Beliz 2008 Yay Olimpiya Oyunlarında
Beliz Olimpiya Oyunlarında | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
2008 Yay Olimpiya Oyunları Pekin |
||||||||||
İştirakçılar | 4 idmançı[1] (idman növü:2) | |||||||||
Bayraqdar | Conatan Vilyams (Açılış) Trisiya Flores (Bağlanış) |
|||||||||
Medallar Yer: 0 |
Qızıl 0 |
Gümüş 0 |
Bürünc 0 |
Ümumi 0 |
||||||
Olimpiya tarixi (ümumi) | ||||||||||
Yay Olimpiya Oyunları |
||||||||||
1968* • 1972* • 1976 • 1980 • 1984 • 1988 • 1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 * Britaniya Hondurası adı altında |
Beliz 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında 4 idmançı ilə 2 idman növündə təmsil olunub. Bu olimpiada Belizin müstəqil ölkə kimi yarışlara qatıldığı sayca səkkizinci, ümumilikdə isə onuncu olimpiada idi. Beliz 1968-ci il Mexiko və 1972-ci il Münhen olimpiadaları zamanı Böyük Britaniyanın müstəmləkəsi olduğundan, yarışlarda "Britaniya Hondurası" adı altında çıxış etmişdir.
Tarixləri ərzində Yay Olimpiya Oyunlarında medal qazana bilməyən belizli idmançılar, bu oyunlarda da medal qazana bilmədilər. Kişilər arasında 400 metr məsafəyə maneələrlə qaçış yarışında iştirak edən atlet Conatan Vilyams ilkin mərhələni keçərək yarımfinala yüksəlib və bununla da olimpiya yarışlarında növbəti mərhələyə yüksələ bilən ilk belizli atlet olub. Vilyams yarımfinal mərhələsində finala çıxa bilmək üçün lazım olan nəticəni əldə edə bilməyib və olimpiadada iştirakını dayandırıb. Kişilər arasında 200 metr məsafəyə qaçış yarışında iştirak edən Ceyson Cons ilə qadınlar arasında uzunluğa tullanma yarışlarında iştirak edən Trisiya Flores isə ilkin mərhələni keçə bilməyiblər. Kişilər arasında 58 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu Alfonso Martinez ilk görüşündəcə ispaniyalı rəqibinə uduzaraq mübarizəni dayandırıb.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Belizin Olimpiya Oyunlarında debütü 1968-ci ildə Mexiko şəhərində keçirilmiş XIX Yay Olimpiya Oyunlarında baş tutub. O vaxtdan Beliz 1980-ci il Moskva olimpiadası istisna olmaqla, bütün Yay Olimpiya Oyunlarında iştirak edib. Beliz Pekin olimpiadası da daxil olmaqla, ümumilikdə Yay Olimpiya Oyunlarında 46 idmançı ilə təmsil olunmuşdur.[2] Beliz 1968-ci il Mexiko və 1972-ci il Münhen olimpiadaları zamanı Böyük Britaniyanın müstəmləkəsi olduğundan, yarışlarda "Britaniya Hondurası" adı altında çıxış etmişdir.[3][4] Beliz 1968 və 2008-ci illər arasında Olimpiya Oyunlarında medal qazana bilməmişdi.
