Evonik Industries
Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Evonik" alman sənaye şirkəti – dünya bazarında xüsusiləşdirilmiş kimya məhsullarının istehsalı sahəsində liderlərdən biridir. 80 ildir ki, "Evonik" şirkətlər qrupunun mütəxəssisləri sürtkü yağlarına aşqarlar təklif etməklə onlarda reoloji xassələrinin optimal kombinasiyasını təmin edən spesifik və müvəffəq formullardan istifadə edirlər.
Sürtkü yağlarının aşağı temperaturda axıcılığının təmin edilməsi
[redaktə | mənbəni redaktə et]Aşağı temperaturlarda sürtkü materiallarının tərkibində olan parafinlər kristallik strukturlar yarada bilər. Viscoplex seriyalı depressantlar kristallizasiya proseslərinin yaranmasının qarşısını almaq və nəzarət etməklə bərabər sürtkü materiallarının axıcılığını, optimal xassələrini və bir-biri ilə uyğunluğunu təmin edir.
PAMA (Polialkil metilakrilatlatlar)
[redaktə | mənbəni redaktə et]PAMA (Polialkil metilakrilatlatlar)– ilk polimer tipli depressorlar ""Röhm and Haas" (sonradan "Evonik" şirkəti) şirkəti tərəfindən patentləşdirilmişdir və hal -hazıradək bu sahədə əsas növ aşqarları kimi sayılır. Sürtkü və motor yağlarının donma temperaturunu aşağı salan Viscoplex 5–309 aşqarı geniş istifadə olunur. Polimetakrilatların çevik molekulyar quruluşa malik olması geniş assortimentli sürtkü materialları üçün aşqarların işlənib hazırlanmasına imkan yaradır. Viscoplex Depressorları sürtkülərdə əmələ gələn kristalları modifikasiya edirlər. Depressorlar sürtkü materialında əmələ gələn nə parafinlərin miqdarına nə də onların kristallaşma temperaturlarına təsir etmirlər. Lakin depressorların kristallik strukturları öz xüsusiyyətlərini dəyişir . Bundan əlavə, depressor parafin kristallarının bir-birindən ayırır, və bunula da yağların axıcılığına mane olan üçölçülü quruluşların əmələ gəlməsinin qarşısını alır. Aşağı temperaturlarda sürtkü materiallarının dinamik özlülüklərinin və s. beynəlxalq ASTM üsulları ilə təyini:
- Donma temperaturu (ASTM D97)
- Dinamik özlülüyün Brukfild aparatında təyini (ASTM D 2983)
- Maksimal nisbi özlülük (ASTM D4684)
- Dinamik özlülüyün CCS aparatında təyini (ASTM D 5293)
- ROBO (ASTM D7528)