Slavyan eposu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Slavyan eposu
çex. Slovanská epopej
Alfons Muka "Slavyan eposu üzərində işləyərkən
Alfons Muka "Slavyan eposu üzərində işləyərkən
Rəssam Alfons Muxa
Tarixi 1910-1928
Texnikası yağlı boya, kətan
Materialı yağlı boya[d][1]
Saxlanıldığı yer Praqa Milli Qalereyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Slavyan eposu (çex. Slovanská epopej) — Çexiya art-nevü rəssamı Alfons Muxa tərəfindən 1910-1928-ci illərdə yaradılmış rəsm əsərləri seriyasıdır. Seriyada çexlər və digər slavyan xalqlarının mifologiyası və tarixi təsvir edilir. 1928-ci ildə monumental əsərini tamamlayan Muxa, əsərlərin sərgilənməsi üçün xüsusi pavilion inşa edilməsi şərti ilə seriyanı Praqa şəhərinə bağışlayır..[2][3] 2012-ci ilə kimi əsərlər Çexiyanın Yihomoravsk diyarındakı Moravski-Krumlov şəhərindəki qəsrin daimi ekspozisiyasına daxil olmuşdur. 2012-ci ildə seriyaya daxil olan 20 əsərin hamısı Praqa Milli Qalereyası tərəfindən təşkil edilmiş sərgidə nümayiş olunmaq üçün Sərgi sarayına gətirilmişdir.[4]

Alfons Muxa, şah əsəri hesab edilən “Slavyan eposu”nun işlənməsinə on səkkiz il sərf etmişdir. XX əsrin əvvəllərindən Muxa Slavyan tarixinə həsr edilmiş əsərlər seriyası yaratmağı arzulasa da, maddi çətinliklərə görə arzusunu yerinə yetirə bilməmişdir. 1909-cu ildə rəssam, slavyan mədəniyyətinin heyranı olan ABŞ filantropu Çarlz Riçard Kreyndən qrant almağa nail olur.[5] O, işə rəsmlərdə təsvir etmək istədiyi Rusiya, PolşaAfondakı pravoslav monastırları da daxil olmaqla Balkan ölkələrini gəzməklə başlayır. Hadisələrin detallı təsvirinə nail olmaq üçün o, tarixçilərlə müzakirələr aparır. 1910-cu ildə o, Zbiroh qəsrinin bir hissəsini kirayələyərək əsərlər üzərində işləməyə başlayır.[6]

Muxa on səkkiz il seriya üzərində çalışmış, əsərləri tamamladıqca isə, tədricən Praqaya göndərmişdir. 1919-cu ildə seriyanın 11 əsərdən ibarət birinci hissəsi Praqa Klementiumunda sərgilənməyə başlamışdır. 1921-ci ildə əsərlərdən beşi Nyu-YorkÇikaqoda sərgilənmiş və alqışla qarşılanmışdır.[7]

1928-ci ildə tamamlanmış seriya ilk dəfə Çexoslovakiyanın paytaxtı Praqanın Sərgi sarayında təqdim edilmişdir.

1939-cu ilin iyulunda Alfons Muxa vəfat etmişdir. Ölümündən qısa müddət əvvəl o, Çexoslavakiyanın ictimai həyatının mühüm fiqurlarından biri kimi Gestapo tərəfindən dindirilmişdir.[8] İkinci Dünya müharibəsi zamanı nasistlərin əlinə keçməməsi üçün “Slavyan eposu” seriyası gizlədilmişdir.[3]

1948-ci il Çexoslavakiya hadisələrindənkommunistlərin ölkə hakimiyyətini ələ almalarından sonra, Muxa sosialist ideyalarından uzaq dekadent və burjua rəssamı hesab edilmişdir.[9] Əsərlər seriyasının sərgilənməsi üçün yeni pavilyonun inşası ideyası kommunist rejimi üçün lazımsız görünürdü.[9] Müharibədən sonra əsər yerli vətənpərvərlər tərəfindən Moravski-Krumlov qəsrinə gətirilmiş, 1963-cü ildən etibarən isə qəsrdə sərgilənməyə başlamışdır.[3]

2010-cu ilin əvvəllərində əsərləri almış Praqa şəhəri bu vaxta kimi on illərlə davam edən məhkəmə çəkişmələri aparmağa məcbur olmuşdur.[3] “Slavyan eposu”nun 50 ilə yaxın sərgiləndiyi Moravski-Krumlovdan Praqaya gətirilməsi böyük diqqətə səbəb olmuşdur. Ümid edilirdi ki, əsərlərin hər il minlərlə turist tərəfindən ziyarət edilən Praqaya gətirilməsi onlara diqqət çəkilməsinə yardımçı ola bilər.

