Anatoli Novikov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anatoli Novikov
Ümumi məlumatlar
Doğum tarixi 18 (30) oktyabr 1896[1]
Vəfat tarixi 24 sentyabr 1984(1984-09-24) (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, bəstəkar, xormeyster[d], film bəstəkarı, xormeyster, musiqi pedaqoqu
Təhsili
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
SSRİ xalq artisti RSFSR xalq artisti RSFSR əməkdar incəsənət xadimi "Stalin" mükafatı

Anatoli Qriqoryeviç Novikov (rus. Анато́лий Григо́рьевич Но́виков: 18 (30) oktyabr 1896[1]24 sentyabr 1984, Moskva) — SSRİ bəstəkarı.

Anatoli Novikov 30 oktyabr 1896-cı ildə Rusiya imperiyası tərkibində olan Ryazan quberniyasının Skopin kəndində anadan olmuşdur. O, 1920-ci illərdən özfəaliyyət xor kollektivlərinin, peşəkar mahnı və rəqs ansambllarının bədii rəhbəri olmuşdur. Novikov mahnı bəstəkarı kimi məşhurdur. Onun mahnılarının əksəriyyəti Rusiyada vətəndaş müharibəsiİkinci Dünya müharibəsi mövzularına həsr olunmuşdur. Novikovun "Vasya-Vasilyok" (1941), "Beş güllə" (1942), "Qarabuğdayı qız" (1943), "Rusiya" (1946), "Yollar" (1946), "Dünya demokratik gənclərinin himni" (1947) mahnıları geniş yayılmışdır. O, musiqili komediyaların ("Xüsusi tapşırıq", 1965; "Vasili Tyorkin", 1971) və s. müəllifidir. Anatoli Novikov 24 sentyabr 1984-cü ildə, 87 yaşında SSRİ-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir.[2]

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]

Anatoli Novikov 1970-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. O, 1976-cı ildə Sosialist Əməyi Qəhrəmanı, 1946-cı və 1948-ci illərdə SSRİ Dövlət mükafatı ilə təltif olunmuşdur. Novikov həmçinin, 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı ordenləri və medallarla təltif edilmişdir.[2]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Новиков Анатоли Григорјевич // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 280.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]