Albaniya (toponim)
Albaniya — Qafqazdan Şotlandiyaya[1] kimi müxtəlif ərazilərdə istifadə olunan toponimdir. Dünyada toponim daha çox balkan ölkələrindən biri olan Albaniya Respublikasının adı kimi məşhurdur.
Albaniya (Qafqaz)
[redaktə | mənbəni redaktə et]Qafqaz Albaniyası (q.yun. Ἀλβανία, [Aluank], orta fars. Arran) e.ə. IV əsrdən b.e. VIII əsrinə kimi Cənubi Qafqazda, müasir Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlətdir. Ölkənin adının mənşəyi tam müəyyənləşdirilməmişdir. Rusiya tarixçisi Kamilla Trever özünün "Qafqaz Albaniyasının tarixi və mədəniyyəti haqqında oçerklər: e.ə. IV əsr – b.e. VII əsri" adlı kitabında "Albaniya" (qədim yunan və latın dilli mənbələrdə) və "Alvank" (qədim erməni dilli mənbələrdə) toponimlərinin mənşəyi məsələsinə diqqət yetirir. Onun fikrincə, toponimin kökü latın dilində "albus" – "ağ" sözü ilə bağlıdır, lakin adın yaranmasının romalılarla əlaqələndirilməsi müəllif tərəfindən əsaslandırılmır, çünki, romalılar yerli adın yalnız latın dilində səslənməsini yarada bilərdilər. Bundan əlavə K. Trever daha iki versiyanı qeyd edir. A. A. Bakıxanov tərəfindən XIX əsrin əvvəllərində yazılmış birinci versiyaya əsasən "alban" sözü latın dilində "ağ" anlamını verən "albi" sözündən əmələ gəlmişdir. N. Y. Marr tərəfindən səsləndirilmiş ikinci versiyaya görə isə "Albaniya" sözü "Dağıstan" sözü kimi "dağlıq ölkə" anlamını ifadə edir. N. Y. Marr fikrini həm Balkanlarda, həm də Şotlandiyadakı oxşar toponimlərin də dağlıq ərazilərə aid olması ilə izah edir.[2]
Daha bir versiya isə Rusiya tarixçiləri A. P. Novoseltsev, V. T. Paşuto və L. V. Çerepnin tərəfindən səsləndirilmişdir. Onlar hesab edirlər ki, Albaniya toponiminin yaranması irandilli alanlarla əlaqəlidir.[3] Bu nəzəriyyənin tərəfdarı olan Quram Qumba isə toponimi siraklarla əlaqələndirir.[4]
Albaniya (Balkanlar)
[redaktə | mənbəni redaktə et]Balkan yarımadasında yerləşən Albaniya dövlətinin adının etimologiyası da mübahisə mövzusudur. Belə bir fikir var ki, toponim, illiriya tayfalarından birinin adı olan "albanoi" etnonimindən yaranmışdır.[5] Qarlı Albaniya dağlarına görə, ölkənin adı pro-Hind-Avropa mənşəli olan və "ağ" anlamını verən *albho- kökü əsasında yaranmışdır.[6]
Balkanlarda Albaniya adlı ilk dövlət qurumu 1271–1333, 1355–1368-ci illərdə mövcud olmuş Albaniya krallığı və 1368–1443-cü illərdə mövcud olmuş Albaniya knyazlığıdır. 1385-ci ildə baş vermiş Savr döyüşündən sonra, Osmanlı imperiyasının Rumeli əyalətinin tərkibində Albaniya sancağı yaradılmışdır.[7]
1468–1912-ci illərdə Albaniya Osmanlı imperiyasının tərkibində olmuşdur. 1912-ci ildə dövlətin müstəqillik əldə etməsindən sonra, adı aşağıdakı kimi dəyişmişdir:
- Albaniya knyazlığı – 1914–1925
- Albaniya respublikası – 1925–1928
- Albaniya krallığı – 1928–1939
- Albaniya Xalq Sosialist Respublikası – 1946–1992
- Albaniya Respublikası – 1992-bu günə kimi
Ölkənin özünüadlandırması olan "Shqipëria" sözü, alban dilində "məna vermək" anlamını ifadə edən "shqip" sözündən əmələ gəlmişdir.[8]
Albaniya (Şotlandiya)
[redaktə | mənbəni redaktə et]Şotlandiyanın qəl dilində adı olan "Alba" sözünün, Böyük Britaniyanın yunanca adı olan, orta ingilis dilində "Albany" formasında işlənən, "Albion" sözünün latınlaşdırılmış versiyası olan "Albania" sözündən törəməsi ehtimal edilir. Bəzi tədqiqatlar bu adı İrlandiyanın ən erkən adlarından biri olan və "qürub torpağı" anlamı verən "Fodla" toponimi ilə əlaqələndirərək, "Alba" sözünün "şəfəq torpağı" anlamı verdiyini bildirir. Bu versiya, Şotlandiyanın ən qədim gerblərindən biri olan və üzərində günəş şəfəqi təsvir edilmiş gerblə də təsdiqlənir.
