Qazi (islam)
Qazi (ərəbcə: غازى), İslamda qəzada və ya qəzavətdə iştirak edənlərə verilən addır. İslamiyyətdə bildirilir ki, qazi üçün qəzada alınan qənimət dini bir mükafatdır. Qənimətin beşdə dördünün birbaşa döyüşdə olub-olmamasından asılı olmayaraq, döyüşə hazır olan əsgərlər arasında bölünməsi lazımdır.
Modern Azərbaycan dilində məna dəyişikliyinə uğramış və “müharibədə iştirak etmiş şəxs” mənasına gəlmişdir.