Həm ziyarət, həm ticarət...

Vikipediya, azad ensiklopediya
(Həm ziyarət, həm ticarət... (film, 1995) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Həm ziyarət, həm ticarət...
Janr Dram
Rejissor Rasim Ocaqov
Prodüser Ağaəli Hüseynov
Ssenari müəllifi Rüstəm İbrahimbəyov
Baş rollarda Hacı İsmayılov – Mustafa
Nuriyyə Əhmədova – Nuriyyə
Rasim Balayev – Davud
Həsən Məmmədov – Əlimurad
Operator Rafiq Qəmbərov
Bəstəkar Emin Sabitoğlu
Rəssam Rafiq Nəsirov
İstehsalçılar "Ocaq" Müstəqil Studiyası
"Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1995
Filmin növü tammetrajlı bədii film
Müddət 81 dəqiqə
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
İl 1995
Əvvəlki film Ad günü
Texniki məlumatlar 9 hissə
2313 metr
35 mm
"Fuji" kinolenti
Rəng Rəngli
Çəkiliş yeri Şəki
Bakı
İstanbul, Türkiyə
IMDb ID1266068

Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi.

"Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir.

Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidəİstanbulda cərəyan edir.

  • Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
  • Filmin ssenarisi aktyor Hacı İsmayılovun oyunu nəzərə alınaraq yazılmışdır.
  • Filmin çəkilişləri 6 ay nəzərdə tutulsa da 2 il çəkmişdir.
  • Film "Ad günü" filminin məntiqi davamı kimidir.
  • Nəsir Sadıqzadənin filmdə son işidir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor: Rasim Ocaqov
Quruluşçu operator: Rafiq Qəmbərov
Quruluşçu rəssam: Rafiq Nəsirov
Bəstəkar: Emin Sabitoğlu
Səs operatoru: Akif Nuriyev
Rejissor: Ramiz Əliyev
Operator: Nemət Rzayev
Geyim rəssamı: Nailə Cəfərova
Qrim rəssamı: Elbrus Vahidov
Montaj edən: Gülşən Səlimova
Assistent: M. Muradov
Rejissor assistenti: Nazim Cəbrayılov
Operator assistenti: Aydın Mustafayev
İnzibatçı: Yusif Əlizadə, Həsən Tağıyev
Çalır: Səyavuş Kəriminin İdarəsi ilə İnstrumental Ansambl
Redaktor: S. Ocaqova
Filmin direktoru: Nadir Əliyev
Prodüser: Ağaəli Hüseynov
Hacı İsmayılov – Mustafa
Nuriyyə Əhmədova – Nuriyyə
Rasim Balayev – Davud
Həsən Məmmədov – Əlimurad
Niyazi Əhmədov – Çingiz
Fərman Abdullayev – Nazim
Nərminə Həsənova – Ayan
Sədayə Mustafayeva – Suğra
Cahangir Novruzov – Sabir
Nəsir Sadıqzadə – Davudun qohumu zənnedilən türk satıcı
Qəmər Məmmədova
Məmməd Verdiyev – Türk
R. Yunusov
Nazir Əliyev – Türk satıcı
Muxtar Maniyev – Muxtar
Əliqulu Səmədov – Türk satıcı
Süleyman Əhmədov – Türk restoran işçisi
Arif Kərimov – Türk polis
Yusif Əlizadə
Xanlar Həşimzadə – satıcı (titrlərdə yoxdur)
Nazir Rüstəmov – inzibatçı

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Kazım Abdullayev – Türk polis (Arif Kərimov) (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva – Suğra (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli – Davudun qohumu zənnedilən türk satıcı (Nəsir Sadıqzadə)
"Bakımeyvətərəvəz" Sənayesi Birliyi
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]