Şəfəq və Asiman qaz yatağı
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Şəfəq və Asiman | |
Ölkə | Azərbaycan |
Region | Xəzər dənizi |
Kəşfi | 2009 |
İstismarı | 2023 |
Hasilatçılar: | BP (50%), SOCAR (50%) |
Şəfəq və Asiman — Xəzərin Azərbaycan sahilində, Bakının 125 kilometr cənub-şərqində yerləşən qaz-kondensat yatağı.[1] Şəfəq və Asiman strukturları əvvəllər müvafiq olaraq D8 və D10 adlanırdı.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Şəfəq və Asiman strukturlarının öyrənilməsi üçün qarşılıqlı anlaşma haqqında memorandum 13 iyul 2009 tarixində imzalanmışdır. İlkin razılığa görə, dəniz bloku BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (abr. SOCAR) tərəfindən birgə hazırlanacaqdı. Qarşılıqlı anlaşma haqqında memorandum SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Kəşfiyyat və Hasilat üzrə icraçı direktor Endi Aynqilis tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və keçmiş Böyük Britaniya Baş Naziri Qordon Braunun iştirakı ilə imzalanmışdır.[3] Qarşılıqlı anlaşma memorandumundan sonra, BP-nin prezidenti Toni Heyvardın Azərbaycana səfəri zamanı Rövnəq Abdullayev və BP Azərbaycanın prezidenti Rəşid Cavanşirin 6 iyul 2010 tarixində imzalanması ilə əsas kommersiya prinsipləri haqqında razılığa gəliblər.[1][4] Şəfəq və Asiman blokunun inkişafı BP tərəfindən idarə olunan Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin uzadılması kimi qiymətləndirilir.[5][6] Kəşfiyyat işlərinin 2016-cı ilin ikinci yarısında başlaması və 2017-ci ilin ikinci yarısında davam etməsi gözlənilir.[7]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "SOCAR and BP sign agreement on development project of oil and gas structures in Azerbaijan". Day.az. 2010-07-06. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-06.
- ↑ "SOCAR starts making technical concept of new refinery for Turkey's holding Petkim". Caspian Business News. 2010-07-06. 2011-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-07.
- ↑ "BP and SOCAR Sign MOU To Explore New Caspian Acreage" (Press-reliz). BP. 2009-07-13. 2012-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-21.
- ↑ "Tony Hayward's Visit to Azerbaijan". Financial. 2010-07-07. 2010-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-07.
- ↑ Jeremy Beckman. "Operators chasing further reserves in established/emerging offshore Middle East plays". Offshore Magazine. 2010-05-01. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-07.
- ↑ "Azerbaijan's SOCAR and BP sign new agreement". News.az. 2010-07-06. 2010-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-07.
- ↑ E. İsmayılov. "BP-Azerbaijan to launch drilling on Shafag-Asiman in 2016 (UPDATE)". Trend News Agency. 2011-08-08. 2012-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-08.