Rzaqulu mirzə Qovanlı-Qacar
Rzaqulu mirzə Qovanlı-Qacar | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1837 |
Doğum yeri | |
Vəfat tarixi | 1894 |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | süvari |
Rütbəsi | general, general-mayor |
Komandanlıq edib | |
Döyüşlər |
Rzaqulu mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (1837, Təbriz – 1894, Şuşa) — Çar ordusunun generalı, Bəhmən mirzə Qovanlı-Qacarın oğlu.
Həyatı
[redaktə | mənbəni redaktə et]Rzaqulu mirzə Bəhmən mirzə oğlu 1837-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Rus ordusunda xidmət etmişdi. Xidmətə Qafqaz eskadronunun leyb-qvardiyasında kornet kimi başlamışdı. 1862-ci il, 1864-cü il dağlılar əleyhinə yürüşdə iştirak etmişdi.
Rzaqulu mirzə 1874-cü ildə Sırdərya yürüşünün iştirakçıları arasında idi. 1877–1878-ci illər rus-osmanlı savaşında dəstəsinin başında döyüşmüşdü.
Rzaqulu mirzə 1883-cü ildə general-mayor rütbəsinədə ehtiyata buraxılmışdı. O, 1894-cü ildə vəfat edib.
Rzaqulu mirzənin Əkbər mirzə Qovanlı-Qacar, Fətəli mirzə Qovanlı-Qacar adlı oğulları, Dilşad xanım adlı qızı vardı.
Mükafatları
[redaktə | mənbəni redaktə et]Rzaqulu mirzə Rusiyanın bir çox orden-medallarını almışdı. 1873-cü ildə tac ordeninə layiq görülmüşdü. Fransanın "Maarif qarşısındakı xidmətlərinə görə" ordenini almışdı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 1837-ci ildə doğulanlar
- Təbrizdə doğulanlar
- 1894-cü ildə vəfat edənlər
- Şuşada vəfat edənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Qacar şahzadələri
- Azərbaycan generalları
- Azərbaycanlı generallar
- Rusiya İmperator Ordusunun azərbaycanlı generalları
- Bəhməni ailəsi
- Qafqaz müharibəsinin iştirakçıları
- Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları