Anar Kərimov (nazir)
Anar Kərimov | |
---|---|
5 yanvar 2021 – 22 dekabr 2022 | |
Əvvəlki | Əbülfəs Qarayev |
Sonrakı | Adil Kərimli |
20 iyul 2020 – 5 yanvar 2021 | |
Vəzifədədir | |
23 may 2014-cü ildən | |
ISESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri | |
Vəzifədədir | |
17 may 2023-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 iyun 1977 (47 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 3 |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Anar Qabil oğlu Kərimov (3 iyun 1977, Füzuli rayonu) — Azərbaycan Respublikasının sabiq mədəniyyət naziri (2021–2022), Azərbaycanın UNESCO yanında sabiq daimi nümayəndəsi (2014–2020).
Həyatı
[redaktə | mənbəni redaktə et]Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir.[1]
Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir.[1]
23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmiş və o, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilmişdir.[2][3]
Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.[4] 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunmuş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir.[5][6] Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin olunmuş[7] və 22 dekabr 2022-ci tarixli Sərəncamı ilə bu vəzifədən azad edilmişdir.[8]
2023-cü ildə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri çalışır
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 1 avqust 2019[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Struktur və əməkdaşlar — Kərimov Anar Qabil oğlu". culture.gov.az. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2020-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
- ↑ "A.Q.Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 23 may 2014. 19 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
- ↑ "A.Q.Kərimovun Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 23 may 2014. 8 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
- ↑ "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 9 iyul 2019. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
- ↑ "A.Q.Kərimovun Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 20 iyul 2020. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
- ↑ "Azərbaycan Respublikası mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 20 iyul 2020. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
- ↑ "A.Q.Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 5 yanvar 2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2020.
- ↑ "A.Q.Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında". president.az. 22 dekabr 2022. 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2022.
- ↑ "UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 1 avqust 2019. 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust 2020.
- 3 iyunda doğulanlar
- 1977-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Füzuli rayonunda doğulanlar
- Bakı Dövlət Universitetinin məzunları
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın mədəniyyət nazirləri
- Azərbaycan Respublikasının mədəniyyət nazirlərinin müavinləri