55°44′49″ şm. e. 37°36′21″ ş. u.HGYO

Puşkin Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Puşkin Muzeyi
Государственный музей изобразительных искусств имени А. С. Пушкина
Loqonun şəkli
Xəritə
Əsası qoyulub 31 may 1912
Açılış tarixi 1912
Təsisçi
Ölkə
Ziyarətçi sayı
  • 766.325 nəf. (2021)[1]
55°44′49″ şm. e. 37°36′21″ ş. u.HGYO
pushkinmuseum.art
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyi və yaxud A.S.Puşkin adına DTİM, həmçinin Puşkin muzeyiMoskvada Rusiya dövlət incəsənət muzeyi, müasir Rusiyada Qərb incəsənətinin ən böyük kolleksiyalarından biri. Tarixçi və arxeoloq, Moskva Universitetinin professoru İvan Vladimiroviç Svetayevin təşəbbüsü ilə yaradılan muzey 1912-ci ildə "İmperator Moskva Universitetində İmperator III Aleksandr adına Təsviri İncəsənət Muzeyi" adı ilə açılıb.

Muzeyin əsas binası memar Roman Kleyn tərəfindən neoklassik üslubda qədim məbəd formasında layihələndirilib. Əvvəlcə muzey maarifləndirici bir muzey kimi düşünülmüşdü, lakin 1917-ci il inqilabından sonra müəssisə Dövlət Təsviri İncəsənət Muzeyinə çevrildi. 1937-ci ildə muzeyə şair Aleksandr Puşkinin adı verildi.[2] 1991-ci ildə Puşkin Dövlət Təsviri İncəsənət Muzeyi Rusiya Federasiyası Xalqlarının Xüsusi Qiymətli Mədəni İrs Obyektlərinin Dövlət Məcəlləsinə daxil edildi.[3] 2018-ci ilə olan məlumata görə, ekspozisiya 670 mindən çox əşyadan ibarətdir və burada qədim heykəllər, sənət əsərləri, arxeoloji abidələr, həmçinin Qədim MisirQədim Romaya aid əşyalar kolleksiyası yer alır.[4] 2018-ci ildə muzeyi 1,3 milyon insan ziyarət edib və bu, dünyanın ən çox ziyarət edilən 47-ci incəsənət muzeyi olub.[5]

Yaradılması təklifi

[redaktə | mənbəni redaktə et]
Muzeyin açılışdan əvvəl binasının görünüşü

XIX-XX-ci əsrlərin sonlarında Rusiya imperiyasında mesenatlar və sahibkarlar tərəfindən maliyyələşdirilən özəl sənət qalereyaları meydana gəlməyə başladı. Moskva Universitetində Təsviri İncəsənət Muzeyinin yaradılması ideyası ilk dəfə 1831-ci ildə knyaginya Zinaida Volkonskaya və professor Stepan Şevıryev tərəfindən irəli sürüldü. Lakin layihə həyata keçirilə bilmədi. 1858-ci ildə oxşar təklifi arxeologiya və sənətşünaslıq tarixi professoru Karl Hertz etdi. Lakin layihə üçün heç bir maliyyə vəsaiti tapılmadı.[4][6]

1894-cü ildə şairə Marina Svetayevanın atası İvan Svetayev Rusiya Rəssamları və İncəsənətsevərlərinin I Konqresində tədris muzeyi yaratmağı təklif etdi. Buna nümunə olaraq o, Moskva Universitetinin nəzdində fəaliyyət göstərən "Təsviri incəsənət və qədim əşyalar kabineti"ni misal göstərdi. Yeni muzey qədim dövrlərdən orta əsrlərəintibah dövrünə qədər incəsənətin inkişafını təsvir etməli idi.[4]

1898-ci il martın 12-də İvan Svetayev Moskva İncəsənət Muzeyinin binasının layihəsini imperator II Nikolaya təqdim etdi. Modellərin əvvəlcədən nümayişi çarın bilyard otağında planlaşdırıldı, çünki yalnız burada böyük modellər masalara yerləşdirilə bilərdi. İmperator layihəni təsdiqlədi, lakin binanın tikintisi üçün cəmi 200 min rubl ayırdı. Ancaq II Nikolayın təsdiqini öyrənən bir çox investor da bu planın həyata keçirilməsi üçün pul verməyə başladı. Belə ki, Roma Zalı Yusupov ailəsi tərəfindən, Perqamon tağının bir nüsxəsinin xərcləri isə memar Fyodor Şextel tərəfindən ödənildi. Tacir arvadı Varvara Alekseyeva muzeyin İmperatorun atası III Aleksandrın adını daşımaq şərti ilə 150.000 rubla yaxın pul ayırdı.[7][8]

