Akrobatika

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Akrobat

Akrobatika ənənəvi olaraq yerdə, ip üstündə, məftil üstündə, velosipeddə və ya at üstündə həyata keçirilən; insan bədəninin tarazlıq, koordinasiya və çevikliklə bağlı olan bütün qabiliyyətlərindən istifadə edən və bədən nəzarətinə əsaslanan bir performans sənətidir. Bu gün həm də idman növü hesab olunur.

Qərb mədəniyyətində onun mənşəyi olduqca qədim dövrlərə gedib çıxır. Minoy sivilizasiyasına aid artefaktlarda (e.ə. 2000-ci il) öküzün belində akrobatika hərəkətlərini icra edən fiqurlar rast gəlmək mümkündür. Ehtimal olunur ki, bunlar o dövrə aid dini ayinləri icra edən insanların təsvirləridirlər.

Orta əsrlərdə Avropa zadəganlarının məclislərində müxtəlif hoqqabazlıq nümayişlərinin keçirildiyi məlumdur. Bu anlayışdan əvvəlcə ip üzərində tamaşalar üçün istifadə olunsa da, sonralar bu tərif genişlənərək gimnastika və bəzi sirk tamaşalarını əhatə etmişdir. Akrobatika və gimnastika yarışları XIX əsrdə Avropada geniş yayılmışdır.

Cirque du Soleil Vyanada (2004)

Çin mədəniyyətində akrobatikanın kokləri 2500 il əvvəl keçirilən məhsul festivallarına qədər gedib çıxır. Tan sülaləsi dövründə, orta əsrlər Avropasında olduğu kimi, böyük əhəmiyyət kəsb etmiş və imperatorlar üçün akrobatika tamaşaları təşkil edilmişdir. Bu gün Çində yüz iyirmidən çox akrobatik qrup ümummilli tamaşalar nümayiş etdirir və Çin akrobatları beynəlxalq festivallarda bir sıra böyük müvəffəqiyyətlərə imza atırlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]