Ceymstaun qətliamı
Ceymstaun qətliamı (ing. Indian massacre of 1622) — 1622-ci ildə Şimali Amerikaya gəlmiş Avropalıların yaşadığı Ceymstaun şəhərində, hindular tərəfindən gerçəkləşdirilmiş qətliam. 1607-ci ildə Ceymstaun şəhəri salınanda, ilk vaxtlar gəlmələrin yerli əhali ilə münasibətləri yaxşı idi. Hər iki tərəf arasında, qarşılıqlı ziyafətlərin təşkil edilməsi bunu bir daha təsdiq edir. Hindu qəbilə başçısı, Wahunsonacock öldükdən sonra yeni başçı Opechoncanough gəlmələri hindular üçün böyük təhlükə adlandırdı və yerli döyüşçüləri pilqremlərə qarşı mübarizəyə çağırdı. Opechoncanough avropalıları şübhələndirməmək, məqsədilə hakimiyyətə gələndə onlarla yaxşı davranmağa başladı. Bu müddət ərzində, silahların hazırlanması və basqında iştirak edəcək döyüşçülərin hazırlanması sürətlə davam edirdi. 22 mart 1622-ci ildə ani hücum başlandı. Aralarında qadın və uşaqlarında olduğu 350 nəfər öldürülmüşdür.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Steve Rajtar, Indian War Sites, McFarland and Company, Inc., 1999.
- David A. Price, Love and Hate in Jamestown: John Smith, Pocahontas, and the Start of A New Nation, Alfred A. Knopf, 2003, chapter 14