Gələcək muzey binasının təməli 1898-ci ilin sonunda II Nikolayın və onun ailə üzvlərinin iştirakı ilə qoyuldu. Həmin gün III Aleksandr adına İncəsənət Muzeyinin Təşkilat Komitəsi təşkil edildi.[6] Təşkilat könüllü bir təsisat kimi yaradılmışdı, onun üzvləri universitetə ​​elmi ekspozisiyaların təşkilində kömək etməli, habelə onun tikintisi üçün vəsait tapmalı idilər. Təşkilat Komitəsinin ilk sədri muzey yarandığı gündən onun hamisi olan Böyük knyaz Sergey Aleksandroviç Romanov idi. Muzeyin baş sponsoru, sənayeçi Yuri Neçayev-Maltsov sədrin müavini təyin edildi. İvan Svetayev özü komitənin katibi oldu.[4]

Binanın tikilməsi

[redaktə | mənbəni redaktə et]
İrina Antonova (2011-ci il) 1961-ci ildən 2013-cü ilə qədər beş onillik ərzində muzeyə rəhbərlik edib.

1896-cı ildə İvan Svetayev muzey binasının tikintisi üçün memarlıq müsabiqəsinin şərtlərini dərc etdi. Layihəni memar Roman Kleyin və baş mühəndis İvan Rerberq qazandılar. 1904-cü ildə binada yanğın baş verdi və tikilinin böyük hissəsi və bir müddət əvvəl Romadakı Müqəddəs Mark Katedralinin nüsxələri də daxil olmaqla 175 qutudan çox nüsxə numunəsi məhv oldu. Yanğından sonra bir çox investor binanın yenidən qurulmasına investisiya qoymaqdan imtina etdi. Lakin bina Neçayev-Maltsovun maliyyə hesabına bərpa edildi.[9][10] Muzey 1912-ci ilə qədər neoklassik üslubda yüksək podiuma malik qədim məbəd və fasadın perimetri boyunca İonik order kolonnadası şəklində ucaldıldı. Bu, Moskvada neo-yunan elementləri ilə tikilmiş sonuncu bina oldu.

Binanın şüşə tərtibatını mühəndis Vladimir Şuxov layihələndirdi. O, təbii işığın eksponatlara düşməsi üçün tağlı bağlardan istifadə edərək unikal konstruksiyalar yaratdı.[11]

Daxili tərtibat muzeyin ekspozisiyasına uyğun gəlirdi. İkinci mərtəbədə qədim yunan heykəlləri və qədim sənət əsərlərinin yerləşdirilməsi üçün otaqlar yerləşdirilmişdi. Qalan zallar Qədim Misir, Assuriya, İtalyan İntibahı və Şimali İntibah dövrünün əsərlərinin sərgiləri üçün ayrılmışdı. Muzeydə həmçinin Kolımajnı döngəsi tərəfindən ayrı girişi olan kitabxana da fəaliyyət göstərirdi.[12] İnteryerlər rəssam İqnatius Nivinskinin rəhbərliyi altında dekorativ rəsmlər və mənzərəli pannolarla bəzədilmişdir.[13]

Muzeyin açılması

[redaktə | mənbəni redaktə et]

Muzey ekspozisiyasının tərtibatında Svetayevə rus mədəniyyət xadimləri, Vasili Polenov, İqor Qrabar, Konstantin Korovin, Aleksandr Qolovin, memar Fyodor Şextel, Nikodim Kondakov, Dmitri Aynalov, Vladimir Qolenişev, Boris Turayev, Dmitri İlovaiski kömək ediblər. Belə ki, muzeyin açılışında təqdim olunan ilk ekspozisiyaya erkən orta əsrlər və intibah dövrünün heykəllərindən tökmələr daxil idi: qəliblər Roma və Yunan heykəllərinin orijinallarından hazırlanırdı, sonra isə gipslə doldurulurdu. Beləcə gipsdən istənilən fiqurun dəqiq sürətləri alınırdı. İlkin sərgidə orijinal əşyalar arasında antik vazalar, Qədim Misir əşyalarının məşhur kolleksiyası və XIII–XIV əsrlərə aid bir qrup italyan ikonaları var idi.[7]

Fərziyyəyə görə, hələ də qapalı olan muzeyin ilk ziyarətçisi İvan Svetayevin yanında işləyən və ona muzeyi göstərməyi xahiş edən ocaqçı Aleksey idi. Belə ki, XX əsrin əvvəllərində adi insanların mədəniyyət müəssisələrinə girişi qadağan idi. III Aleksandr adına Təsviri İncəsənət Muzeyinin rəsmi açılışı 1912-ci il mayın 31-də II Nikolayın və anası Mariya Fyodorovnanın, həmçinin qızları: Olqa, Tatyana, MariyaAnastasiyanın iştirakı ilə baş tutdu. Elə həmin gün Yuri Neçayev-Maltsov incəsənətin inkişafındakı xidmətlərinə görə Ağ Qartal ordeni ilə təltif edildi və İvan Svetayev muzeyin ilk direktoru təyin edildi.

