Örl Litzenberger
Örl Litzenberger | |
---|---|
ing. Earle D. Litzenberger | |
12 mart 2019 – 26 iyul 2022 | |
Əvvəlki | Robert Sekuta |
Sonrakı | Mark Libbi |
Şəxsi məlumatlar | |
Təhsili |
|
Fəaliyyəti | diplomat |
Uşağı | 2 |
Vikianbarda əlaqəli mediafayllar |
Örl (Li) Litzenberger (ing. Earle D. Litzenberger) — ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (12 mart 2019-cu ildən)[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Səfir Litzenberger Midlberri Kollecinini Bakalavr dərəcəsilə bitirmiş və ABŞ-nin Hərbi Kollecinin Strateji Araşdırmalar Bölümündə Magistr dərəcəsini başa vurmuşdur. Səfir Litzenberger Dövlət Departamentinin Siyasi və Hərbi Məsələlər Bürosunda Baş Məsləhətçi və Yüksək Səviyyəli Büro Rəsmisi qismində çalışmışdır. O, həm də Brüsseldə ABŞ-nin NATO-dakı Missiyasının Rəhbər Müavini (2014–2017), ABŞ-nin Belqradda (2010–2013) və Bişkekdə (2006–2009) yerləşən səfirliklərində Səfir Müavini kimi çalışmışdır. O, 2013–2014-cü illərdə Əfqanıstanın paytaxtı Kabulda NATO-nun Ali Mülki Nümayəndəsinin Müavini kimi çalışmışdır.[2]
Litzenberger fransız, rus, serb və bolqar dillərini bilir. Evlidir, iki uşağı var.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Prezident İlham Əliyev ABŞ-nin yeni səfirinin etimadnaməsini qəbul edib Arxivləşdirilib 2019-07-12 at the Wayback Machine (az.)
- ↑ Səfir Li Litzenberqer Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine (az.)
- ↑ ABŞ-nin Azərbaycandakı yeni səfiri o oldu Arxivləşdirilib 2021-07-27 at the Wayback Machine (az.)
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |