Erix Fayql

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 03:28, 17 avqust 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Erix FayqlAvstriya taixçisi.

Həyat və fəaliyyəti

Erix Fayql 24 sentyabr 1931-ci il-də Vyanada anadan olmuşdur.

E.Fayql [[|]]türk tarixini, mədəniyyətini tədqiq edən tanınmış alimdir. 60-dan çox sənədli filmin və 20-dən çox kitabın muəllifidir. E.Fayql türk xalqlarının tarixini, mədəniyyətini özündə əks etdirən “Doğu Turkistan” və ya “Min bir hakimiyyət”, Osmanlı İmperiyasının yarandığı andan süqutuna kimi bir dövrü əhatə edən “Türklərin gəldikləri yerlər və türklərin getdikləri yerlər”, ermənilərin tarix boyu türklərin başına açdığı müsibətlərdən danışan “Erməni terrorizmi”ni əks etdirən bir sıra sənədli filmlərin müəlliflərindən biridir.

Onun fundamental əsərlərindən biri hesab olunan “Bir Terrorun Əfsanəsi” 5 dildə – alman, ingilis, fransız, türk və rus dillərində nəşr edilmişdir.

E.Fayql mütəmadi olaraq Avropa ölkələrində (Türkiyə, Almaniya, Avstriya) erməni probleminə həsr edilmiş elmi praktiki konfranslarda, seminarlarda iştirak etmişdir. 2005-ci ildə “Qondarma erməni soyqırımının 90 illiyi” münasibətilə Avstriyada “Tərs Təpki” adlı kitab dərc etdirmişdir.

2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin Avstriya Respublikasına rəsmi səfəri zamanı professor E.Fayqla görüşmüşdür. 2001-ci ildə E.Fayql Dünya azərbaycanlılarının I qurultayında iştirak etmişdir.

2005-ci ildə Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıya səfər etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdür. Bu səfər zamanı ona Azərbaycan İqtisadiyyat Universitetinin fəxri doktoru adı verilmişdir.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

2007-ci ildə vəfat etmişdir.


Xarici keçidlər

http://diaspora.gov.az/index.php?options=content&id=535