39°30′ şm. e. 24°14′ ş. u.HGYO

Alonisos Dəniz Milli Parkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alonisos dəniz milli parkı
Εθνικό Θαλάσσιο Πάρκο Αλοννήσου Βορείων Σποράδων, ΕΘΠΑΒΣ
Milli parkdan bir mənzərə
Milli parkdan bir mənzərə
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 2.260 km2 ha
Yaradılma tarixi 16 may 1992
Yerləşməsi
39°30′ şm. e. 24°14′ ş. u.HGYO
Ölkə  Yunanıstan
alonissos-park.gr/index_…
Alonisos dəniz milli parkı xəritədə
Alonisos dəniz milli parkı
Alonisos dəniz milli parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alonisos dəniz milli parkı (yun. Εθνικό Θαλάσσιο Πάρκο Αλοννήσου Βορείων Σποράδων, ΕΘΠΑΒΣ) — Yunanıstanın şərq sahillərində yerləşən milli park. Avropada qorunan ən böyük dəniz sahəsidir. Onun sahəsi 2.260 km²[1] təşkil edir.

Milli parkın ərazisinə Alonisos (64 km²), həmcini 6 elədə böyük olmayan ada daxildir: Pristera (14 km²), Kira-Panayya (25 km²), Yora (11 km²), Psatura (0,76 km²), Piperion (4,2 km²) və Skandzura (6,2 km²). Parkın ərazisində üstəlik 22 kiçik adacıqlar vardır. Park Yunanıstanın Şimali Sporad rayonu ərazisində yerləşir. Milli park 16 may 1992-ci ildə adi monax suitisinin (Monachus monachus) qorunması məqsədi ilə yaradılmışdır.

Alman alimi və sənədli filmlər rejisoru Tomas Şulse-Vestrum yunan adalarında 1976-cı ildə araşdırma apararkən bölgədə qoruğun yaradılmasını zəruri hesab etmişdir. Altı il sonra, yerli balıqçılar Alonisos adasında bir park yaradılması və onun müdafiəsinə kömək göstərirlər. 1986-cı ildə Kənd Təsərrüfatı və bir necə nazirliklərin qərarları ardından bölgəni qorumaq üçün ilk sərəncam imzalanır.

Qışı qısa və uzun quru yaya malikdir. Ərzisinə Aralıq dənizi iqlimi hakimdir. Orta illik temperatur 17 °C və orta illik yağıntı isə 515 mm-dir. Avqust ayı ərzində çox güclü şimal küləkləri əsir. Atmosfer yeniləsədə, dənizdə əhəmiyyətli narahatlıq səbəb olur.

2003-cü ildə milli park ərazisində 40–250 baş arası adi monax suitisi[2][3] yaşayırdı. Sularında 300 növ balıq, balinakimilərdən isə Adi delfin (Delphinus delphis), Zolaqlı delfin (Stenella coeruleoalba), Adi qrind (Globicephala melas), Kaşalot (Physeter macrocephalus) və nadir hallarda isə Osa (Orcinus orca).[2] müşahidə edilir.

Digər Aralıq dənizinin digər adaları kimi bölgədə də iynə yarpaqlı meşələr geniş yer tutur. Burada ağcaqayın , vəhşi zeytun , ardıc və digər nadir ağac növlərinə rast gəlinir.

  1. "Marine Parks and zoos" (ingilis). 2014-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 марта 2016.
  2. 1 2 Bob Gibbons. Greece. — Oxford University Press, 2003. — С. 191–194. — 316 с. — (Travellers' nature guides). — ISBN 0198504373.
  3. Brian Garrod, Julie C. Wilson. Marine Ecotourism: Issues and Experiences. — Channel View Publications, 2003. — С. 216. — 266 с. — (Aspects of tourism). — ISBN 1873150415.