Robert Vilhelm Bunzen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Robert Vilhelm Bunzen
alm. Robert Wilhelm Eberhard Bunsen
Robert Bunzen
Robert Bunzen
Doğum tarixi
Doğum yeri Göttingen, Almaniya
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Haydelberq, Almaniya
Vətəndaşlığı Almaniya Almaniya
Milliyyəti alman
Elmi dərəcələri
İş yerləri
Alma-mater Göttingen Universiteti
Təhsili
Elmi rəhbəri Fridrix Stromeyer
Tanınmış yetirmələri Adolf fon Bayer, Fritz Haber, Flip Lenard, Con Tindal
Üzvlüyü
Mükafatları Albert mükafatı (1898)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Vilhelm Bunzen (31.3.1811, Göttingen – 16.8.1899, Haydelberq) — alman kimyaçısı, Peterburq Elmlər Akademiyasının əcnəbi müxbir üzvü (1862-ci ildən).[5]

Göttingen Universitetini bitirmiş (1830), təhsilini Fransada, İsveçrədə, Avstriyada, İtaliyada təkmilləşdirmişdir (1832–33), Göttingen Universitetində (1834–36), Kasseldə Ali Texniki Məktəbdə (1836–38) işləmiş; Marburq (1838–51), Breslau (1851–52) və Heydelberq (1852–89) universitetlərinin professoru olmuşdur Əsas tədqiqatları qeyri-üzvi, analitik və fiziki kimya sahələrinə aiddir. Arsen-üzvi birləşmələrini tədqiq etmişdir (1837–43). Kakodil As(CH3)2 radikalının formulunu müəyyən etmiş və onun oksidinin başqa maddələrlə reaksiyasını öyrənərək, radikallar nəzəriyyəsinin yaranması üçün zəmin hazırlamışdır.[5]

Qustav Kirxqof (solda )və Robert Bunzen (sağda)

Karbon-sink qalvanik elementini ixtira etmiş (1841) və onun köməyi ilə əridilmiş xloridlərin elektrolizindən maqnezium (1852), litium, kalsium, stronsiumbarium (1854–55) metallarını almışdır (1841). Domna sobalarında çuqunun əridilməsi prosesini və domna qazlarının tərkibini tədqiq etmişdir (18381845). “Qazometrik metodlar” (1857) əsərində təsvir etdiyi kimi qaz analizinin əsaslarını işləyib hazırlamışdır.

Bunzen müxtəlif metal duzlarının buxarları ilə boyanan alovun spektrlərini öyrənmiş (1854, Q.R. Kirxhofla birlikdə) və bununla spektral analizin başlanğıcını qoymuşdur (1859), onun vasitəsilə Kirxhofla birlikdə sezium (1860) və rubidium (1861) elementlərini kəşf etmişdir. Kimyəvi proseslərə işığın təsirini tədqiq etmiş (ingilis kimyaçısı H. Rosko ilə birlikdə ) və fotokimyəvi reaksiyanın məhsulunun miqdarı ilə reaksiya sisteminə düşən şüalanma enerjisinin miqdarı arasında asılılığı kəşf etmişdir (1862, Bun zen–Rosko qanunu).

Yağ ləkəli fotometri (1843), qazlampasını (1855), buz kalorimetrini (1870) ixtira etmiş, indiumun istilik tutumunu ölçmüşdür. Bunzenin laboratoriyalarında E. Franklend, A. Kolbe, C. Tindal, A. Bayer, F.F. Beylşteyn, D.İ. Mendeleyev, V. Meyer, H. Rosko və b. təhsil almış və işləmişlər.[5]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Meyer R. Bunsen, Robert Wilhelm // Biographisches Jahrbuch und Deutscher Nekrolog (alm.). / Hrsg.: A. Bettelheim B. Vol. 4. S. 192–198.
  2. 1 2 3 4 5 6 7 8 Deutsche Biographie (alm.). München BSB, Historische Kommission bei der Bayerischen Akademie der Wissenschaften, 2001.
  3. 1 2 Heinrich Debus. Bunsen, Robert Wilhelm (alm.). // Allgemeine Deutsche Biographie L: 1903. Vol. 47. S. 369–376.
  4. 1 2 www.leopoldina.org (alm.).
  5. 1 2 3 Bunzen// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 78.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]