İnformasiya məxfiliyi
İnformasiya məxfiliyi — verilənlərin, texnologiyanın toplanması və yayılması, ictimaiyyətin məxfiliyə dair gözləntiləri, kontekstli informasiya normaları və onları əhatə edən hüquqi və siyasi məsələlər arasında əlaqə.[1] Bu, həmçinin verilənlər məxfiliyi[2] və ya verilənlərin qorunması kimi də tanınır.
İnformasiya məxfiliyi çətin məsələdir, çünki o, fərdin məxfilik seçimlərini və şəxsiyyəti müəyyən edən məlumatları qoruyarkən məlumatlardan istifadə etməyə çalışır.[3] Kompüter təhlükəsizliyi, verilənlər təhlükəsizliyi və informasiya təhlükəsizliyi sahələri bu problemi həll etmək üçün proqram təminatı, aparat vasitələrini, insan resurslarını layihələndirir və istifadə edir.
İnformasiya növləri
[redaktə | mənbəni redaktə et]Şəxsi informasiyanın müxtəlif növləri çox vaxt məxfilik problemləri ilə üzləşir.
Kabel televiziyası
[redaktə | mənbəni redaktə et]Bu, kabel televiziyası vasitəsilə insanın özü haqqında hansı məlumatları açıqladığına və bu məlumatı kimin əldə edə biləcəyinə nəzarət etmək qabiliyyətidir. Məsələn, üçüncü tərəflər istənilən vaxt kiminsə baxdığı IPTV proqramlarını izləyə bilər. Auditoriyanın reytinq sorğusu üçün yayım axınına hər hansı verilənlərin əlavə edilməsi, izləyicilərin və ya dinləyicilərin evlərində əlavə cihazların quraşdırılması tələb olunmur və onların əməkdaşlığına ehtiyac olmadan auditoriya reytinqləri real zamanda avtomatik olaraq həyata keçirilə bilər.[4]
Təhsil
[redaktə | mənbəni redaktə et]2012-ci ildə Birləşmiş Krallıqda təhsil katibi Maykl Qov Milli Şagird Verilənlər Bazasını özəl şirkətlər də daxil olmaqla daha açıq şəkildə əlçatan etməklə dəyərini maksimumlaşdırmaq mümkün olan "zəngin məlumat bazası" kimi təsvir etmişdir. "The Register"dən Kellİ Fayveş bunun "imtahan nəticələri, davamiyyət, müəllim qiymətləndirmələri və hətta xüsusiyyətləri daxil olmaqla, uşağın məktəb həyatı" mənasını verə biləcəyini, üçüncü tərəf təşkilatlarının məlumatların anonimləşdirilməsindənsə, hər hansı nəşrlərin təhvil verilməzdən əvvəl hökumət tərəfindən anonimləşdirilməsinə cavabdeh olduğunu söyləmişdir.[5]
Siyasi
[redaktə | mənbəni redaktə et]Keçmiş zamanlarda seçki sistemləri yaranandan bəri siyasi məxfilik narahatlıq doğurur. Gizli səsvermə seçicilərin siyasi baxışlarının özlərindən başqa heç kimə məlum olmamasının təmin edilməsi üçün ən sadə və ən geniş yayılmış tədbirdir. Bu, müasir demokratiyada demək olar ki, universaldır və vətəndaşlığın əsas hüququ hesab olunur. Əslində, başqa məxfilik hüquqlarının mövcud olmadığı yerlərdə belə, bu cür məxfiliyə çox vaxt riayət olunur.[6]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Verilənlər suverenliyi
- Verilənlərin lokallaşdırılması
- Rəqəmsal öz müqəddəratını təyin etmə
- Verilənlər təhlükəsizliyi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Uberveillance and the social implications of microchip implants : emerging technologies. Michael, M. G., Michael, Katina, 1976-. Hershey, PA. 30 September 2013. ISBN 978-1466645820. OCLC 843857020.
- ↑ Ian Austen. "Canadian Inquiry Finds Privacy Issues in Sale of Used Products at Staples". The New York Times. June 22, 2011. 2019-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-14.
- ↑ Vicenç Torra, Introduction // Data Privacy: Foundations, New Developments and the Big Data Challenge, Studies in Big Data, 28, Springer International Publishing, 2017, 1–21, doi:10.1007/978-3-319-57358-8_1, ISBN 9783319573564
- ↑ "System for Gathering TV Audience Rating in Real Time in Internet Protocol Television Network and Method Thereof". FreePatentsOnline.com. 2010-01-14. 2012-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-07.
- ↑ Fiveash, Kelly. "Psst: Heard the one about the National Pupil Database? Thought not". The Register. 2012-11-08. 2012-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
- ↑ Zetter, Kim. "The Myth of the Hacker-Proof Voting Machine". The New York Times (ingilis). 2018-02-21. ISSN 0362-4331. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-03.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Philip E. Agre; Marc Rotenberg. Technology and privacy: the new landscape. MIT Press. 1998. ISBN 978-0-262-51101-8.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Factsheet on ECtHR case law on data protection
- International Conference of Data Protection and Privacy Commissioners
- Biometrics Institute Privacy Charter
- EU data protection page
- UNESCO Chair in Data Privacy
- European Data Protection Supervisor Arxivləşdirilib 2008-12-19 at the Wayback Machine
- Latin American Data Protection Law Review
- Privacy and Access Council of Canada
- Laboratory for International Data Privacy at Carnegie Mellon University.
- Privacy Laws by State
- IEEE Security & Privacy magazine
- Transactions on Data Privacy