Oğuz yurdu (qəzet)

Vikipediya, azad ensiklopediya
(Lenin bayrağı (qəzet, Vartaşen) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Oğuz yurdu
Loqonun şəkli
Sahibi Oğuz Rayon İcra Hakimiyyəti
Baş redaktor Nazim Hüseynli
Yaranma tarixi 1934
Şəhər Oğuz rayonu
Ölkə Azərbaycan Azərbaycan

"Oğuz yurdu"Oğuz rayonunda çıxan qəzet.[1]

Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir.[2]

1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı A. Əlihüseynov 30 aprel 2009-cu il tarixində "Rayonda çıxan "Oğuz yurdu" qəzetinin ilk sayının çapdan çıxmasının 75 illiyinin qeyd olunması haqqında" sərəncam vermişdir.[3][4]

2014-cü il iyunun 12-də Oğuz rayonunda "Oğuz yurdu" qəzetinin 80 illik yubileyi keçirilib.[1]

  1. 1 2 ""Oğuz yurdu" qəzetinin yubileyi". medeniyyet.az (ingilis). 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
  2. Варташен рајону // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: БалзамГајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 411.
  3. ""Oğuz yurdu" qəzetinin 75 yaşı qeyd edilib". www.anl.az. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-02.
  4. "75 ilin "Oğuz yurdu"". 2019-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.