40°25′34″ şm. e. 49°54′47″ ş. u.HGYO

Atletlər kəndi (Bakı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Atletlər kəndi
Xəritə
Ümumi məlumatlar
Status tamamlandı
Ölkə  Azərbaycan
Şəhər Bakı
Koordinatlar 40°25′34″ şm. e. 49°54′47″ ş. u.HGYO

Atletlər kəndiBakıda tikilmiş, Avropa Oyunlarında iştirak edən idmançıların, onların məşqçilərinin və s. iqamətgahı üçün nəzərdə tutulan yaşayış sahəsi.

Bakı şəhərinin şimal-qərb hissəsində, əsas arena olan Olimpiya Stadionunun qarşısında yerləşir. Yolun qarşısında isə Milli Gimnastika Arenası yerləşir. Atletlər kəndi idmançıları və digər iştirakçıları rahat və təhlükəsiz yaşamaq üçün bütün şəraiti təmin edir. Kənd 8-13 mərtəbəli binalardan və bir inzibati binadan ibarətdir. Yaşayış binalarına aid 1042 mənzildə 7500 insan üçün bütün şərait yaradılıb.[1]

Kənddə iki böyük restoran var. Onlardan birində Azərbaycan mətbəxinin yeməkləri, digərində isə Avropa mətbəxinin yeməkləri bişirilir. Restoranlar eyni vaxtda 3 min idmançını qəbul edə bilər və onlar saat 05:00-dan 00:00-dək işləyirlər. Bu, Avropanın ən böyük mətbəxlərindən biridir ki, oyun zamanı 80 min kiloqramdan artıq məhsullar hazırlayır.[1]

Atletlər kəndində xüsusi mərkəzlər var: poliklinika, informasiya mərkəzi, idman zalı və s. Müsabiqələrdən sonra idmançılara istirahət üçün bütün şərait yaradılıb. Atletlərin istifadəsi üçün istirahət və əyləncə üçün 24 saatlıq mərkəzlər var. Məsələn, oyun iştirakçıları videooyunlar, stolüstü tennis, bilyardlar, internetdən istifadə edə bilər, televiziya kanallarını seyr edə bilər və ya kinoya gedə bilərlər.[1]

  1. 1 2 3 "Евроигры: Грандиозная Деревня атлетов в Баку — репортаж". 2017-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-03.