Ayli Yurqenson
Ayli Yurqenson | |
---|---|
est. Aili Jürgenson | |
Doğum adı | Aili Jürgenson |
Doğum tarixi | 24 may 1931[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 avqust 2017[1] (86 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ Estoniya |
Fəaliyyəti | məşqçi, freedom fighter[d] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ayli Yurqenson (est. Aili Jürgenson,; 24 may 1931[1], Tallin[1] – 9 avqust 2017[1], Kеilа, Haryumaa[1]) — 1946-cı il mayın 8-nə keçən gecə Tallində sovet əsgərlərinin xatirəsinə ucaldılmış müvəqqəti taxta abidəni partladan estoniyalı məktəbli. O, məktəbli dostu Ageeda Paavel ilə birlikdə bu aksiyanı həyata keçirib. Yurqenson deyib ki, onun motivi hakimiyyət tərəfindən Estoniyanın Müstəqillik Müharibəsində həlak olan Estoniya əsgərlərinin abidələrinin dağıdılmasına görə qisas almaqdır. Hər iki məktəbli qız uzun müddətə azadlıqdan məhrum edilib. 1998-ci ildə Ayli Yurqenson Estoniyanın ən ali mükafatı olan - Qartal Xaç ordeninə layiq görülüb. Mükafatı ona şəxsən ölkə prezidenti təqdim edib.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ayli Yurqenson 25 may 1931-ci ildə Tallində anadan olub. 1946-cı ildə onun 15 yaşı var idi və məktəblərin birində 9-cu sinifdə təhsil alırdı.[2]
1946-cı il mayın 8-də axşam saatlarında Ayli dostu Ageda Paavel ilə birlikdə Tallinin mərkəzində Böyük Vətən müharibəsində həlak olmuş sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin altında partlayıcı qurğu yerləşdiriblər. Abidə ictimai nəqliyyat dayanacağının yaxınlığında yerləşirdi. Lakin partlayış nəticəsində xəsarət alan olmadı. Abidə daha sanballı monument yaradılana qədər qoyulmuş müvəqqəti taxta abidə idi. Abidə axtadan düzəldilmişdi və bu səbəbdən onu tez müddətdə bərpa etmək mümkün oldu. Belə ki, elə həmin gecə dövlət strukturları abidəni bərpa edərək yerinə qoydular. Abidə mayın 9-da səhər o, qələbə bayramının il dönümü ərəfəsində artıq yerində idi.[3]
Sovet xüsusi xidmət orqanları dərhal hadisəni törədənləri axtarmağa başladı. Ayli və rəfiqəsi Ageda hadisədə şübhəli bilinən şəxslər arasında yox idi. Lakin səkkiz gün sonra Ayli yaralı “meşə qardaşları" təşkilatının üzvlərindən (Sovet hakimiyyətini tanımayan silahlı millətçi qrupların üzvü) birinə həkim tapmağa çalışdığı zaman həbs olundu.
Sorğu-sual zamanı Ayli və rəfiqəsi Ageda hadisədə iştiraklsrını etiraf etdilər. Ayli 15 yaşını Tallin Daxili İşlər Nazirliyinin təcridxanasında qeyd edib. Tribunal onu terrorizmdə təqsirli bilib və 8 il müddətinə azadlıqdan məhrum etdi. Ayli Yurenson cəzasını Komidəki QULAQ düşərgəsində çəkib.
Qeyd edək ki, SSRİ Estoniyanı 1940-cı ildə işğal etmişdi. Respublika 1941-1944-cü illərdə alman işğalı altında olduqdan sonra yenidən sovet nəzarətinə keçdi. Sovetlər Estoniyanın müstəqilliyi uğrunda həlak olan əsgərlərə qoyulan abidələri bir dağıdırdılar. Jurqenson sonralar müsahibələrində bildirirdi ki, o, Sovet hakimiyyətinin Estoniyanın azadlığı uğrunda həlak olanların abidələrini dağıtmasına dözə bilməyərək bu addımı atıb.[4]
Həddi-büluğa çatmayan Ayli Yurenson düşərgədə ağır işlərdə çalışdı. O, kömür mədənində işləyib. Orada o, Abverin Estonlardan təşkil olunmuş "Erna" təxribat qrupunun üzvü Yülo Yoqi ilə tanış olur. Onlar orada nigaha girirlər. Həbs müddətləri bitsə də, həyat yoldaşı Yülo Joqiyə 10 il Estoniyaya qayıtmaq qadağası olduğundan cütlük yalnız 1970-ci illərin əvvəllərində Estoniyaya qayıtmağa müvəffəq ola bilirlər. Vətənində Yurqenson idman təlimatçısı kimi çalışıb. O yalnız Estoniya müstəqillik qazandıqdan sonra 1991-ci ildə tam reabilitasiya ala bildi. Estoniya Ali məhkəməsi onlara bəraət verdi.
1998-ci ildə Ayli Yurqenson və rəfiqəsi Ageeda Paavel Estoniya Prezidenti Lennart Meri tərəfindən “azadlıq döyüşçüsü” kimi hərbi xidmətlərinə görə Qartal Xaç ordeni ilə təltif olunublar.[5] Ageeda Paavel və Ayli Yurqenson (ərə gedəndən sonra soyadı Yoqi idi) hərbi xidmətlərə görə verilən bu mükafata layiq görülən yeganə qadınlardır.
O, “Vətən Birliyi” partiyasının fəaliyyətində aktiv iştirak edib. Ayli və Agedanın partlatdıqları abidənin yerində 1947-ci ilin sentyabrında “Tunc əsgər” deyilən abidənin (rəsmi adı: Tallinin azadlığı uğrunda həlak olan qəhrəmanlara abidə) açılışı oldu. Yurqenson Tallinin mərkəzində olan"Tunc Əsgər" monumentinin köçürülməsi əleyhdarları ilə geniş müzakirələrə girib. Qeyd edək ki, monument 2007-ci ildə Sovet ordusu əsgərlərinin dəfn edildiyi məzarlığa köçürülüb.
Ayli Yurqenson 2017-ci ildə, Ageeda Pavel isə 6 ay əvvəl, 2023-cü il noyabrın 1-də vəfat edib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 Aili Jõgi // Eesti spordi biograafiline leksikon (est.).
- ↑ 27. mai 2006, 00:01, et:Enno Tammer, «Õhkijamemm»: kaua me seda pronkssõdurit kardame!, et:postimees.ee
- ↑ "Koolitüdrukud õhkisid Tõnismäe «vabastajate» monumendi | Õhtuleht". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
- ↑ "«Õhkijamemm»: kaua me seda pronkssõdurit kardame! — Eesti uudised — Postimees.ee". 2013-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-02.
- ↑ "Vabariigi President". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.