Franck

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Franck
Franck d.d
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Qida sənayesi
Məhsulları qəhvə, çay
Təsis tarixi 1892
Baş qərargahın yeri Xorvatiya: Zaqreb
Struktur
İşçi sayı 2 300
franck.eu/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Franck — Qəhvə, çay və müxtəlif atışdırmalar (qəlyanaltılar) istehsal edən Xorvatiya şirkəti. 1883-cü ildə ortaya çıxan alman transmilli şirkəti Heinrich Franck Söhnenin tərkibində 1892-ci ildə qurulur. İkinci Dünya müharibəsindən əvvəl Franck qəhvə əvəzediciləri istehsal edir[1]. Lakin məhsul çeşidi hazırda xeyli genişlənmişdir:çay, qəlyanaltılar, müxtəlif qatqılar, toz şəkər və ədviyyatlar daxildir. Şirkət 1992-ci ildə özəlləşdirilir. 2015-ci ildə Franck Intersnack ilə ortaqlığa girir və Adria Snack Company Ltd adı altında qəlyanaltıların istehsalı və satışı üçün ortaq bir müəssisə qurulur. 2017-ci ildə şirkət 125 illiyini qeyd edir[2]

Ticarət markaları

[redaktə | mənbəni redaktə et]

Franck sürətli hazırlıq və müxtəlif ləzzətlərlə xarakterizə olunan bir sıra içkilər (dərhal qəhvə və kapuçino) təklif edir. Bu çeşidə daxildir: kapuçino - Classic, Vanilya, Şokolad, Irish Cream, Coconut və ağ şokolad, Jaffa, Winter az şəkərli və kofeini olmayan, habelə Bananaccino və Jagodaccino - uşaqlar üçün isti içkilər; "klassik", "qızıl" və kafeinsiz versiyalarda dərhal qəhvə. Burada üçü birində və ikisi birində olan qəhvələr, kakao (ikisi birində) və soyuq qəhvə (Ice Coffee)

Adria Snack Company Ltd

[redaktə | mənbəni redaktə et]

Adria Snack Company Lt 2015-ci ildə əldə edilmiş razılığa əsasən qurulan Franck və Intersnack-in birgə müəssisəsidir. Tərəfdaşlığın məqsədi ləzzətli qəlyanaltılar sahəsində biznesin inkişaf etdirilməsinə yönəlmiş uzunmüddətli birgə strategiyanın həyata keçirilməsidir. Brendlərin çeşidinə Čipi čips, Kroki kroket, Tip-top, duzlu fındıq, Chio, Kelly’s, funny’frisch və Pom bar daxildir.

HoReCa paylama kanalının bir hissəsi olaraq Franck, pərakəndə satışda mövcud olmayan bəzi məhsulları təqdim edir. Bunlar: Franck Superiore Çay, Stretto və Superiore Espresso və Klassik və Bonus espresso markalarıdır.

2014-cü ildə Franck CROmpiri adlı Čipi Čip kampaniyası üçün qida kateqoriyasında «Effie Award» qızıl mükafatını qazandı. İçki kateqoriyasında Franck Café Cappuccino Get Creative kampaniyası «Get creative» gümüş mükafatını qazandı. 2012 və 2013-cü illərdə Franck Cafe ən yaxşı alış mükafatına layiq görülmüşdür.

  1. R.J. Clarke, R. Macrae Coffee: Related Beverages. Elsevier Applied Science, p. 89
  2. Times, The Dubrovnik. "Croatian coffee goes in sale in 150 American stores - The Dubrovnik Times". thedubrovniktimes.com (ingilis). 2017-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-17.