41°10′11″ şm. e. 47°25′08″ ş. u.HGYO

Baş Daşağıl

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Baş Daşağıl
41°10′11″ şm. e. 47°25′08″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.137 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.288 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4811[1]
Baş Daşağıl xəritədə
Baş Daşağıl
Baş Daşağıl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baş Daşağıl (лезг. Таш Аул)Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. XIX əsrin ortalarında Aşağı Daşağıl kəndi yarandıqdan sonra nisbətən yuxarıda yerləşən eyni adlı kənd Baş Daşağıl adını almışdır.[2]

Bu kənd Baş Daşağıl kənd inzibati ərazi vahidliyinin mərkəzidir. Rayon mərkəzindən 25 kilometr şimal-qərbdə, Daşağılçayın sağ sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. "Daşağıl" oroqrafik obyekt adı bildirən oykonimdir. Sözün mənşəyi uzaq keçmişlərə gedib çıxır, odla, işıqla, Günəşlə bağlıdır. "Daş" — bərkimiş, Yerin qabığını "deşmiş", bətnindən "daş"mış, sönmüş, "daşlaşmış od"dur. "Dış Oğuz", "dışarı" sözlərindəki "dış"ın daşıdığı "çöl, bayır, xaric" mənaları da məhz "daş"ın bu ilkin mənasından yaranmışdır. Ulu Zərdüştün adındakı "düşt" (üşt, işt, aşt, daş) də Günəş (bərkimiş od) məzmunlu "daş" dır. Zərdüşt – qiymətli daş, "qızıl daş" mənası daşıyır. "Daş" çoxmənalı sözdür. Onun sonrakı mənaları da başlanğıc mənadan (bərkimiş od) doğmuşdur. "Daşağıl"ın ikinci hissəsi "ağıl" iki komponentə bölünür: "ağ" və "ıl". "Ağ" – Günəşin əsas rənglərindən biri olub çoxsaylı yer adlarının yaranmasında mühüm rol oynamışdır: Ağdam, Ağdaş, Ağbulaq, Ağqoyunlu, Ağsu, Ağçay, Ağca Qala, Ağ Meydan, Ağ Qaya, Ağ Dəniz, Ağluq və s. "Ağ" – Günəşə işarə olub ucalığı, yüksəkliyi, müqəddəsliyi bildirir. "Ağıl" "ağ olan, işıqlı, uca, hündür yer, məskən, ərazi" mənalarını daşıyır. "Mal-qara, qoyun saxlamaq üçün hasarlanmış üstüaçıq yer" (Azərbaycan dilinin izahlı lüğəti) də bu mənalardan biridir. "il" – ol, olmaqdır. "Baş Daşağıl" – "başda, yuxarıda yerləşən, daş kimi möhkəm, etibarlı, uca yer, oba, məkan"dır. Oğuz rayonunun ərazisində mənası və mənşəyi ciddi elmi tədqiqat tələb edən toponimlərdən biri də Baş Daşağıl kənd adıdır. İlk baxışda Daşağıl sözü "daş" və "ağıl" sözlərindən ibarət olub, mal-qara, qoyun-quzu saxlanılan yer kimi izah olunur. Tədqiqatçı E. Nuriyev də "Şəki-Zaqatala zonasının toponimiyası " adlı əsərində "Daşağıl" sözünün izahına məhz bu baxımdan yanaşmış, və öz fikrini əsaslandirmaq uçün qeyd etmişdir ki, həqiqətən kəndin ərazisində iki təbii mağara və bir qayaaltı daş mağara vardır. Hər bir toponim tələsikliyə yol verilmədən, onun mənşəyi, yerli coğrafi şəraiti, relyefi, yaranma tarixi, ötən tarixi dövr ərzində sözün fonetik dəyişiklikləri dərindən öyrənilməklə izah olunmalıdır. "Baş Daşağıl" toponiminə də məhz bu cür yanaşdıqda onun elmi izahına daha çox yaxınlaşırıq. Baş Daşağıl kəndinin yaxınlığında bir neçə kənd xarabalıqlarının və köhnə qəbirstanlığın olması, ərazidə Uğan mağarası, Qazanuçan, Sarıgüney, Göybayır, Salavat qayası, Ulu çay və sair qədim dövrlərlə səsləşən toponimlərin geniş yayılması əski çağlardan bu ərazidə insanların məskunlaşmasından xəbər verir. Tarixi keçmişə nəzər saldıqda məlum olur ki, istər Sasanilərin hakimiyyəti (III–VII əsrlər), istər Qafqaz Albaniyası (e.ə. IV- b.e. VIII əsrlər), istər ərəbllərin hakimiyyəti (VII–IX əsrlər), istərsə də Şirvanşahlar dövləti (IX–XVI əsrlər) dövründə Azərbaycanın ictimai- siyasi vəziyyətinin tədqiqi ilə məşğul olan bütün tədqiqatçılar, xüsusilə Z. Bünyadov, Y. Mahmudov, K. Trever, F. Məmmədova, A. Yanovski, S. Aşurbəyli, D. Şərifov, S. Qaziyev, F. Qədirov və başqaları Azərbaycanın şimal sərhədlərində yerləşən dağ kəndlərinin əslində bütün Azərbaycan ərazisinin yadelli köçəri tayfaların dağıdıcı basqınlarından qorunmasında sipər rolunu oynadığını qeyd etmişdir. Baş Daşağıl kəndi belə keçidlərdən birinin qarşısında yerləşir. Əlician