Xurcun

Vikipediya, azad ensiklopediya
Nemoralis (müzakirə | töhfələr) (tənzimləmə) tərəfindən edilmiş 09:18, 2 sentyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Xurcun

Xurcun - Bu məişət əşyası əsasən müxtəlif rəngli yun ipdən (bəzən iplikdən) xalça texnikası ilə toxunur, qotazlarla bəzədilir. İki gözdən və şol hissədən ibarət olur. Ağız hissəsinə gözək salınır, gözəyin içərisindən keçən qotazlı bağ dartılarkən xurcunun ağzı bağlanır. Xurcun müxtəlif olçüdə olur. Əsasən kənd təsərrüfatı məhsulları və sair daşımaq üçün istifadə olunur. Qədim dövrlərdən qonşu Şərq və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların məişətində mühüm yer tutmuşdur.