Xeliserlilər

Vikipediya, azad ensiklopediya
(Chelicerata səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Xeliserlilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Xeliserlilər
Beynəlxalq elmi adı

Xeliserlilər (lat. Chelicerata) — buğumayaqlılar tipinə aid yarımtip.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Xeliserlilərin əksəriyyəti quru mühitində yaşayır. Onlarda antenna və antenulla tamamilə itmiş və əvəzində xeliser adlanan orqan əmələ gəlmişdir (xeliserlilər-qısqacbığcıqlılar deməkdir). Xeliser bir cüt olub, qısqaclara malikdir və ağzın önündə yerləşmişdir. Xeliserlilərin bədəni iki hissədən - baş-döş və qarıncıqdan ibarətdir. Quruda yaşayan xeliserlilərdə (hörümçəkkimilərdə) qarıncıq buğumlarının birləşməsi prosesi getmişdir, hətta buğumluluq tamamilə itmişdir. Suda yaşayan xeliserlilərdə qarıncığın ön şöbəsi qəlsəmələrlə təchiz olunmuş 6 cüt ətrafa malikdir, dal qarıncıq buğumları isə ətraflardan məhrumdur. Quruda yaşayanlarda isə qarıncıq ətrafları şəklini dəyişərək, tənəffüs orqanlarına - ağciyərlərə, tor ziyillərinə və s. çevrilmişdir[2].

Sinifləri:

  1. Integrated Taxonomic Information System (ing.). 1999.
  2. Ağayev B.İ., Zeynalova Z.A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh. 349-350

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]