Qırmızı canavar
Qırmızı canavar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Qırmızı canavar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Qırmızı canavar[3], Dağ canavarı, Himalay canavarı və Buanzu (lat. Cuon alpinus) — Yırtıcılar dəstəsinə, Köpəkkimilər fəsiləsinə daxil olan məməli heyvan növü. Cuon cinsinin yeganə nümayəndədi. Nadir nəsli kəsilmək təhlükəsi altında olan növdür.
Xarici görünüş
[redaktə | mənbəni redaktə et]Yetkin qırmızı canavarın bədən uzunluğu 55–110 sm, quyruğu 45–50 sm, kütləsi 17–21 kq təşkil edir. Görünüşü bir canavar, tülkü və çaqqalın xüsusiyyətlərini özündə birləşdirir. Adi canavardan (Canis lupus) rəngi, sıx olan xəzi və uzun quyruğu ilə fərqlənir. Quyruğu demək olar ki, yerə çatır. Qısa, uclu bir ağız xarakterikdir. Qulaqlar iri və dikdir.
Ümumi rəng tonu qırmızımtıl-sarı olur. bununla belə arealdan asılı olaraq tonlarda dəyşiklik müşahidə edilir. Quyruq ucları qara rəngdədir. 3 aya qədər baların rəngi tünd qəhvəyi olur. Qışda xəzləri qalın və yumşaqdır; yayda nəzərəçarpacaq dərəcədə qısa, daha sərt və tünd olur. Quyruqları tülkülərdə olduğu kimidir. Rəng, xəz sıxlığının və bədən ölçüsünün dəyişkənliyinə əsasən qırmızı canavarların 10 yarımnövü vardır.
Digər köpəkkimilərdən fərqli olaraq az sayda azı dişləri (çənənin hər yarısında ikisi) və çox sayda süd dişlərinin (6–7 cüt) olması ilə fərqlənir.
Yayılması və yarımnövləri
[redaktə | mənbəni redaktə et]Qırmızı canavar Tyan-Şan və Altaydan cənuba Hindustan, Hind-Çin və Malay arxipelaqına daxil olmaqla geniş areealda yayılmışdır. Əsas yayılma arealı Orta və Cənubi Asiyanın dağlıq meşə bölgələrinə düşür.
Qırmızı canavarın 10 yarımnövü vardır:
- Cuon alpinus adustus — Şimali Myanma və Hind-Çin,
- Cuon alpinus dukhunensis — Hindistannın Qanq çayı hövzəsi, Pakistan, Əfqanıstan, Mərkəzi Asiya, İran
- Cuon alpinus fumosus — Sıçuanın qərbindən (Çin) Monqolustana,
- Cuon alpinus hesperius — Çin, XX əsrin əvvəllərinə qədər — Rusiyanın Uzaq Şərqi, (Primorsk diyarı)
- Cuon alpinus infuscus — Myanmanın cənubu, Malayziya, Tayland və Vyetnam,
- Cuon alpinus javanocus — Yava,
- Cuon alpinus laniger — Cammu və Kəşmir, Vəziristan və Cənubi Tibet,
- Cuon alpinus lepturus — Çin, Yanszı çayının cənub vadisi,
- Cuon alpinus primaevus — Nepalın himalay dağları ərazisi, Pakistan, Əfqanıstan, Tacikistan, Sikkim (Hindistan) və Butan,
- Cuon alpinus sumatrensis — Sumatra.
Hal-hazırda Hindistanın bir çox hissəsində, Pakistandakı Hind çayı vadisində, İranın cənubunda və Himalayda hələ də olduqca geniş ərazidə yayılmışlar. Arealının digər hissələrində, saylarında azzalma müşahidə edilir (Vyetnam, KXDR). İraq, Suriya və Azərbaycanda 1970-ci ildən bəri müşahidə edilmir.
Qırmızı canavarın Cuon alpinus europaeus yarımnövünün nəsli kəsilmişdir. Bu yarımnöv Orta və Erkən Pleistotsen dövründə Qərbi və Mərkəzi Avropanın əksər hissəsində yayılmışdı yaşamışdır. Müasir yarımnövlərdən ölçülərinə görə xeyli böyük idi və adi canavarın ölçüsünə yaxın idi[4].