Beliz nümayəndə heyəti Pekinə Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərindən gəlib. Nümayəndə heyətinin tərkibi 4 idmançıdan əlavə 8 vəzifəli şəxs və Belizi Olimpiya Gənclik Düşərgəsində təmsil edəcək 2 tələbədən ibarət idi.[5] "Pekin Milli Stadionu"nda keçirilən açılış mərasiminin rəsmi paradında Beliz nümayəndə heyəti sayca 100-cü sırada meydana çıxıb. Açılış mərasimində Beliz bayrağını atlet Conatan Vilyams,[6] bağlanış mərasimində isə digər atlet Trisiya Flores daşıyıb.[7]
Atletika
[redaktə | mənbəni redaktə et]Kişilər
[redaktə | mənbəni redaktə et]1977-ci ildə Almaniyada doğulan Florida Ştat Universitetinin futbol komandasının üzvü sprinter Ceyson Cons Belizi o vaxta qədər bir dəfə Yay Olimpiya Oyunlarında təmsil etmişdi. O, 2000-ci ildə Sidneydə təşkil olunmuş XXVII Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə qaçış yarışında mübarizə aparmışdı. Dörd il sonra Cons Afinada keçirilmiş XXVIII Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağı bacarmış, lakin aldığı zədə səbəbindən yarışlarda iştirak edə bilməmişdir. Pekin Yay Olimpiya Oyunları Consun karyerasında qatıldığı sayca ikinci olimpiada idi. O, Beliz nümayəndə heyəti üzvləri arasında daha öncə Olimpiada təcrübəsi yaşamış yeganə idmançı idi.[8] Avqustun 17-də "Pekin Milli Stadionu"nda keçirilən 200 metr məsafəyə qaçış yarışının təsnifat mərhələsində iştirak edən Cons, 21.54 saniyə göstəricisi ilə öz qaçışı nəticəsində 6-cı yerdə qərarlaşaraq yarışların ikinci mərhələsinə yüksələ bilmədi.[9] O, ümumi sıralamada 66 atlet arasında yalnız 53-cü ola bildi.[9]
1983-cü ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində doğulan atlet Conatan Vilyams, Pekində Belizi 400 metr məsafəyə maneələrlə qaçış yarışında təmsil edib. O, Beliz vətəndaşlığını 2006-cı ildə alıb. Pekin olimpiadası idmançının qatıldığı ilk olimpiya oyunları idi.[10] Avqustun 17-də 400 metr məsafəyə maneələrlə qaçış yarışının birinci təsnifat mərhələsi keçirilib. Vilyams 49.61 saniyə göstəricisi ilə öz qaçışı nəticəsində 4-cü yerdə qərarlaşaraq yarışların ikinci mərhələsinə yüksəlib.[11] O, finişə beşinci gələn və ikinci mərhələyə yüksələ bilməyən yaponiyalı Kenci Narisakodan cəmi 0.02 saniyə üstün olub. Vilyams birinci təsnifat mərhələsinin ümumi sıralamasında 26 atlet arasında 16-cı olub. O, olimpiya yarışlarında növbəti mərhələyə yüksəlməyi bacaran ilk belizli idmançı kimi tarixə düşüb.[12] Vilyams avqustun 16-da aralarında amerikalı Kerron Klemt və yamaykalı Denni Makfarleynində olduğu ikinci yarımfinalda mübarizə aparıb. O, 49.64 saniyə göstəricisi ilə öz qaçışında 8 atlet arasında 6-cı, yarımfinalın ümumi sıralamasında isə 16 atlet arasında 13-cü olduğuna görə yarışların final mərhələsinə adlaya bilməyib.[11]
Qadınlar
[redaktə | mənbəni redaktə et]Beliz Universitetinin keçmiş tələbəsi Trisiya Flores 2008 Yay Olimpiya Oyunlarında Belizi uzunluğa tullanma yarışlarında təmsil edib. O, bu olimpiya oyunlarında Belizi təmsil edən yeganə qadın idmançı idi.[13] Pekin olimpiadası idmançının qatıldığı ilk Olimpiya Oyunları idi. Flores avqustun 18-də aralarında braziliyalı Mauren Hiqa Maqqi, amerikalı Qreys Apşou və isveçli Karolina Klüftün də olduğu A qrupunda 21 idmançıya qarşı mübarizə aparıb. O, 5.25 metrlik dərəcə ilə A qrupunu 19-cu sırada tamamlayıb və final mərhələsinə yüksələ bilməyib. Ümumi sıralamada isə dərəcə ala bilməyən dörd atleti keçərək 42 idmançı arasında 38-ci yeri tutub.[14]
- Açar söz
- Qeyd–Yalnız idmançıların tutduğu yer haqqında məlumatlar verilir
- Q = Növbəti mərhələyə vəsiqə qazanıb
- q = Seçmə mərhələ üzrə ən sürətli məğlub kimi növbəti mərhələyə vəsiqə qazanıb
- ÖR = Ölkə rekordu
- N/A = Yarışlar üçün tətbiq olunmur
- Bye = Atlet növbəti mərhələyə vəsiqə qazanmayıb
- Kişilər