Lakin, Praqa qalereyalarında əsərlər üçün uyğun yer tapılmamışdır. Buna görə də Çexiya Prezident Aparatı[10] əsərin hazırda sərgiləndiyi yerdə saxlanmasına qərar vermişdir.[11][12] Buna baxmayaraq, 2010-cu ildə Praqa şəhəri əsərlərin bərpası və sərgilənməsi üçün şəhərə gətirilməsini tələb etmişdir.[13] Lakin, rəssamın oğlu Con Muxa və həyat yoldaşı Ceraldina Muxa tərəfindən idarə edilən Muxa Fondu bu addıma qarşı çıxmışdır.[3] Praqa şəhəri isə bildirir ki, seriyanın sahibi Alfons Muxa yox, Çarlz Riçard Kreyn olmuş və o, əsərləri Praqa şəhərinə bağışlamışdır. “Mladá fronta DNES” qəzetinin məlumatına görə məlumat şəhər arxivində aşkarlanan sənədlərlə təsdiqlənmişdir.[5] Fond əsərlər üçün daimi məkanın inşası haqqında Praqa şəhəri ilə danışıqlara başlamışdır.[3] 25 iyul 2010-cu ildə Moravski-Krumlova yığılan minə yaxın insan əsərin şəhərdən aparılmasına qarşı etiraz aksiyası keçirmişdir.[14]

Praqa və Moravski-Krumlov şəhərləri arasında uzun sürən mübahisələrdən sonra 2012-ci ildə əsərlər Praqaya aparılaraq Sərgi sarayında nümayişinə başlanmış və 2016-cı ilin sonuna kimi əsər orda saxlanmışdır.[15]

Rəsmlərin siyahısı

[redaktə | mənbəni redaktə et]

"Slavyan eposu" rəsmlər seriyasına 20 əsər daxildir ki, onlardan da ən böyüyü səkkiz metr enə və 6 metr hündürlüyə malikdir.[3]