Təkamül
[redaktə | mənbəni redaktə et]
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həyat tərzi və qidalanma
[redaktə | mənbəni redaktə et]Qırmızı canavar dağların tipik bir sakinidir. Dəniz səviyyəsindən 4000 m yüksəklikdə müşahidə oluna bilirlər. İlin çox hissəsi subalp və alp zonalarında müşahidə edilirlər. Açıq düzənliklərdə yaşamasalar da, qida axtarışında uzaq mövsümi köçlər edərkən düzənliklərədə yenə bilir. Bu zaman meşə-çöl, hətta çöllərdə görünürlər. Ev heyvanlarına nadir hallarda hücum edirlər. Yaz aylarında mütəmadi olaraq bitki qidaları ilə qidalanırlar.
Qırmızı canavar 5–12 başdan ibarət (bəzən daha çox) dəstələrdə yaşayır və ovlayırlar. Sürü içərisində münasibətlər ümumiyyətlə təcavüzkar farakteri daşımır. Əsasən günün audın vaxtları ov edir, qurbanı uzun zaman izləyirlər. Gəmirici, kərtənkələ, maral və antiloplara qədər olan heyvanlar qida rasionuna daxildir. Bir çox köpəkkimilərdən fərqli olaraq qırmızı canavarlar boğazdan tutma ilə deyil, arxadan hücum edərək şikarını öldürürlər. İki və ya üç qırmızı canavar 2 dəqiqə ərzində 50 kiloqramlıq maral öldürə bilər.
Qayaların arasında, mağaraları özlərinə sığınacaq seçirlər. Heç zaman oyuq qazmırlar. Eşitmə qabiliyyətləri inkişaf etmişdir, yaxşı üzür və tullana bilirlər. 6 m uzunluğu hoppanmaları qeydə alınmışdır. Qırmızı canavarlar insanlarla təmasdan qaçırlar. Qapalı şəraitdə çoxalsalar da, heç zaman əhəlləşmirlər.
Qırmızı canavarın səsləri adi bir qurdun səsindən daha fərqlidir. Onların olaması mahnıya bənzəyir. Bu səbəbdən onları "oxuyan dağ qurdları" adlandırırlar.
Çoxalma
[redaktə | mənbəni redaktə et]Çoxalması yaxşı öyrənilməmişdir. Qırmızı canavarların erkəkləri balaların qorunmasında və böyüdülməsində iştirak edirlər. Zooparklarda heyvanlar yanvar–fevral aylarında çütləşir. Dişilərdə boğazlıq dövrü 60–62 gün davam edir. Dişilər əsasən 5–6 bala verir. Hindistanda il ərzində yenidoğulan balalara rastlamaq mümkündür. Lakin daha tez-tez yanvar–fevral aylarında müşhidə edilirlər.
Yenidoğulmuş balalar qısa bir tünd qəhvəyi xəz ilə örtülü olur. Adi qurd balalarına və ya Alman çoban itlərinə bənzəyirlər. 13–14 günündə gözləri açılır. Altı ayında isə böyüklərin kütlələrinə çatırlar. 1–2 yaşında cinsi yetkinliyə çatırlar.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Гептнер В. Г., Наумов Н. П. и др., 1967. Млекопитающие Советского Союза, 2 (1). Морские коровы и хищные. М.: Высшая школа, 1003.
- Аристов А. А., Барышников Г. Ф., 2001. Млекопитающие фауны России и сопредельных территорий. Хищные и ластоногие. СПб: Наука, 558 с.
- Fox, M. W. The Whistling Hunters: Field Studies of the Asiatic Wild Dog (Cuon Alpinus). Albany: State University of New York Press. 1984. ISBN 0-9524390-6-9.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Соколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 94. — 10 000 экз
- ↑ Kurtén, Björn (1968), Pleistocene mammals of Europe, Weidenfeld and Nicolson, pp. 111–114