çayının böyük qolu olan Daşağıl çayının (Yerli əhali bu çayı Ulu çay adlandırır) yatağının yerləşdiyi Daşağıl keçidi kəndin şimalından başlayaraq Dağıstan ərazisindəki Qıdım aşırımında tamamlanır və bu aşırım vasitəsilə hərbi Axtı yoluna birləşir. Keçidin qərb və şərq tərəfləri Böyük Qafqazın cənub-şərq yamacındakı orta dağlıq qurşağın yan dağlar silsiləsi ilə əhatə olunmuşdur. Həmin dağlar Salavat qayası adlanan ərazidə bir-birinə daha çox yaxınlaşır. Burada keçidin eni 300–400 metrdir. Daşağıl keçidinin bir qolu rayonun ərazisindəki Muxas kəndinin yuxarı hissəsində yerləşən Kilsədağın belindəki Gəmir aşırımı vasitəsilə Oğuz şəhərinə enir. F. Qədirovun "Azərbaycanın şimal müdafiə istehkamları" adlı monoqrafiyasında həmin keçid haqqında geniş məlumat vardır. Bu monoqrafiyada həmçinin qeyd edilmişdir ki, Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olan dövlətlər tarix boyu ölkənin şimal hissəsindəki keçidlərin qarşısında istehkamlar və ya keşikçi qüllələri tikmiş, şimal tərəfdən olan xarici basqınların qarşısını almaq üçün burada hərbi qüvvələr saxlamış, yaşayış məntəqələri yaratmışlar. Beləliklə, Daşağıl kəndi bölgənin əsas yaşayış məntəqələrindən bir qədər kənarda, müdafiə əhəmiyyətli yaşayış məntəqəsi kimi meydana gəlmişdir. Bu kənd həm də Oğuz rayonunun ərazisindən keçən, Şəki və Qəbələ mahallarını birləşdirən, əslində qədim Azərbaycanın şimal hissəsini Yaxın Şərq ölkələri ilə əlaqələndirən, yerli əhali tərəfindən "Xan yolu" adlandırılan qədim torpaq yoldan da 12 km kənarda yerləşir. Daşağıl toponiminin kökünü təşkil edən "daş" sözünün fonetik dəyişkənliyini nəzərdən keçirərkən də onun ilkin ifadəsinin Daşağıl kəndinin mənşəyinin tarixi və coğrafi amillərlə uyğunlaşdığının şahidi oluruq. XI əsrdə yaşamış Mahmud Kaşğarinin "Divani lüğət-ət türk" əsərində hazırda leksionumuzda istifadə olunan "daş" sözünün "taş" şəklində işləndiyini görürük. "Kitabi-Dədə Qorqud" dastanlarında da biz "taş oğuzlar" ifadəsi ilə tez-tez rastlaşırıq. Mahmud Kaşğarinin əsərində "taş sözü həm də kənar tərəf kimi izah olunmuşdur. Hamıya məlumdur ki, şifahi ədəbiyyatımızın "çağlayan bulağı" hesab olunan "Kitabi- Dədə Qorqud" dastanlarında da "taş oğuzlar" "iç oğuzlara asi olan dış oğuzlar-kənar oğuzlardır. Tədqiqatçı T. Əhmədov "Azərbaycan toponimikasının əsasları" adlı əsərində Daş Salahlı və Daş Veysəlli toponimlərini izah edərkən "daş" sözünün "kənar" mənasını əsas götürmüşdür. Azərbaycan dilinin formalaşdığı müəyyən bir tarixi dövrdə "daş" sözü ilə yanaşı eyni mənalı "dış" sözü də işlənmiş və bu söz də "dışarı" sözünün kökü olub "kənar, bayır" mənasında da izah edilmişdir. Bütün bunları həzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Baş Daşağıl toponiminin "kənar kənd" mənasında izah edilməsi tarixi və elmi nöqteyi-nəzərdən daha məqsədə müvafiqdir. O da qeyd olunmalıdır ki, konkret bir regionda eyni mənalı toponimlər olduqda yarana biləcək dolaşıqlığı aradan qaldırmaq məqsədilə əhali tərəfindən həmin adlara fərqləndirici əlamətlər əlavə edilir. T. Əhmədov yuxarıda adı qeyd oluanan əsərində göstərir ki, Azərbaycan ərazisində 10 yerdə təkrarlanan 5 toponimdə makroarealın (Şəki dialektinin) spesifikasiyasından asılı olaraq "yuxarı" əvəzinə şaquli xətt üzrə eyni mövqedə (cərgədə) onun sinonimi olan "baş" fərqləndirici əlamətindən istifadə edilmişdir. Müəllif göstərmişdir ki, Aşağı Gəldək- Baş Gəldək, Aşağı Göynük- Baş Göynük, Aşağı Layski- Baş Layski, Aşağı Künküt- Baş Künküt toponimləri kimi Aşağı Daş — Baş Daşağıl toponimləri də yuxarıda göstərilən fərqləndirici əlamət əsasında yaranmışdır. Baş Daşağıl rayonun ən qədim yaşayış məntəqələrindən biridir. Kəndin şimalında yaşı bilinməyən qədim Oğuz (tayfa) qəbirləri, cənubunda məşhur Novruz baba ziyarətgahı var. Baş Daşağıl kəndinə gedən yolun üstündə, Daşağıl keçidi qarşısında, Muxas kəndinin şimalında IX əsrin tarixi memarlıq abidəsi hesab edilən məşhur Muxas Qülləsi yerləşir.