Albion
[redaktə | mənbəni redaktə et]Albion Böyük Britaniyanın ən qədim məlum adıdır. Müasir dövrdə daha çox Böyük Britaniyanın poetik təsviri üçün istifadə olunur. Albion adı ilk dəfə olaraq e.ə. VI əsrdə qədim yunanların, o cümlədən yunan coğrayafiyaşünası Ptolemeyin əsərlərində çəkilmiş, sonralar isə Qədim Roma və orta əsrlər ədəbiyyatına keçmişdir. Kral Artur haqqında əfsanələrdə də bir çox hallarda Albion ifadəsindən istifadə olunmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Price, Glanville. The Celtic Connection. Rowman & Littlefield. 1992. səh. 104. ISBN 978-0-86140-248-9. 24 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2013.
Indeed, Eire might well have become the Gaelic name of Scotland as it is that of Ireland. But it was Alba that finally won as the vernacular name while Scotia survived as entirely a literary term
- ↑ Тревер К. В., 1959, С. 8
- ↑ Новосельцев А. П., Пашуто В. Т., Черепнин Л. В., 1972, С. 38−39
- ↑ Гумба, Гурам (1986) Кавказская Албания по "Ашхарацуйцу" Вардана Вардапета (XIII в.). Вестник социальных наук, No. 9 . pp. 64–73. ISSN 0320–8117
- ↑ Indogermanisches etymologisches Wörterbuch (Indo-European Etymological Dictionary) 1959 p. 30–31
- ↑ "Indogermanisches etymologisches Wörterbuch (Indo-European Etymological Dictionary) 1959 pp. 30-31". 2016-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-07.
- ↑ Licursi, Emiddio Pietro, Empire of Nations: The Consolidation of Albanian and Turkish National Identities in theLate Ottoman Empire, 1878 – 1913, New York: Columbia University, 2011, səh. 19, 2012-11-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-07-07,
This is of key importance, as it demonstrates the Ottoman center’s direct influence in defining Albania as a stable, unambiguous territorial category, for the first time.
- ↑ "Албанцы". 2014-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-07.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э.−VII в. н. э. (источники и литература). — М.−Л.: Издательство Академии наук СССР, 1959. — 389 с.
- Новосельцев А. П., Пашуто В. Т., Черепнин Л. В. Пути развития феодализма. — "Наука", 1972.
- Bernau, Anke, McMullan, Gordon; Matthews, David (redaktorlar ), "Myths of origin and the struggle over nationhood", Reading the Medieval in Early Modern England, Cambridge University Press, 2007, 106–118, ISBN 0521868432
- Brereton, Georgine Elizabeth, redaktorDes grantz geanz: an Anglo-Norman poem, Medium Aevum Monographs, 2, Oxford: Blackwell, 1937