Cavid Hamzatov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cavid Hamzatov
belar. Джавід Шакіравіч Гамзатаў
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 27 dekabr 1989(1989-12-27) (35 yaş)
Doğum yeri
Boyu 1,76 m
Çəkisi 91 kq
İdman növü Yunan-Roma güləşi
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cavid Şakiroviç Hamzatov (doğulub. 27 dekabr 1989-cu il, Qızilyurt, Dağıstan Muxtar Sovet Sosialist Respublikası, SSRİ) - Belarusun yunan-roma (klassik) güləşçisi. Universiadanın bürünc mükafatçısı (2013), Dünya çempionatının bürünc mükafatçısı (2013), Rio Olimpiya Oyunlarının bürünc mükafatçısı (2016). Belarus Respublikasının əməkdar idman ustası (2016). Milliyyətcə ləzgidir.[1]

Cavid Hamzatov Dağıstanda anadan olub. Cavidin valideynləri Doqquzpara rayonunun Quruş kəndindən gələnlərdəndir.[2] Cavid Qızilyurdun 1 nömrəli idman məktəbində sərbəst güləşlə məşğul olurdu. İlk məşqçi Haybulla Haybullayev olmuşdur.

2006-cı ildə Belarusiyaya köçdü. Burada Malik Eskendarovun rəhbərli altında məşq etməyə başladı.[1] Belarus Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinin tələbəsidir.

84 kq çəki dərəcəsində Mogilyovda keçirilən 2012-ci il Belarusiya Çempionatında bürünc medal qazandı. Budapeştdə keçirilən 2013 Dünya Kubokunun bürünc mükafatçısıdır. 2013-cü ildə həmən çəki dərəcəsində Belarus çempionu oldu. 2013-cü ildə Kazan şəhərində keçirilən 2013 Yay Universiada Oyunlarında 3-cü yerin sahibi oldu.

Hamzatov Ulan Batorda keçirilən ilk dünya təsnifat turnirinin qalibi olaraq 2016 Yay Olimpiya Oyunlarına seçildi. Rio-de-Janeyroda keçirilən oyunlarda Cavid, uğurlu püşk sayəsində çinli Peng Fei ilə meydana çıxdı və ikinci dövrədə məğlub etdiyi. Dörddəbir finalda avstriyalı Amer Xrustanoviçi məğlub etdi. Yarımfinalda Hamzatovun rəqibi yarışın favoriti, dünya və Avropanın hazırkı çempionu, ukraynalı Jan Belenyuk idi.[3] Bütün yarış boyu Cavid bir xal belə qazana bilmədi və 0: 6 məğlub oldu. Üçüncü yer uğrundakı qarşılaşmada Hamzatov bolqar Nikolay Bayryakovanı məğlub edərək yunan-roma güləşində Belarus yığmasının ilk medal qazanan yeganə təmsilçisi oldu.

  1. 1 2 "Десять фактов о Джавиде Гамзатове, который принес Беларуси первую за 8 лет медаль Игр в борьбе | СПОРТ.TUT.BY". 2016-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16.
  2. "Кизилюртовец приносит Белоруссии медаль чемпионата мира". 2013-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16.
  3. "Olympic Weight Class Preview: Greco-Roman 85kg and 130kg". 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-16.