Konstantin Karatodori

Vikipediya, azad ensiklopediya
Yaşar Zeynal (müzakirə | töhfələr) tərəfindən edilmiş 20:09, 14 noyabr 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Konstantin Karatodori
alm. Constantin Carathéodory
Doğum tarixi 13 sentyabr 1873(1873-09-13)[1][2]
Doğum yeri
Vəfat tarixi 2 fevral 1950(1950-02-02)[3][1][…] (77 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti riyaziyyatçı, universitet müəllimi[d]
Elmi dərəcəsi
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konstantin Karatodori (yun: Κωνσταντίνος Καραθεοδωρή) (13 sentyabr 1873, Berlin, Alman İmparatorluğu – ö. 2 fevral 1950, Münih, Qərb Almanya) Yunan əsilli Alman riyaziyyatçı.

Həyatı

[6] [7] Atası Osmanlı Dövlətinin Brüksel böyükelçisi olan Karatodori, Berlin'də doğuldu, Brüksel'də böyüdü. Özü Osmanlı dövlətində ictimai xidmətlərdə vəzifə almış Karatodori ailəsinə mənsubdur. Bu səbəbdən Konstantin Karatodori bir Osmanlı vətəndaşı idi. Anaları öldükdən sonra atası Brükseldə Alman bir uşaq baxıcısı tutdu və bacısı Julya ilə birlikdə Almanca danışmağa başladı.

Təhsili

1881-dən 1891-ci ilə qədər dəyişik məktəblərdə təhsil aldı. Belçika'nın ən yaxşı riyaziyyatçı şagirdi seçildi. Əsgərliyi mühəndis olmaq üzrə École Militairedə Belgique məktəbində və École d'Application məktəbində 1891-1896-cı illər arasında davam etdi. 1897-ci ildə Osmanlı-Yunan Döyüşü başlayınca atasının Osmanlı hökümətinin bir işçisi olması səbəbilə duyğusal qarışıqlar yaşadı. Britaniya koloniya xidmətində işə girərək 1900-ci ilə qədər Misirin Asyut kəndində işlədi. 1900-ci ildə Berlin Universitetini, 1902-ci ildə Göttingen Universitetini bitirdi.

Akademik həyatı

Konstantin Karatodori (solda) Macar riyaziyyatçısı Fejer (1880–1959) ilə (sağda).

1908-ci ilin yaz aylarında Quruçeşməyə gəlmişdir, burada termodinamik üzərindəki işlərini tamamlayaraq eyni ilin oktyabr ayında Göttingen Üniversitetinə geri qayıtmış və professor olmuşdur. Sonra təkrar Quruçeşməyə gələn Karatedori’nin bir altı ay daha burada qaldığı bilinməkdədir.[8] 1909-cu ildə Hannover Universitetində, 1910-cu ildə Wroclaw Texnoloji Universitetində, 1913-cü ildə Göttingen Universitetində, 1919-cu ildə Berlin Universitetində işlədi. Elefterios Venizelos’un çağırışı ilə, işğal illərində (1919-1922) İzmir’də qurulan İyonya Universitetinin rektorluğunu etmişdir.[9] 1922-ci ildə Atina Texniki Universitetində[10], 1924-cü ildə Münih Ludwig Maximilian Universitetində işlədi. 1938-ci ildə təqaüdə çıxdı amma çalışmalarına 1950 ilində ölüncəyə qədər Bavyera Elmlər Akademiyasında devam etdi. Karatodori, Yunanca, Almanca, Türkcə, İtalyanca, Fransızca, İngiliscə və bəzi əntiq dillərdə danışıb yaza bilirdi. Ailəsi Yunanistan'ın Türkiyə sərhətdində tapılan Yeni Vize şəhərindən olduğundan burada bir Karatodori ailə muzeyi qurulmuşdur. 2009-cu ildə Gümülcinədə bir muzey daha açılmışdır.[11] [12] [13]

İstinadlar

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. 1 2 3 Каратеодори Константин // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118667076 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. 1 2 www.pas.va (ing.).
  6. Mathematics Genealogy Project-Constantin Carathéodory.
  7. Mathematics Genealogy Project-Nazım Terzioğlu.
  8. ^ Salih Zeki, Hikmet-i Tabi’iye-i Umumiyeden Mebhas-ı Hararet-i Harekiye, İstanbul, Matbaa-i Amire, 1326 [1910]
  9. M. Georgiadou, “Doğu’daki Yunan uygarlaştırma misyonunun Smyrna (İzmir) örneği: İyonya Üniversitesi”, [“Die Gründung der Ionische Universität – Die griechische ‘zivilisatorische Mission’ in Orient”, Südost-Forschungen, 56: 291-317, 1997] çev. A.T. Çırakoğlu, Toplumsal Tarih, sayı 142, Ekim 2005, s.58-67; Sayı 143, Kasım 2005, s.74-81.
  10. J P Christianidis & N Kastanis: In memoriam Evangelos S Stamatis (1898–1990) Historia Mathematica 19 (1992) 99-105
  11. (Yunanca)"Caratheodory Museum Opening". Friends of C.Caratheodory. 8 Ağustos 2014 tarihinde kaynağından arşivlendi.
  12. "Caratheodory Museum Opens". Hellenic Republic Embassy at Australia, Press and Communication Office. 4 Ocak 2010 tarihinde kaynağından arşivlendi.
  13. "Caratheodory Museum enriched with new exhibits". Athens News Agency. 4 Nisan 2015 tarihinde kaynağından arşivlendi.