Atlet | Yarış | Təsnifat mərhələsi | Dörddəbir final | Yarımfinal | Final | Yer | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | Nəticə | Yer | Nəticə | Yer | |||
Ceyson Cons | 200 m | 21,54 | 6 | Keçə bilməyib | 53 | |||||
Conatan Vilyams | 400 m maneələrlə | 49,61 | 4 | 49,64 | 6 | Keçə bilməyib | 13 |
- Qadınlar
Atlet | Yarış | Təsnifat mərhələsi | Final | Yer | ||
---|---|---|---|---|---|---|
Nəticə | Yer | Nəticə | Yer | |||
Trisiya Flores | Uzunluğa tullanma | 5,25 | 38 | Keçə bilməyib | 38 |
Taekvondo
[redaktə | mənbəni redaktə et]Alfonso Martinez 2008 Yay Olimpiya Oyunlarında Belizi taekvondo idman növündə təmsil edib. O, Olimpiya Oyunları tarixində Belizi təmsil edən ilk taekvondoçu kimi tarixə düşüb. −58 kq çəki dərəcəsində mübarizə aparan Martinez yarışa 1/16 finaldan start verib.[15] O, 20 avqust tarixində keçirilən görüşdə ikiqat dünya və Avropa çempionu olan ispaniyalı Xuan Antonio Ramosa 1-2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.[16]
İdmançı | Yarış | 1/16 final | Dörddəbir final | Yarımfinal | Təsəlliverici qrup | Bürünc Medal | Final | |
---|---|---|---|---|---|---|---|---|
Rəqib Nəticə |
Rəqib Nəticə |
Rəqib Nəticə |
Rəqib Nəticə |
Rəqib Nəticə |
Rəqib Nəticə |
Yer | ||
Alfonso Martinez | −58 kq | M 1:2 |
Keçə bilməyib |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Belize Sending 4 Athletes to Beijing Olympic" (İngiliscə). 7 News Belize. 6 Avqust 2008. 16 Aprel 2014 tarixində arxivləşdirilib.
- ↑ "Belize" (İngiliscə). Sports-reference.com. 2008. 2015-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
- ↑ "Official Report of the Organizing Committee for the Games of the XIX Olympiad" (PDF) (İngiliscə). Beynəlxalq Olimpiya Komitəsi. 1968. 2012-06-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
- ↑ "Official Report of the Organizing Committee for the Games of the XXth Olympiad" (PDF) (İngiliscə). Beynəlxalq Olimpiya Komitəsi. 1972. 550. 2012-07-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
- ↑ Hernandez, Kim. "For the want of a Belizean flag" (İngiliscə). Los-Anceles. 26 Avqust 2008. 12 Dekabr 2014 tarixində arxivləşdirilib.
- ↑ "List of Flagbearers Bejing 2008" (PDF) (PDF) (İngiliscə). Beynəlxalq Olimpiya Komitəsi. 2008. 2011-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.
- ↑ ""List of Flagbearers Beijing 2008 - Closing Ceremony"" (PDF). olympic.org. 2012-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-04.
- ↑ McVeigh, Alex. "On Your Mark: A Conversation With Olympic Sprinter Jayson Jones" (İngiliscə). Bleacher Report. 29 Avqust 2008. 16 Aprel 2014 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "2008 Summer Olympics Results - Track and Field - Men's 200m Results" (İngiliscə). ESPN. 2008. 12 Avqust 2014 tarixində arxivləşdirilib.
- ↑ "Jonathan Williams". Sports-reference.com. 2008. 15 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 May 2012.
- ↑ 1 2 "2008 Summer Olympics Results - Track and Field - Men's 400m Hurdles Results". Beijing 2008. ESPN. 2008. 4 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2012.
- ↑ "Jonathon Williams Makes History for Belize in Beijing" (İngiliscэ). 7 News Belize. 15 Avqust 2008. 16 Aprel 2014 tarixində arxivləşdirilib.
- ↑ "Tricia Flores" (İngiliscə). Sports-reference.com. 2008. 2015-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
- ↑ "2008 Summer Olympics Results - Track and Field - Women's Long Jump Results" (İngiliscə). ESPN. 2008. 12 Avqust 2014 tarixində arxivləşdirilib.
- ↑ "Belize Taekwondo at the 2008 Beijing Summer Games" (İngiliscə). Sports-reference.com. 2008. 2014-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
- ↑ "2008 Summer Olympics Results - Taekwondo - Men's Under 58kg Results" (İngiliscə). ESPN. 2008. 26 Sentyabr 2014 tarixində arxivləşdirilib.