Aydın Əzizbəyov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aydın Əzizbəyov
13 fevral 1992 – 6 mart 1992
PrezidentAyaz Mütəllibov
Baş nazirHəsən Həsənov
bayraq
Azərbaycan Respublikasının Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri
bayraq2
5 fevral 1991 – 22 may 1992
Əvvəlkiqurumun adı dəyişdirilib
SonrakıFərrux Zeynalov
(material ehtiyatları naziri kimi)
bayraq
Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri
bayraq2
10 mart 1989 – 5 fevral 1991
ƏvvəlkiRəhim Hüseynov
Sonrakıqurumun adı dəyişdirilib
bayraq
Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi sədrinin müavini
bayraq2
26 yanvar 1983 – 10 mart 1989
SədrRəhim Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 1945
Partiya

Təltifləri "Şərəf nişanı" ordeni

Aydın Şamil oğlu Əzizbəyov — Azərbaycan dövlət xadimi, Azərbaycan Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri (1989–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini (1992).

Aydın Şamil oğlu Əzizbəyov 1945-ci ildə anadan olmuşdur.[1] İxtisasca mühəndis-energetikdir.[2]

Əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun böyük mühəndisi kimi başlamışdır. 1968-ci ildən 1973-cü ilədək Elmlər Akademiyası Kibernetika İnstitutunun aspirantı, kiçik elmi əməkdaşı olmuşdur. 1973-cü ildən 1983-cü ilədək Azərbaycan SSR Dövləttəchizat Komitəsi respublika hesablama mərkəzinin direktoru işləmişdir.[2]

Aydın Əzizbəyov 1983-cü ildə Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1989-cu ilin mart ayında isə bu komitənin sədri təyin edilmişdir.[2] O, bu vəzifədə 1992-ci ilin may ayınadək işləmiş, paralel olaraq 1992-ci ilin fevral–mart aylarında Azərbaycan Respublikası Baş nazirinin müavini olmuşdur.

  1. The State Committees of the Republic of Azerbaijan // Who Was Who in the Soviet Union (ingilis). München; London; New York; Paris: K. G. Saur. 1992. səh. 115. ISBN 3-598-10810-9.
  2. 1 2 3 Ајдын Шамил оғлу Әзизбәјов: [Азәрбајҹан ССР Дөвләт Мадди-Техники Тәҹһизат Комитәсинин сәдри] // Коммунист. № 59 (20827). 11 март 1989-ҹу ил. С. 1.