Aleksey Tolstoy
Aleksey Tolstoy | |
---|---|
rus. Алексей Николаевич Толстой | |
Doğum tarixi | |
Doğum yeri | Puqaçyov, Rusiya imperiyası |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Moskva |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Milliyyəti | rus |
Təhsili |
|
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 1907-ci ildən |
Əsərlərinin dili | rus dili |
İstiqamət | sosialist realizmi |
Janrlar | tarixi roman[d] |
Üzvlüyü | |
Mükafatları |
|
az.lib.ru | |
Aleksey Tolstoy Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksey Nikolayeviç Tolstoy — rus yazıçısı. 3 dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946)
Həyatı
[redaktə | mənbəni redaktə et]Aleksey Nikolayeviç Tolstoy 10 yanvar 1883-cü ildə Nikolayevsk şəhərində (indiki Saratov vilayətinin Puqaçov şəhərində) qraf Lev Nikolayeviç Tolstoyun ailəsində anadan olmuşdur[1]. Samara real məktəbini bitirdikdən sonra, 1901-ci ildə Peterburq Texnoloji İnstitutuna daxil olmuş, lakin ədəbiyyata olan güclü həvəsinin təsiri ilə 1907-ci ildə diplom müdafiəsi ərəfəsində təhsilini yarımçıq qoymuşdur. Elə həmin il onun “Lirika” adlı ilk şeirlər kitabı çap olunur. Bu kitabda dekadent ədəbiyyatın ciddi təsiri, simvolizmə meyil hiss olunurdu və sonralar müəllif özü bu kitabı tənqid edir. Ilk şeirlər kitabından bir il sonra “Niva” jurnalında Aleksey Tolstoyun “Köhnə qala” adlı ilk hekayəsi, 1910-cu ildə “Sağsağan nağılları” hekayələr kitabı çap olunur. Onun bir-birinin ardınca çapdan çıxmış “Mavi çaylar arxasında”, “Baməzə adamlar” (1911), “Topal mülkədar” (1912) kitablarında şifahi xalq ədəbiyyatına, Nikolay Vasilyeviç Qoqol, İvan Aleksadroviç Qonçarov və Mixail Yevqrafoviç Saltıkov-Şedrin kimi sərt realistlərin satira ənənələrinə yaradıcı meyil hiss olunurdu. Birinci dünya müharibəsində (1914) “Russkiye vedomosti” qəzetinin hərbi müxbiri kimi cəbhəyə gedir və yalnız bu zaman, tərcümeyi-halında özünün dediyi kimi, əynindən simvolizm əbasını soyunur, “əsil həyatı görür, rus xalqını tanıyır”. Beləliklə, yazıçı həyat keşməkeşlərinin mərkəzinə keçir, “həyat laylarını çevirərək onu incəsənətdə əks etdirməyə” imkan tapır.
Lakin Aleksey Nikolayeviç Tolstoy 1917-ci il inqilabını əvvəlcə başa düşmür, onu düşməncəsinə qarşılayaraq 1919-cu ildə xaricə mühacirət edir, Fransada, sonralar Almaniyada yaşayır. O, sonralar bu illər barədə ürək ağısı ilə yazırdı: “Mühacirət illəri həyatımın ən ağır dövrüdür. Orada anladım ki, dönük olmaq, vətəndən didərgin düşmək nə deməkdir”. 1922-ci ildə Berlində Maksim Qorki ilə görüşü və onun dostcasına məsləhətləri sayəsində bu qüdrətli sənətkar ağqvardiyaçı mühacirlərlə əlaqələrini kəsir və 1923-cü ilin mayında Rusiyaya qayıdır.
Aleksey Tolstoy mühacirətdə bir çox əsərlərini, məşhur “Əzablı yollarla” trilogiyasının birinci kitabını- “Bacılar” romanını (1922, yeni redaksiyası 1925) bitirir, ikinci və üçüncü hissələri- “On səkkizinci il” (1927-1928) və “Tutqun səhər”i (1940-1941) isə o, vətənə qayıtdıqdan sonra yazır. Ümumiyyətlə, əsər üzərində 20 il (1921-1941) inam və səylə işləyir. Bununla bərabər zəhmətkeş və məhsuldar ədib, rus ədəbiyyatının gözəl bədii-fəlsəfi nümunələri sayılan “Aelita” (1922-1923), “Mühəndis Qarinin hiperboloidi” (1925-1927) fantastik romanlarını, üç hissəli “Birinci Pyotr” tarixi romanını (1929-1945), “İvan Qroznı” (1942-1943) dramatik povestini yazır.