31 may 2012-ci ildə Puşkin Muzeyinin 100 illik yubileyi keçirildi. Tədbirin şərəfinə bir sıra medallar və poçt markası buraxılıb. Yubiley günü, 2012-ci il mayın 31-də Birinci Kanalda muzeyin əsrlik tarixinə həsr olunmuş Leonid Parfyonovun "Tanrının gözü" adlı ikihissəli filminin premyerası oldu.

2021-ci ildə muzey ekspozisiyasının bir hissəsi restrukturizasiyaya məruz qaldı və bu, ekspertlərin kəskin mənfi qiymətləndirməsinə səbəb oldu.

5 oktyabr 2022-ci ildə muzeyin əsas girişindəki adsız meydana 1961-ci ildən 2013-cü ilə qədər A. S. Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin direktoru, sonra isə 2020-ci ilə qədər muzeyin prezidenti olan İrina Antonovanın adı verildi.

Adlandırılması

[redaktə | mənbəni redaktə et]
  • 1912–1917 — Moskva Universiteti İmperator III Aleksandr adına İncəsənət Muzeyi
  • 1917–1923 — Moskva Universiteti Təsviri İncəsənət Muzeyi
  • 1923–1932 — Dövlət Təsviri Əsərlər Muzeyi
  • 1932–1937 — Dövlət Təsviri İncəsənət Muzeyi
  • 1937 — indiki — Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi

Tökmə fiqurlar

[redaktə | mənbəni redaktə et]

Muzeydə əsası İvan Svetayevin rəhbərliyi altında yaradılmış qədim və orta əsr əsərlərə aid böyük bir kolleksiya var. Eksponatlar arasında İkinci Dünya müharibəsi zamanı dağıdılmış Müqəddəs Gertruda məbədinin orijinalı Nivellesdəki Müqəddəs Gertruda kilsəsində olan tökmə maket var. Muzeydə sərgi üçün Florensiyadakı Palazzo Bargellonun italyan verandası, eləcə də Karnak məbədinin təsvirini canlandıran papirus gövdələrinin sütunları tamamilə sürətləri çıxarılıb.

2018-ci ilə qədər Qərbi Avropa heykəltaraşlıq kolleksiyasına XVI–XXI əsrlərə aid 600-ə yaxın əsər daxil idi. Muzeydə XV–XVI əsrlərə aid polixrom taxta heykəltaraşlıq nümunələri, XVI–XVII əsrlərə aid tunc heykəllər, XVIII əsr fransız ustalarının əsərləri: Jan-Batist Lemuan, Filip Kaffyeri, Jan-Antuan Hudon, Klan, Ogüst Roden, Aristide Maillol, Antuan Burdel, Osip Zadkin və başqalarının əsərləri saxlanılır.[7]

Bədii kolleksiya

[redaktə | mənbəni redaktə et]

Muzeyin bədii kolleksiyasında 350 mindən çox əsər var. Muzeyin rəsm qalereyası 1924-cü ildə açıldı, lakin ilk orijinal əsərlər 1910-cu ildə Rusiyanın Triestdəki konsulu M. S. Şçekin tərəfindən muzeyə hədiyyə edildi. 1924-cü ildən sonra, əvvəllər Yusupovların, Şuvalovların zadəgan ailələrinə, habelə Sergey Tretyakov, Henrix Brokard, Dmitri Şukin daxil olmaqla, Moskvanın böyük sahibkarlarına məxsus olan rekvizisiya edilmiş şəxsi kolleksiyalardan rəsmlərin sistematik qəbulu başladı. Rumyantsev muzeyində saxlanılan Qərbi Avropa rəssamlarının əsərləri muzeyə verildi. Dövlət Ermitajından gələn əsərlər xüsusi əhəmiyyət kəsb edirdi. Rəsm qalereyasının tərkibi nəhayət 1948-ci ildə, Sergey Şukinin və İvanın keçmiş şəxsi kolleksiyalarından XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərindəki fransız rəssamlarının kolleksiyasını saxlayan Yeni Qərb İncəsənəti Muzeyi ləğv edildikdə tam şəkildə müəyyən edildi.

