Dost ilə birgə portret

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dost ilə birgə portret
Əsərin görünüşü
Əsərin görünüşü
Rəssam Rafael Santi
Tarixi 1518-1519
Üslubu avtoportret
Texnikası yağlı boya
Ölçüləri 99 ± 0 sm[1] × 83 sm[1]
Materialı yağlı boya[d][2]
Saxlanıldığı yer Luvr muzeyi
Saytı wga.hu/html/r/raphael/5r…
İnventar nömrəsi INV 614, MR 435
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dost ilə birgə portret (it. Autoritratto con un amico) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518–1519-cu illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Dost ilə birgə portret əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.

Tabloda təsvir olunan gənclərdən solda olan və ciddi formada düz baxan Rafael Santidir. Digər şəxsin kimliyi mübahisə doğurur. Bu şəxsin kimliyi haqqında olan fikirlərdən biri, onun Rafael Santinin şagirdi və ya köməkçisi olmasıdır. Lakin bu fikirlər öz təsdiqini tapmamışdır. Ən önəmli iddia isə bu şəxsin Rafael Santinin iki dostundan biri olmasıdır. Bunlar Polidoro-da-KaravaccoCovanni Battista Brankonio adlı şəxslərdir. Tabloda dostlardan hansının təsvir olunması isə məlum deyil. Rafael Santinin özü də qeydlərində bu barədə heç bir məlumat vermir. Tablo bir zamanlar Fransa kralı I Fransisə məxsus olmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Joconde (fr.). 1975.
  2. https://collections.louvre.fr/ark:/53355/cl010060770.