Tərlan Əliyarbəyov
Tərlan Əliyarbəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 noyabr 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 15 fevral 1956 (64 yaşında) |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | azərbaycanlı |
Rütbəsi | General-mayor |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tərlan Abdulla oğlu Əliyarbəyov (28 noyabr 1892, Ağsu – 15 fevral 1956, Bakı) — sovet hərbi xadimi, general-mayor.[1]
Həyatı
Tərlan Əliyarbəyov 28 noyabr 1892-ci ildə Ağsu kəndində (indiki Ağsu şəhəri) anadan olmuşdur. 1914-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. 1927-1941-ci illərdə iki dəfə M.V.Frunze adına Ali Hərbi Akademiyanı bitirmişdir. Peşəkar hərbçi, igid general Tərlan bəy Əliyarbəyov 1956-cı ildə fevral ayının 15-də Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. [2]
Fəaliyyəti
1914-1918-ci illərdə Birinci dünya müharibəsində iştirak etmiş, Şamaxı alayı tərkibində rota (bölük) və batalyon (tabor) komandiri olmuş, alman cəbhəsində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Xalq Cəbhəsi ordusu yaradılmağa başlayanda onun sıralarına qoşulmuş, əvvəlcə piyada alayında xidmət etmiş, sonra isə Bakı şəhəri və onun rayonlarının hərbi rəisi təyin edilmişdir. Bu vəzifədə o Bakı şəhəri və onun ətraf rayonlarının əhalisi arasında hərbi çağırış işinin təşkilinə başçılıq etmişdir. 1918-1919-cu illərdə Müsavat ordusunda alay komandiri olmu həmçinin Bakı şəhər rəisinin müavini olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə təsis edilmiş yeddi hərbi rəislikdən biri olan həmin vəzifənin yaradılmasından məqsəd də hərbi çağırış və səfərbərlik işində mövcud nöqsanları aradan qaldırmaq, bu sahədə yol verilən əyintilərin qarşısını almaq idi. Cümhuriyyətin süqutuna qədər Bakı və onun rayonlarının hərbi rəisi vəzifəsini icra edərkən T.Əlyarbəyov podpolkovnik rütbəsində idi. Aprel çevrilişindən sonra çağırış və səfərbərlik sahəsində kifayət qədər təcrübəyə malik olduğu üçün Tərlan bəy Əlyarbəyov yüksək hərbi vəzifələrdə işləmiş, könüllü şəkildə "Qızıl" Orduya qatılmışdır. 1923-1929-cu illərdə Azərbaycan SSR hərbi komissarının köməkçisi və ərazi idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1925-1931-ci illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuş, 1927-ci ildə M.V.Frunze adına Hərbi Akademiyada Ali Komanda heyəti kursunu bitirdikdən sonra Bakıya qayıdan Əliyarbəyov hərbi istedadını milli hərbi kadrların yetişdirilməsinə sərf etmişdir. 1946-1948-ci illərdə Azərbaycan SSR maarif nazirinin müdafiə işləri üzrə müavini işləmişdir. Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. 1948-ci ildə istefaya çıxmışdır. [2]
Vətən Müharibəsi dövründə
1932-ci ildə Azərbaycan Neft İnstitutunda hərbi-pedaqoji fəaliyyət göstərmişdir. O, ikinci dəfə (1941-ci il) M.V.Frunze adına Ali Hərbi Akademiyanı bitirəndə Böyük Vətən Müharibəsi başlanmışdı. Cəbhəyə səfərbər olunan polkovnik Tərlan bəy Əliyarbəyov 1942-ci il oktyabrın 15-də azərbaycanlılardan ibarət 416-cı diviziyanın komandir müavini, üç ay sonra komandiri, 58-ci korpusun komandir müavini təyin edilir. Müharibə illərində Tərlan bəy Əliyarbəyovun döyüş xidmətləri yüksək qiymətləndirilərək 1944-cü il fevralın 9-da ona general-mayor rütbəsi verilmişdir. [1]
Mükafatları
- Lenin ordeni
- Qırmızı Bayraq ordeni
- Qırmızı Ulduz ordeni
- Müxtəlif medallar
Xatirəsi
Həmçinin bax
Xarici keçidlər
- General mayor-Tərlan Əliyarbəyov
- Üç ordunun zabiti Tərlan Əliyarbəyov
- General Tərlan Əliyarbəyov haqqında reportaj.
- AZƏRBAYCANLI GENERALLAR: TƏRLAN ƏLİYARBƏYOV
- http://palitranews.az/news.php?id=105478
- http://palitranews.az/news.php?id=105675
Mənbə
- Боков Ф.Е., Бессмертный подвиг сынов Азербайджана, Б., 1971;
- Азербайджанская ССР в период Великой Отечественной войны 1941 – 1943 гг., сб. документов и материалов, в двух томах, т 1, Б., 1976.
- ASE IV cild
- Nəzirli Ş., Azərbaycan generalları, B., 1991;
- http://palitranews.az/news.php?id=105478
- http://palitranews.az/news.php?id=105675
İstinadlar
- ↑ 1 2 Алиярбеков Тарлан Абдулла оглу, генерал-майор.
- ↑ 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 360-361
- Pages using the JsonConfig extension
- 28 noyabrda doğulanlar
- 1892-ci ildə doğulanlar
- Ağsuda doğulanlar
- 15 fevralda vəfat edənlər
- 1956-cı ildə vəfat edənlər
- 64 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Qırmızı bayraq" ordeni ilə təltif edilənlər
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- IV dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Azərbaycanlı generallar
- Birinci dünya müharibəsi iştirakçıları
- İkinci dünya müharibəsi iştirakçıları
- Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları