Qalxanabənzər vəzin adenoması
Bu səhifədə iş davam etməkdədir. |
Qalxanabənzər vəzin adenoması | |
---|---|
XBT-10 | D34 |
XBT-9 | 226 |
DiseasesDB | 13071 |
Qalxanabənzər vəzin adenoması (lat. adenoma glandulae thyreoideae) — qalxanabənzər vəzin normal və ya artan funksiyası fonunda düyünün əmələ gəlməsi ilə xarakterizə olunan xoşxassəli şiş.
Simptomları
Qalxanabənzər vəzin adenoması klinik olaraq asemptomatik ola bilər ("soyuq" adenoma) və ya artıq qalxanabənzər hormonu ("isti" adenoma) istehsal edən funksional bir şiş ola bilər. Bu vəziyyət simptomatik hipertiroidizmə səbəb ola bilər və toksik tiroid adenoması adlandırılır.
Diaqnozu
Morfologiyası
Qalxanabənzər vəzinin follikulyar adenomasının diametri orta hesabla 3-10 sm arasında dəyişir. Qalxanabənzər vəzin tipik adenoması ətrafdakı parenximadan ayrılmış tək, sferik və kapsullaşdırılmış zədədir. Rəngi boz-ağdan qırmızı-qəhvəyiyə qədər dəyişir
- adenoma hüceyrəliliyi
- kolloid tərkibli
Qalxanabənzər vəzin (follikulyar) adenomalarında, xüsusən də iri zədələrdə çox düyünlü zobda olanlara bənzər qanaxma, fibroz, kalsifikasiya və kistik dəyişikliklər sahələri tez-tez rast gəlinir.
Növləri
Qalxanabənzər vəzin adenomatalarının demək olar ki, hamısı follikulyar adenomalardır.[1] Follikulyar adenomalar funksiya səviyyəsindən asılı olaraq "soyuq", "isti" və ya "qaynar" kimi təsvir edilə bilər.[2] Histopatoloji cəhətdən follikulyar adenomalar hüceyrə quruluşuna və hüceyrə və kolloidlərin nisbi sayına görə aşağıdakı növlərə təsnif edilə bilər:
- Fetal (mikrofollikulyar) - mikroinvaziya potensialına malikdir.[3] Onlar epitellə örtülmüş kiçik, sıx yığılmış follikullardan ibarətdir.[4]
- Kolloid (makrofollikulyar) - bunların mikroinvaziya potensialı yoxdur.
- Embrional (atipik) - mikroinvaziya potensialına malikdir.
- Hürthle hüceyrə adenoması (oksifil və ya onkositik şiş) - mikroinvaziya potensialına malikdir.
- Hialinləşdirici trabekulyar adenoma.[5]
Papilyar adenomalar nadir halda olur.
Diferensial diaqnozu
Qalxanabənzər vəzin adenoması çoxdüyünlü zobdan onunla fərqlənir ki, adenoma adətən tək olur və tək bir prekursor hüceyrədə genetik mutasiya (və ya digər genetik anormallıq) nəticəsində yaranan yenitörəmədir.[7]
İstinadlar
- ↑ Cotran, Ramzi S.; Kumar, Vinay; Fausto, Nelson; Nelso Fausto; Robbins, Stanley L.; Abbas, Abulr9 K. Robbins and Cotran pathologic basis of disease. St. Louis, Mo: Elsevier Saunders. 2005. 1117. ISBN 978-0-7216-0187-8.
- ↑ "Endocrine Pathology". İstifadə tarixi: 2009-05-08.
- ↑ emedicine > Thyroid, Evaluation of Solitary Thyroid Nodule > Benign Thyroid Nodules By Daniel J Kelley and Arlen D Meyers. Updated: Oct 17, 2008
- ↑ TheFreeDictionary > microfollicular adenoma Citing: Dorland's Medical Dictionary for Health Consumers. Copyright 2007
- ↑ Ünlütürk, U; Karaveli, G; Sak, S. D.; Erdoğan, M. F. "Hyalinizing trabecular tumor in a background of lymphocytic thyroiditis: A challenging neoplasm of the thyroid". Endocrine Practice. 17 (6). 2011: e140–3. doi:10.4158/EP11138.CR. PMID 21940281.
- ↑ Carlé, Allan; Pedersen, Inge Bülow; Knudsen, Nils; Perrild, Hans; Ovesen, Lars; Rasmussen, Lone Banke; Laurberg, Peter. "Epidemiology of subtypes of hyperthyroidism in Denmark: a population-based study". European Journal of Endocrinology. 164 (5). 2011: 801–809. doi:10.1530/EJE-10-1155. ISSN 0804-4643. PMID 21357288.
- ↑ Ramzi Cotran; Vinay Kumar; Tucker Collins. Robbins Pathologic Basis of Disease, 6th Edition. W.B. Saunders. 1999. ISBN 978-0-7216-7335-6.