Aleksey Tolstoya dünya şöhrəti gətirən əsərlər hələ XX əsrin 30-cu illərindən Azərbaycanda maraq doğuran doğurmuş, “Birinci Pyotr” romanı Beydulla Musayev (1936) “Aelita” Muxtar Hacıyev (1956), “Nikitanın uşaqlığı” Əsəd Zeynalov (1961), “Əzablı yollarla” Ənvər Məmmədxanlı və T. Haşımova (1961), “Mühəndis Qarinin hiperboloidi” Mikayıl Rzaquluzadə (1964) tərəfindən uğurla tərcümə olunmuşdur.
Məlumdur ki, görkəmli rus realistlərinin - Lev Nikolayeviç Tolstoyun “Uşaqlıq” Fyodor Mixayloviç Dostoyevskinin “Yeniyetmə”, Anton Pavloviç Çexovun “Çöl” kimi məşhur uşaq əsərləri onların həyatının sosial- mənəvi cəhətdən ən ağır, gərgin və təbəddülatlı məqamlarında meydana gəlmişdi. Poetik səciyyəsi etibarilə avtobioqrafik xarakter daşıyan bu əsəri də yazıçı öz oğlu Nikita Alekseyeviç Tolstoya itfah etmişdi. Necə deyərlər, müəllif öz taleyinin bədii tarixçəsini onu davam etdirəcək nəslin- oğlunun həyatına köçürmüş, beləliklə də, tarixin və taleyin əzablı yolları ilə nəsillərin yaddaşının qorunmasına nail olmuşdur.
Əsərə zəngin kolorit gətirən cəhətlərdən biri Rusiya təbiətinin ecazkar təsviridir. Rus təbiətinə və xalq həyatına, milli adət- ənənələrə məhəbbət Nikitanın qəlbində vəhdətdə formalaşır və bu iki amil onun bir şəxsiyyət və həqiqi vətəndaş kimi yetişməsinə səbəb olur. Nikitanın zərif təbiətində təmizlik, inadkarlıq və iradəlilik, həqiqətpərəstlik inamla formalaşır, onun xarakterinin bütövlüyünü, ardıcıllığını təmin edir. Aleksey Tolstoy “Gürzə”, “İvan Sudaryovun dediklərindən”, “Tufanlarda” və “Qoçaqlar” hekayələrində kənd həyatının təbii və sosial ziddiyyətlərlə dolu sərt mənzərələrini, müharibə illərini, rus həyatını ustalıqla, səmimi bir ehtiras, həqiqi vətəndaş yanğısı ilə yaradır.
“Nikitanın uşaqlığı” povestində böyük fitri istedad, mürəkkəb və ziddiyyətli taleye malik , görkəmli rus yazıçısı Aleksey Tolstoy yaradıcılığına təbiətən xas olan incə yumor, parlaq bir optimizm , mayasını real həyatdan alan simvolik-fantastik təfərrüatlar öz əksini tapmışdır. Əsərə şirinlik, cazibədarlıq gətirən bu cəhətlərə görə də hər bir oxucu onu həvəslə oxuyacaq, Nikitanın taleyi ilə yaşayacaq, bu taleyin romantikasında onun vətəninin füsunkar gözəllikləri ilə tanış olacaq, əlbəttə, 1917-ci il inqilabından əvvəlki kənd uşaqlarının ağır həyatı bəzən də oxucunu kədərləndirəcəkdir.
Aleksey Tolstoy xalq həyatından gələn koloritli bir dillə, sadə, dolğun dialoqlarla, rus uşağının taleyindən bəhs edən dinamik bir əsər yaratmışdır.
A.N.Tolstoy 23 fevral 1945-ci ildə Moskva şəhərində vəfat etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 10 yanvarda doğulanlar
- 1883-cü ildə doğulanlar
- 62 yaşında vəfat edənlər
- 23 fevralda vəfat edənlər
- 1945-ci ildə vəfat edənlər
- Novodeviçye qəbiristanlığında dəfn olunanlar
- Sankt-Peterburq Dövlət Texnologiya İnstitutunun məzunları
- Rusiya Elmlər Akademiyasının üzvləri
- SSRİ Elmlər Akademiyasının üzvləri
- SSRİ Yazıçılar İttifaqının üzvləri
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- "Stalin" mükafatı laureatları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Vikimənbəyə keçidi olan məqalələr
- SSRİ yazıçıları
- SSRİ dramaturqları
- Rusiya dramaturqları
- SSRİ Ali Sovetinin I çağırış deputatları
- Rusiyada doğulanlar
- Moskvada vəfat edənlər