Tərlan Əliyarbəyov

Vikipediya, azad ensiklopediya
Toghrul R (müzakirə | töhfələr) (şablon) tərəfindən edilmiş 11:16, 23 may 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Tərlan Əliyarbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 28 noyabr 1892(1892-11-28)
Doğum yeri
Vəfat tarixi 15 fevral 1956(1956-02-15) (64 yaşında)
Vəfat yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti azərbaycanlı
Rütbəsi General-mayor
Komandanlıq edib
Döyüşlər
Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərlan Abdulla oğlu Əliyarbəyov (28 noyabr 1892, Ağsu15 fevral 1956, Bakı) — sovet hərbi xadimi, general-mayor.[1]

Həyatı

Tərlan Əliyarbəyov 28 noyabr 1892-ci ildə Ağsu kəndində (indiki Ağsu şəhəri) anadan olmuşdur. 1914-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. 1927-1941-ci illərdə iki dəfə M.V.Frunze adına Ali Hərbi Akademiyanı bitirmişdir. Peşəkar hərbçi, igid general Tərlan bəy Əliyarbəyov 1956-cı ildə fevral ayının 15-də Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. [2]

Fəaliyyəti

1914-1918-ci illərdə Birinci dünya müharibəsində iştirak etmiş, Şamaxı alayı tərkibində rota (bölük) və batalyon (tabor) komandiri olmuş, alman cəbhəsində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Xalq Cəbhəsi ordusu yaradılmağa başlayanda onun sıralarına qoşulmuş, əvvəlcə piyada alayında xidmət etmiş, sonra isə Bakı şəhəri və onun rayonlarının hərbi rəisi təyin edilmişdir. Bu vəzifədə o Bakı şəhəri və onun ətraf rayonlarının əhalisi arasında hərbi çağırış işinin təşkilinə başçılıq etmişdir. 1918-1919-cu illərdə Müsavat ordusunda alay komandiri olmu həmçinin Bakı şəhər rəisinin müavini olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə təsis edilmiş yeddi hərbi rəislikdən biri olan həmin vəzifənin yaradılmasından məqsəd də hərbi çağırış və səfərbərlik işində mövcud nöqsanları aradan qaldırmaq, bu sahədə yol verilən əyintilərin qarşısını almaq idi. Cümhuriyyətin süqutuna qədər Bakı və onun rayonlarının hərbi rəisi vəzifəsini icra edərkən T.Əlyarbəyov podpolkovnik rütbəsində idi. Aprel çevrilişindən sonra çağırış və səfərbərlik sahəsində kifayət qədər təcrübəyə malik olduğu üçün Tərlan bəy Əlyarbəyov yüksək hərbi vəzifələrdə işləmiş, könüllü şəkildə "Qızıl" Orduya qatılmışdır. 1923-1929-cu illərdə Azərbaycan SSR hərbi komissarının köməkçisi və ərazi idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1925-1931-ci illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuş, 1927-ci ildə M.V.Frunze adına Hərbi Akademiyada Ali Komanda heyəti kursunu bitirdikdən sonra Bakıya qayıdan Əliyarbəyov hərbi istedadını milli hərbi kadrların yetişdirilməsinə sərf etmişdir. 1946-1948-ci illərdə Azərbaycan SSR maarif nazirinin müdafiə işləri üzrə müavini işləmişdir. Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. 1948-ci ildə istefaya çıxmışdır. [2]

Vətən Müharibəsi dövründə

1932-ci ildə Azərbaycan Neft İnstitutunda hərbi-pedaqoji fəaliyyət göstərmişdir. O, ikinci dəfə (1941-ci il) M.V.Frunze adına Ali Hərbi Akademiyanı bitirəndə Böyük Vətən Müharibəsi başlanmışdı. Cəbhəyə səfərbər olunan polkovnik Tərlan bəy Əliyarbəyov 1942-ci il oktyabrın 15-də azərbaycanlılardan ibarət 416-cı diviziyanın komandir müavini, üç ay sonra komandiri, 58-ci korpusun komandir müavini təyin edilir. Müharibə illərində Tərlan bəy Əliyarbəyovun döyüş xidmətləri yüksək qiymətləndirilərək 1944-cü il fevralın 9-da ona general-mayor rütbəsi verilmişdir. [1]

Mükafatları

  • Lenin ordeni
  • Qırmızı Bayraq ordeni
  • Qırmızı Ulduz ordeni
  • Müxtəlif medallar

Xatirəsi

Həmçinin bax

Xarici keçidlər

Mənbə

  • Боков Ф.Е., Бессмертный подвиг сынов Азербайджана, Б., 1971;
  • Азербайджанская ССР в период Великой Отечественной войны 1941 – 1943 гг., сб. документов и материалов, в двух томах, т 1, Б., 1976.
  • ASE IV cild
  • Nəzirli Ş., Azərbaycan generalları, B., 1991;

İstinadlar

  1. 1 2 Алиярбеков Тарлан Абдулла оглу, генерал-майор.
  2. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 360-361