Misir kolleksiyası

[redaktə | mənbəni redaktə et]

Qədim Misir artefaktları kolleksiyasına eramızdan əvvəl 4-cü minilliyə aid 800-ə yaxın əşya daxildir. Sərgi xronoloji ardıcıllıqla düzülüb. Kolleksiyaya taxta və daş sarkofaqlar, relyeflər, heykəllər, zərgərlik məmulatları, papiruslar, qablar, heykəlciklər və amuletlər daxildir. Ən qiymətli eksponatlar eramızdan əvvəl 6–5-ci minilliyə aid daş alətlər, şifer palitraları və eramızdan əvvəl I–III əsrlərə aid Neqada mədəniyyətlərinə aid boyalı qablardır. Misirlilərin dini həyatında mühüm rol oynayan dəfn mərasimləri ayrıca təqdim olunur. Kolleksiyada həmçinin lahitlər, kanoplar, cənazə maskaları, uşabti heykəlcikləri, tanrıların heykəlcikləri və qazıntılar zamanı üzərində fayans muncuq şəbəkəsi tapılmış keşiş Horxun mumiyası var.[14][7][15] 2022-ci ildə kolleksiya unikal eksponatla — misirlilər tərəfindən pis ruhlardan qorunmaq üçün istifadə edilən Orta padşahlığın aypara şəklində ritual sümük əsası ilə tamamlandı.[16].

  1. Art's most popular (ing.): Exhibition and museum visitor figures 2021. // The Art Newspaper 2022. ISSN 0960-6556
  2. Демская, 1982
  3. Директ-Медиа, 2011
  4. 1 2 3 4 "История Музея". Официальный сайт (старая версия). Государственный музей изобразительных искусств имени А. С. Пушкина. 2018-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-07.
  5. "Art's Most Popular: here are 2018's most visited shows and museums". theartnewspaper.com. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-27.
  6. 1 2 "Открытие Пушкинского музея". Русская Планета. 2018-06-13. 2018-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-07.
  7. 1 2 3 4 Антонова, 1986
  8. "Государственный музей изобразительных искусств имени А.С. Пушкина". museum.ru. 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-07.
  9. "Нечаев-Мальцов Юрий Степанович". История российского предпринимательства. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-05.
  10. Блохина, 2014
  11. Кирилл Яблочкин. "ГМИИ им. Пушкина. История создания одного из лучших музеев мира". Аргументы и Факты. 2014-06-13. 2018-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-07.
  12. Зинаида Одолламская. "Музей изящных искусств". Узнай Москву. 2017-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-07.
  13. Никольский, 2015
  14. "Искусство Древнего Египта". Государственный музей изобразительных искусств имени А. С. Пушкина. 2018-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-08.
  15. Павлов, 1949
  16. Р. И. А. Новости. "Коллекция Пушкинского музея пополнилась уникальным экспонатом". РИА Новости (rus). 20220817T2013. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  • Антонова И. А. Шедевры Государственного Музея Изобразительных Искусств Имени А. С. Пушкина. Москва: ru:Советский художник. 1986. 120. ISBN 978-5-373-03809-6.
  • Александрова Н. Д. Русская графика. Москва: Изобразительное искусство. 1985.
  • Блохина В. В. Всемирная история архитектуры и стилей. Москва: АСТ. 2014. 349. ISBN 978-17-085217-9.
  • Борисова Е. А. Русский неоклассицизм. Москва: Галарт. 2002.
  • ГМИИ им. А. С. Пушкина. Москва: Директ-Медиа. 2011.
  • Данилова Е. Государственному музею изобразительных искусств имени А. С. Пушкина – 100 лет, 1898-1998. Москва: Галарт. 1998.
  • Демская А. А., Смирнова Л. М. Музей на Волхонке. ru:Биография московского дома (50000 nüs.). М.: ru:Московский рабочий. 1982.
  • Демская А. А. Государственный музей изобразительных искусств имени А. С. Пушкина. Города и музеи мира (2-е изд). М.: Искусство. 1983.
  • Демская А. А., Смирнова Л. М. И. В. Цветаев создаёт музей. Москва: Галарт. 1995. ISBN 5-269-00718-5.
  • Макарова И. И. К вопросу о модернизации ГМИИ им. А. С. Пушкина. Москва: Вестник РГГУ. Серия «Философия. Социология. Искусствоведение». 2010. 283—288.
  • Музей 3: Художественные собрания СССР: Сборник (70 лет Государственному музею изобразительных искусств имени А.С. Пушкина). Москва: Советский художник. 1982.
  • Никольский А. А. Неоклассические тенденции в монументально-декоративной живописи интерьеров Музея изящных искусств в Москве. Неизвестные эскизы Р.И. Клейна и И.И. Нивинского // Искусствознание (1). 2015. 115—141.
  • Павлов В. В. Египетская скульптура в государственном музее изобразительных искусств им. А. С. Пушкина. Москва: Издательство государственного музея изобразительных искусств имени А. С. Пушкина. 1949.
  • Полякова Н. П. Художники стран социализма в государственном музее изобразительных искусств имени А. С. Пушкина. Живопись. Скульптура. Москва: Изобразительное искусство. 1974. 1–38.
  • Седова Т. А. Государственный музей изобразительных искусств имени А. С. Пушкина. Путеводитель по картинной галерее. Москва: Изобразительное искусство. 1987.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]