Əlincə FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əlincə FK
Loqonun şəkli
Klubun tam adı Əlincə Futbol Klubu
Ölkə AzərbaycanAzərbaycan Respublikası
Kodu ƏFK
Rəng(lər)         
Yaranma tarixi 2010
Stadionu Əlincə Stadionu[1][2][3]
Tutumu 13.000
Koordinatlar FQP8+GF
Prezidenti Elşad Kəlbəliyev
Baş məşqçisi Mirağa Seyitli

Əlincə FK və ya rəsmi adı ilə Əlincə Futbol KlubuNaxçıvan Muxtar Respublikasının Culfa şəhərində yer alan, Azərbaycan futbol klubudur. Klubun tarixi 2010-cu ildən başlayır. Əlincə klubu hazırda Azərbaycan Region Liqasıın Naxçıvan zonasında çıxış edir.[4]

"Əlincə" futbol klubu 2010-cu il aprelin 5-də "Bağçalı Evlər" MTK-nın rəhbəri Hacı Məhərrəm Novruzov tərəfindən təsis edilib[5]. Adının mənası Naxçıvandakı Əlincə qalası ilə bağlıdır. Klubun akademiyası Masazır kəndi, Novxanı şossesi ərazisində yerləşir. Rəhbərliyin diqqət və qayğısı nəticəsində klubun bazası genişləndirilmiş, AFFA-nın bayrağı altında keçirilən çempionatlarda iştirak üçün lisenziya almışdır.

Yarandığı ilk günlərdə 12 futbolçu ilə fəaliyyət göstərən klub, tədricən futbolçu və məşqçi heyətinin çoxaldılması ilə əlaqədar yeni stadionlar inşa etmişdir. Həmçinin futbolçular, məşqçilər heyətinin daimi yaşaması üçün ən müasir standartlara cavab verən baza tikilmişdir. 2011–2012, 2012–2013 və 2013–2014-cü il mövsümlərində AFFA-nın bayrağı altında keçirilən müvafiq çempionatlarda U-14, U-15 və U-16 komandaları iştirak etmişdir. Klub debüt ilində çempionatda 16 komanda arasında 4-cü, 2-ci mövsümdə 16 komanda arasında 2-ci, 3-cü mövsümdə 16 komanda arasında 3-cü yeri qazanmışdır.

2011-ci ildən artıq klub tərkibində 1998–1999 və 2000–2001-ci il doğumlu futbolçulardan ibarət iki komanda yaradılmışdır.

2000–2001-ci il doğumlu futbolçular isə U-13, U-14 çempionatlarında iştirak etmiş və ardıcıl iki mövsüm çempionatın bombardiri adını "Əlincə" futbol klubunun üzvü 2001-ci il doğumlu Turan Vəlizadə qazanmışdır. 2013-cü ildən isə artıq klub nəzdində üç komanda yer alıb. Belə ki, 2013–2014-cü il mövsümündən "Əlincə" U-11 komandasıyla da təmsil olunur. Həmçinin klubun bir neçə futbolçusu milli komandalarla birgə xarici ölkələrdə keçirilən təlim-məşq toplanışlarında iştirak ediblər.

Klub o futbolçuların sayının artırılması üçün daha yüksək səylə çalışıtiğini vurğulayıb. Həmçinin qey etmək lazımdır ki, klubun futbolçularının milli komandalara dəvət alıb.

Bu siyahıda 1998-ci il doğumlu Qara Qarayev, Ramazan Məmmədli, Murad İslamov, 2000-ci il doğumlu Tahir Zeynalov və Turan Vəlizadəni göstərmək olar. Komandanın yetirməsi olan və öz yaş qrupu üzrə yığma komandanın kapitanı olan Qara Qarayev AFFA-nın bayrağı altında keçirilən turnirlərdə fərqləndiyinə görə bir çox mükafatlara layiq görülüb.

Yaranmasından cəmi bir il sonra 2011-ci ilin noyabr ayında 5000 nəfərlik stadion istifadəyə verilmiş, müxtəlif səviyyəli turnirlər və çempionatlar məhz bu stadionda keçirilib.

2011-ci ilin dekabr ayında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş, təşkilatçısı "Əlincə" futbol klubu olan turnir də bu stadionda baş tutub. Bu yarışda da komanda uğurlu çıxış sərgiləyərək fəxri kuboku başı üzərinə qaldırıb.

Elə həmin ildə qızlar arasında keçirilən çempionatın və 2013–2014 mövsümünün U-14 liqasının yekun oyunu "Bakı" – "Neftçi" qarşılaşması da "Əlincə"nin stadionunda baş tutub.

Klub həmçinin yarandığı gündən bəri bir çox xarici ölkələrdə təlim-məşq toplanışlarına yollanmış və bu müddətdə müxtəlif beynəlxalq turnirlərə qatılıb. Buna misal olaraq, 2013-cü ilin yanvar ayında "Əlincə" klubu Sankt-Peterburqda keçirilən "Peterburq CUP" turnirində 2001-ci il doğumlu futbolçularla təmsil olunub və 1-ci yeri tutub. Üstəlik, 2013-cü ildə Batumidə keçirilən "DİNAMO BATUMİ İNTERNATİONAL TOURNAMENT"də 2000-ci il doğumlu futbolçularla iştirak etmiş və bu turnirdə də komanda 1-ci yeri əldə etmişdir.

Hal-hazırda "Əlincə"idman klubu tərkibində futboldan əlavə digər idman növləri də var ki, bunlara misal olaraq, voleybol, karate, üzgüçülük və s göstərmək olar. Texniki şərait olaraq "Əlincə" idman klubu 2 üstüörtülü, 4 üstüaçıq süni örtüklü, 2 təbii örtüklü və bir futzal olmaqla 9 stadiona sahibdir. Əlavə olaraq futbolçuların daimi yaşaması üçün iki mehmanxana, yeməkxana, restoran, trenajor zalı, üzgüçülük hovuzu, sauna fəaliyyət göstərir.[6]

"Əlincə" İdman Akademiyasının tərkibinə 4 kiçik yardımçı stadion, 5000 nəfərlik süni örtüklü və Masazır qəsəbəsinin "Qurtuluş 93" yaşayış kompleksində yerləşən 13 min yerlik təbii ot örtüklü stadion daxildir. Hazırda Şabran rayonunda böyük futbol məktəbi və 4 təbii ot örtüklü müasir standartlara cavab verən stadion tikilməkdədir. Eyni zamanda futbolçuların və qonaqların qalması üçün koteclər və 7 mərtəbəli otel inşa olunub. Ve digər mövsümlərdə uğurla çıxış etsede rəhbərlik səbəbsiz yere maliyyə desteyini cekmesi neticesinde klub 2019 cu ilde fəaliyyətini dayandırmışdir.

Loqoların Anlamı

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Rəsmi saytı Arxivləşdirilib 2015-08-01 at the Wayback Machine

  1. https://qol.az/news/136334-elince-arenanin-adi-deyisdi
  2. "Arxivlənmiş surət". 2019-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.
  3. "Arxivlənmiş surət". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.
  4. https://www.facebook.com/275213021004357/posts/398128925379432/?locale=hi_IN
  5. https://www.xezerxeber.az/news/gundem/127501/javascript();
  6. http://davam.az/print:page,1,18581-linc-futbol-klubu-sas-mqsdimiz-gnc-futbolu-nsli-yetidirmkdir.html