Araxova döyüşü
Araxova döyüşü | |||
---|---|---|---|
Yunanıstan İstiqlaliyyət müharibəsi | |||
Tarix | 18-24 noyabr 1826 | ||
Yeri | Araxova, Osmanlı İmperiyası | ||
Nəticəsi | Yunanıstan zəfəri | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Araxova döyüşü — 18–24 noyabr 1826 tarixləri arasında Araxovada Yunan üsyançılar ilə Osmanlı ordusu arasında olmuş bir müharibə.
Müharibə
[redaktə | mənbəni redaktə et]Müharibədə Türklər iki hissəyə bölündü, Zemenodan və Qüds Monastrından Araxovaya köçdülər. Türklər şəhərə girməyə cəsarət etmədilər, Araxova ərazisindəki Parnassos Dağının təpələrində gizlənib özlərini gücləndirdilər.
Soyuq və qar, müharibədə böyük rol oynadı. Yunanlıların Araxovadakı evlərində sığınacaqları var idi. Türklər kənd ərazisində böyük itkilərə məruz qaldılar və ətrafları bağlandı. Mustafa Bəyin ordusunun tələyə düştüyünü öyrənəndə Türk ordusundan kömək istədi. Ancaq Karaiskakis, Türklərə köməyə gələn bütün yolları bağlamışdı.
Soyuqdan və ərzaq qıtlığından pis halda olan Türklər, Karaiskakisdən ayrılmaq üçün müqavilə təklif etdi. Qarşılığında Livadia və Amfissanın özlərinə təslim edilməsini istədi. Amma razı olmadılar. F. Mustafa, əsgərlərini cəsarətləndirirdi, lakin sonradan özünü öldürdü. 24 Noyabrda çox güclü qar yağmağa başladı, Türklər son çarə olaraq Qüds Monastrına gedən yola çatmağa çalışdılar. Yunanlar güclü qar yağdığı üçün Türklərin geri çəkildiklərin görmədilər. Fərq etdikləri anda Rumlar tələsik gedən Türkləri əzdilər.
Qaçdı-tutdu, gün batandan iki saat qabaq başlayıb gecə yarısına qədər davam etdi. Yunanların gözündən itən Türklər dincəlmək üçün dayandıqlarında ordaca da donub öldülər.
2.200 nəfərdən ibarət olan bütün Türk korpusları içindən sadəcə 200 nəfəri qurtarıldı.
Müharibənin nəticələri
[redaktə | mənbəni redaktə et]Karaiskakisin zəfəri böyük bir təsir etdi və Yunanlara azadlıq mübarizəsini davam etdirmə cəsarəti verdi. Ancaq Akropolis mühasirə altında qaldı və Analatos Müharibəsində Yunanların böyük məğlubiyyətindən sonra 25 may 1827-ci ildə təslim oldular.