Devid Harvi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Devid Harvi
ing. David Harvey
Doğum tarixi (89 yaş)
Doğum yeri Cənub-şərqi İngiltərə
Elm sahəsi Coğrafiya
İş yeri Nyu-York dövlət Universiteti
Üzvlüyü
davidharvey.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Devid Xarvi(31 oktyabr 1935[1], Cillinhem[d], Kent qraflığı) — ingilis-amerikan coğrafı, "radikal coğrafiyanın" əsasını qoyan, marksizmin davamçısı. 2007-ci ildə dünyanın ən 18 intelektual sosial elmlərlə məşğul olan mütəffəkkirindən biri kimi seçilmişdir.

Qillenximdə anadan olub (Kent, İngiltərə). Tarixçi-coğraf kimi fəaliyyətə başlamışdır. O ilk dəfə riyazi üsulların coğrafiyaya tətbiq edilməsi ilə məşğul olmuş, məşhur "Coğrafiyada izahat" (Explanation in Geography, 1969) kitabının müəllifidir. Hansı ki, həmin kitabda ingilis-amerikan məktəblərinin metodoloji və fəlsəfi mövqeləri öz əksini tapmaqdadır. Coğrafiyada mütləq yerin tənqid edilməsi işin əsasını təşkil edir ki, o da Kantın nəzəriyyəsinin məhsulu hesab edilir. 1970-ci illərin əvvəlindən etibarən, o öz yanaşmasını dəyişməklə, Villiam Bunge kimi sosial ədalət problemlərini öyrənməyə başladı. Bungeden fərqli olaraq Harvi marksistdir. 1969-cu ildə ABŞ-yə Baltimora köçdü. Şəhər gettosunun öyrənilməsi ilə yerli universitetlərdə məşğul olmağa başladı. Sonralar Harvey yaşayış yerini və təlim istiqamətlərini dəfələrlə dəyişdi:

  • Uppsala Universiteti, İsveç 1960–1961
  • Müəllim, Coğrafiya, Bristol Universiteti, Böyük Britaniya (1961–1969)
  • Professor-köməkçisi,1973-cü ildən-coğrafiya və torpaqşünaslıq şöbəsinin professoru
  • Johns Hopkins Universiteti, Baltimore, ABŞ (1969–1987 və 1993–2001)
  • Coğrafiya professoru, Oksford Universiteti (1987–1993)
  • Nyu-York Universitetinin antropologiya şöbəsinin hörmətli professoru (2001)

1970-ci illərin əvvəllərindən bəri nəşr olunan əsas əsərlər:

  • Sosial ədalət və şəhər ("Social Justice and the City", 1973)
  • Kapitalın limitləri ("Limits to Capital", 1982)-Marksist baxımından kapitalizmin coğrafi təhlili
  • Postmodernizm şərtləri ("The Condition of Postmodernity", 1989) postmodernizm ideyalarının tənqidinə həsr olunmuş bir bestseller
  • Təbiət və fərqlərin coğrafiyası ("Justice, Nature and the Geography of Difference", 1996) sosial və ekoloji ədalət haqqında
  • Ümid boşluqları ("Spaces of Hope", 2000) sosialist utopiya
  • Yeni emperyalizm ("New Imperialism", 2003) ABŞ-nin İraqdakı hərbi əməliyyatını tənqidi
  • Neoliberalizmin qısa tarixi ("A Brief History of Neoliberalism", 2005) 1970-ci illərin ortalarından etibarən neoliberal ideyaların inkişafının tənqidi təhlili.
  • Qlobal kapitalizmin boşluqları ("Spaces of Global Capitalism: Towards a Theory of Uneven Geographical Development", 2006)
  • Kosmopolitanizm və azadlıq coğrafiyası ("Cosmopolitanism and the Geographies of Freedom", 2009)
  1. David W. Harvey // Babelio (fr.). 2007.