamlıq: Azərbaycanın məlumat-məsləhət saytı
Odlarmed.com
Psixologiya.tr.gg
Psixologiya-oleandr.blogspot.com
Psikoloji-psikiyatri.com
Psikolojidr.com