Baş Daşağıl oyk., mür. Oğuz r-nunun eyniadlı i.ə.v.-də kənd. Daşağıl çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonim "Daşağıl yaşayış məntəqəsinin yuxarı hissəsi" deməkdir. Qədimdən Daşağıl adlandırılan ərazidə iki mağara və qayaaltı ağıl (mal-qara və ya qoyun yatağı) var. XIX əsrin ortalarında Aşağı Daşağıl kəndi yarandıqdan sonra nisbətən yuxarıda yerləşən eyniadlı kənd Baş Daşağıl adını almışdır.[3]

  • Kənddə orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi, poçt, 100 yerlik ATS, ticarət və iaşə obyektləri var.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Baş Daşağıl kəndi dəniz səviyyəsindən 1150 metr yüksəkdə, Daşağıl keçidinin başlanğıcındadır. Sol tərəfindən rayonun ən uzun (46 km) çayı olan Daşağılçay axır. Daşağıl keçidinin şərq və qərb tərəfləri Böyük Qafqazın cənub–şərq yamacındakı orta dağlıq qurşağın yan dağlar silsiləsilə əhatə olunmuşdur. Keçid şimalda, Dağıstan sərhədində yerləşən, hündürlüyü 2906 m olan Qıdım aşırımında tamamlanır. Daşağıl keçidi vasitəsilə Dağıstan ərazisində hərbi Axtı yoluna çıxmaq üçün məhz bu aşırımı keçmək lazımdır. Aşırım qədim və orta əsrlərdə hərbi məqsəd daşımışdır. İndi ekoturizm üçün faydalıdır. Burada dövlət sərhəd məqsədi yaradılmışdır. Kəndin ərazisindəki dağ yamacları, meşələr, dərələr, çay vadiləri gur çağlayan bulaqlarla, şəlalələrlə, yabanı giləmeyvələrlə, dərman bitkiləri ilə, ov heyvanları ilə zəngindir, istirahət etmək üçün olduqca əlverişlidir. Kəndin cənubunda, dağ yamacında turizm obyektləri tikilmişdir. 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir[4].

Kəndin əhalisi əsasən Dağıstanın Axtı rayonunun Sumqul,Qıdım kəndindən köç etmiş ləzgilər,Xnov kəndindən köçmüş rutullar və az saylı azərbaycanlılar təşkil edir.Əhalisi 1288 nəfərdir (1 yanvar 2017-ci il). Kənd rayonda öz ziyalıları ilə də tanınır. Buradan 10 nəfərdən çox elmlər doktoru və namizədi, respublika miqyaslı idarə, müəssisə və təşkilatlarda çalışan rəhbər şəxslər çıxmışdır.

Tarixi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007, səh.115
  3. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Şahdağ milli parkının inzibati bina kompleksinə baxış keçiriləcək. Arxivləşdirilib 2014-03-29 at the Wayback Machine (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]