14°25′ şm. e. 3°19′ q. u.HGYO

Bandiaqara uçurumu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bandiaqara uçurumu
Falaise de Bandiagara
BTMB kateqoriyası — III (Təbiət abidəsi)
Sahəsi
  • 327.390 ha
Mütləq hündürlüyü 323 m
Yerləşməsi
14°25′ şm. e. 3°19′ q. u.HGYO
Ölkə
Bandiaqara uçurumu xəritədə
Bandiaqara uçurumu
Bandiaqara uçurumu
Rəsmi adıCliff of Bandiagara (Land of the Dogons)
TipiMədəni və Təbii
Kriteriya(v), (vii)
Tarixi1989 (13-cü sessiya)
İstinad nöm.516
ÖlkəMali Mali
RegionAfrika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BandiaqaraMalidə, doqon xalqının yaşadığı ərazidə uçurum. Qum daşı qayası aşağıdakı qumlu mənzillərdən təxminən 500 metr yuxarı qalxır. Uçurum təxminən 150 kilometr uzunluğa malikdir.

Bandiaqara ərazisi bu gün Doqon xalqı tərəfindən məskunlaşmışdır. Doqonlardan əvvəl, ərazidə Tellem və Toloy xalqları yaşayırdı. Ərazidəki bir çox tikili tellemlərə aiddir. Bandiaqara uçurumu 1989-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Bandiaqara qayaları cənubdan şimal-şərqə doğru 200 km-dən çox məsafədə, Qrandamiya massivinə qədər uzanan bir qumdaşı zənciridir. Massivin sonu Malinin ən yüksək zirvəsi olan, 1,155 metr (3,789 ft) hündürlüyündəki Hombori Tondo dağı ilə biitir. Arxeoloji, etnoloji və geoloji xüsusiyyətlərinə görə bütün ərazi Qərbi Afrikada ən təsirli yerlərdən biridir.

Mağarada yaşayan bir etnik qrup olan tellemlər, sonradan doqonların gəlişi ilə uçurumun yamaclarında yaşamağa başladı. Tellem mədəniyyəti uçurumlara həkk etdikləri təsvirlərdən aşkar edilmişdir. Belə ki, onlar ərazini tez-tez basan daşqınlardan uzaq olmağı üçün ölülərini yüksəklik yerlərdə basdırırdılar.

Kani Bonzon kimi onlarla kənd uçurum boyunca yerləşir. Doqonlar ilk dəfə 14-cü əsrdə bu kəndin yaxınlığında məskunlaşmış və oradan yaylağa, uçuruma və Seno-Qondo düzənliklərinə yayılmışdı.

Yerli şifahi tarixə görə, doqonlar Bandiaqara uçurumu üzərindəki təbii tunellər səbəbiylə Fransız müstəmləkə gücləri tərəfindən nisbətən daha az narahat idi. Tunelləri yalnız doqonlar bilirdi və onlardan təcavüzkarları pusmaq və dəf etmək üçün istifadə edə bilirdi.

Müasir dövrdə

[redaktə | mənbəni redaktə et]

Bu gün yerli bələdçilər doqon kəndlərini ziyarət etmək üçün turist qruplarını müşayiət edir. Qayalıqlar boyunca bir sıra yollar keçir və hər kənddəki yataqxanalar yemək və yaşayış yerləri ilə təmin olunur. Ev sahibi kəndlər gəlirlər yataqxanalardan və turist vergisindən əldə edirlər. Yerli, ənənəvi mədəniyyətlərə təzyiq göstərən yeni bir avtomobil yolu tikildiyi üçün ərazidə turizmin böyük artımı gözlənilir.[2] Bundan əlavə, The Independent xəbər verir ki, ərazidəki zəif qorunan qədim artefaktların talan edilməsi geniş yayılıb.[3]

Nəzarətsiz turist ziyarətləri məsələsinə diqqət yetirmək üçün Dünya Abidələr Fondu (WMF – ing. World Monuments Fund) 2004-cü ildə Bandiaqaranı Dünya Abidələri Müşavirinə daxil etdi. 2005-ci ildə WMF, İdarəetmə planının hazırlanması üçün Mission Culturelle de Bandiagara layihəsinə təqaüd təyin etdi.[4] İdarəetmə planı ənənəvi binaların qorunması ilə birlikdə dünyanın tarixi rayonlarında ciddi tikinti qaydalarının yaradılması ilə yeni tikintilərin tənzimlənməsini tələb edir.

2012-ci ildə Malidəki qarşıdurmalardan sonra DoqonYaylası və Bandiaqara da daxil olmaqla ölkənin mərkəzi əraziləri getdikcə təhlükəli hala gəldi. Ərazidə terrorçu qruplar fəaliyyət göstərir və yerli etnik qruplar arasında zorakılıq gündəlik olaraq baş verir.

2018-ci ildən etibarən turizm üçün bu bölgəyə səyahət etmək olduqca məqsədəuyğun deyildir və Mali təhlükəsizlik qüvvələrinin buna cəhd edənləri geri döndərdiyi bilinir. 2018-ci ilin mart ayında silahlı qrup Bandiaqara qəsəbəsindəki BMT heyəti tərəfindən tez-tez ziyarət edilən bir otelə hücum etdi və bir neçə nəfəri öldürdü.[5]

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. Baxter, Joan. "Mali: What Price Tourism?". BBC News. 16 aprel 2001. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
  3. Smith, Alex Duval. "Mali Plunders its Desert Heritage to Feed Demand for 'Primitive' Art". The Independent. 17 mart 2001.[ölü keçid]
  4. "World Monuments Fund - Bandiagara Escarpment Cultural Landscape". 2017-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
  5. "Arxivlənmiş surət". 2018-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.