Şərqdə həyati məkan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
«Böyük alman reyxi» (alm. «Großdeutsches Reich»‎)[1]

Şərqdə həyati məkan (alm. Lebensraum im Osten‎) — Şərqi Avropada german xalqlarının (nasist rəhbərlərinin anlayışına görə "arilər") ərazilərinin məskunlaşdırılması planlarını əks etdirən nasional-sosialist təbliğat termini. İlk dəfə bu termin Vilhelm dövründə meydana gəlsə də, sonradan nasistlər ona irqi və bioloji bir kontekst vermişdir. "Məkansız insanlar" (alm. Volk ohne Raum‎) üçün geniş ərazilər əldə etmək istəyi Henrix Himmler tərəfindən hazırlanan "Ost" Baş Planının ideoloji əsaslarından biri olaraq xidmət etdi. "İrqi baxımdan arzuolunmaz" əhalinin genişmiqyaslı deportasiyasını, əsarətini və iqtisadi istismarını təmin edirdi.

Fridrix Ratsel (1844-1904) bu termini "Siyasi coğrafiya" (1897) və "Həyati məkan" (1901) adlı elmi əsərlərində irəli sürmüşdür. Eyni zamanda o, Çarlz Darvinin heyvanlar aləmində yaşamaq uğrunda mübarizəyə dair nəzəriyyələrini xalqlar arasındakı münasibətlərə köçürmüş və dövlətləri davamlı olaraq yaşayış sahəsi uğrunda mübarizə aparan, mövcudluğunun varlığından asılı olan canlılar kimi təsvir etmişdir.

Bu termin Xalq hərəkatı (Völkische beewegung) və Ümumalman ittifaqı (Alman Alldeutscher Verband) tərəfindən götürülmüş və Şərqi Avropada o zaman çoxsaylı Alman azlıqları (Volksdeutsche) və onların genişlənmə planları ilə əlaqədar istifadə edilmişdir. Hesab olunurdu ki, onların sahib olduğu torpaqlar itirilməməli, məqsəd yeni qəsəbələr salmaq olmalıdır. Eyni zamanda Almaniya imperatorluğunun xaricdəki koloniyalarına münasibət mənfi idi.

Həmçinin bax

İstinadlar

  1. "Dokumentation Obersalzberg: Utopia: The "Greater Germanic Reich of the German Nation"" (alman). www.obersalzberg.de. 2018-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.