Rəsm Adı Orijinal adı İl
1 Slavyanlar vətənlərində: Turan qamçısı və qot qılıncı arasında çex. Slované v pravlasti: Mezi turanskou knutou a gótským mečem 1912
2 Ruqa adasında Svyatovit bayramı: Tanrılar müharibədə olduqda, xilas sənətdədir çex. Slavnost Svantovítova na Rujáně: Když bozi válčí – spása v umění 1912
3 Slavyan liturgiyasının aparılması: Rəbbə öz dilinizdə təşəkkür edin çex. Zavedení slovanské liturgie na Velké Moravě: Chvalte Boha rodným jazykem 1912
4 Bulqar çarı Simeon: Slavyan ədəbiyyatının sübh ulduzu çex. Car Simeon Bulharský: Jitřenka slovanského písemnictví 1923
5 Çexiya kralı İkinci Prjemısl Otakar: Slavyan sülalələrinin birləşdirilməsi çex. Přemysl Otakar II., král železný a zlatý: Svaz slovanských dynastů 1924
6 Serb kralı Stefan Duşanın tacqoyması: Slavyan qanunları çex. Štěpán Dušan Srbský a jeho korunovace: Slovanské zákonodárství 1926
7 Kromerjijli Yan Miliç: Fahişəxananın monastıra çevrilməsi çex. Jan Milíč z Kroměříže: Klášter z nevěstince 1916
8 Ustad Yan Qusun Vifleyem kapellasında vəzi: Həqiqət üstünlük təşkil edir çex. Kázání Mistra Jana Husa v kapli Betlémské: Kouzlo slova – pravda vítězí 1916
9 Krijijdə görüş: Utrakvistlər çex. Schůzka Na Křížkách: Kouzlo slova. Podobojí 1916
10 Qrünvald döyüşündən sonra: Şimal slavyanlarının həmrəyliyi çex. Po bitvě u Grunwaldu: Severoslovanská vzájemnost 1924
11 Vitkov təpəsində döyüşdən sonra: Tanrı həqiqəti təmsil edir, gücü yox çex. Po bitvě na Vítkově: Tě Boha chválíme 1923
12 Pyotr Xeltsitskiy Voldani şəhərində: Pisliyə pisliklə cavab vermə çex. Petr Chelčický: Neoplácet zlem zlé 1918
13 Hussit kralı Podebradlı Yirji: Müqavilələrə əməl edilməlidir çex. Jiří z Poděbrad, král obojího lidu 1923
14 Mikloş Zrininin Ziqeti türklərdən müdafiə etməsi: Xristianlığın qalxanı çex. Hájení Sigetu proti Turkům Mikulášem Zrinským 1914
15 İvançiçedə Kraliçe bibliyasının nəşri: Tanrı bizə dil hədiyyə edir çex. Bratrská škola v Ivančicích: Kolébka Bible kralické 1914
16 Yan Komenskinin Nardendə son günü: Ümidin titrəməsi çex. Jan Ámos Komenský, učitel národů: Plamínek naděje 1918
17 Müqəddəs Afon dağı: Qədim pravoslav ədəbi xəzinələrinin qorunması çex. Mont Athos: Vatikán pravoslavných 1926
18 Slavyan ağacı altında Omaldina andiçməsi: Slavyan intibahı çex. Přísaha „Omladiny“ pod slovanskou lípou 1894: Slovanské obrození 1926-1928
19 Rusiyada təhkimçiliyin ləğvi: Azadlıq dövlətin təməlidir çex. Zrušení nevolnictví na Rusi: Svobodná práce – osnova národů 1914
20 Slavyan tarixinin apofeozu: Slavyanlar insanlıq üçün çex. Apotheosa z dějin Slovanstva: Čtyři období Slovanstva ve čtyřech barvách 1926-1928
  1. Arwas V. Alphonse Mucha: the spirit of art nouveau (ing.). 1998. P. 97. ISBN 978-0-300-07419-2
  2. "The Slav Epic". Moravský Krumlov. 2012-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2018.
  3. 1 2 3 4 5 6 7 Cameron, Rob. "Czech battle over art nouveau epic by Alphonse Mucha". BBC. 10 August 2010. 10 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2018.
  4. Hnátek, Václav. "Muchově Epopeji to ve Veletržním paláci až nečekaně sluší". iDnes (Czech). Mladá fronta DNES. 10 May 2012. 22 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2018.
  5. 1 2 "Slovanská epopej na cestě do Prahy. Muchovi nepatří". Týden.cz. 2010-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2018.
  6. "Slovanská epopej se zatím stěhovat nebude. Krumlovští se brání". TV Nova (Czech). 2014-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2018.
  7. Sayer, Derek. The Coasts of Bohemia: A Czech History. Princeton University Press. 1998. səh. 20.
  8. Carey, Nick. "Alfons Mucha". Radio Prague. 9 February 2000. 11 December 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2018.
  9. 1 2 Konrád, Ondřej. "Slovanská epopej v mlhách" (Czech). Český rozhlas 6. 26 July 2010. 24 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2018.
  10. "Do sporu o epopej se vložil Klaus. Chce, aby zůstala na Moravě". Mladá fronta DNES (Czech). Czech Republic: iDNES.cz. 2010-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2018.
  11. Muchova Slovanská epopej do Prahy zatím nepřesídlí Arxivləşdirilib 2022-03-17 at the Wayback Machine; Týden.cz (in Czech)
  12. Muchova Slovanská epopej stále nemá v Praze místo, další jednání se chystá na říjen Arxivləşdirilib 2010-02-28 at the Wayback Machine; iDnes.cz (in Czech)
  13. Loss of Mucha art work likely to hit small Moravian town hard Arxivləşdirilib 2022-04-12 at the Wayback Machine; Radio.cz
  14. "Proti stěhování epopeje protestovalo v Moravském Krumlově tisíc lidí". Mladá fronta DNES (Czech). Czech Republic. 2010-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2018.
  15. "Mucha's "Slav Epic" moved to Prague without approval". 2012-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]