Günəşli vadinin serenadası
Günəşli vadinin serenadası | |
---|---|
ing. Sun Valley Serenade | |
Janr | musiqili |
Rejissor | Brüs Hamberstoun |
Prodüser | Milton Sperlinq |
Ssenari müəllifləri |
Robert Ellis Helen Loqan |
Baş rollarda |
Sonya Heni Con Peyn |
Operator | Edvard Kroncager |
İstehsalçı | 20th Century Fox |
Distribütor | 20th Century Fox |
İlk baxış tarixi | 21 avqust 1941 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 86 dəq. |
Ölkə | ABŞ |
Dil | ingiliscə |
İl | 1941 |
Rəng | ağ-qara |
IMDb | ID0034241 |
Günəşli vadinin serenadası (ing. Sun Valley Serenade) — baş rollarda Sonya Heni, Con Peyn, Lin Bari və Milton Berlenin oynadığı 1941-ci ildə çəkilmiş musiqili film. Bu filmdə həmçinin Qlenn Miller və orkestri də rol almışdır.
Məzmun
[redaktə | mənbəni redaktə et]Dağ-xizək kurortunun sahibi cənab Morri mövsümi işə Fila Korinin məşhur orkestrini dəvət etməyi qərara alır. Musiqiçilər razılaşırlar. Dağ-xizək kurortunda "Günəşli vadi" əyləncəyə ruh verir, hər kəsə sevinc bəxş edir; lakin vadinin sərhədində müharibə sədaları eşidilir. Orkestrin musiqiçiləri müharibə nəticəsində qaçqın olanlardan birinin qəyyumu olmağı arzu edirlər. Elə güman edirlər ki, bu, onlara elə də böyük yük olmayan kiçik yaşlı bir uşaq olacaq. Amma onların bəxtinə olduqca gözəl, gənc bir qız – Karen Benson düşür. İş elə gətirir ki, Karen həmin dəstədəki məşhur bir müğənniyə aşiq olmuş musiqiçiyə vurulur. "Günəşli vadi" kurortunda Karen vurulduğu oğlanı cəlb etmək üçün xizəkdə məmnuniyyətlə öz məharətini göstərir. Film onların qarşılıqlı məhəbbəti ilə başa çatır.
Film haqqında
[redaktə | mənbəni redaktə et]- "Günəşli vadinin serenadası" Qlenn Millerin orkestrinin iştirak etdiyi iki filmdən birincisidir.
- Norveçli Sonya Heni fiqurlu konkisürmə üzrə üçqat olimpiya çempionu olmuşdur. O, filmdə buz üstündə 3 nömrə göstərməyi arzulayırdı. Lakin 2 səhnə çəkildi. Filmin prodüseri Derril F. Zanuk Sonya Heniyə 3 nömrənin pulunu ödəməli olduğunu söyləyəndə qız əlacsız qalıb bundan imtina etdi.
- "Günəşli vadinin serenadası" Qlenn Millerin aktyor kimi kinoda ilk roludur. İkinci və sonuncu rolunu isə 1 il sonra "Orkestr üzvlərinin arvadları" filmində ifa edir. Qlenn Miller 2 il sonra aviaqəza zamanı həlak olur.
- "Günəşli vadinin serenadası" filmi əvvəlcə Aydaho ştatındakı yeni dağ-xizək kurortu olan "Günəşli vadi" üçün reklam roliki kimi nəzərdə tutulmuşdu. Lakin Millerin istedadı və Hemberstounun təşəbbüskarlığı sayəsində bu ekran nümunəsi tammetrajlı bədii filmə çevrildi.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifləri : Robert Ellis, Helen Loqan
- Rejissor : Brüs Hamberstoun
- Operator : Edvard Kroncager
- Bəstəkarlar : Mak Qordon, Harri Uorren
- Prodüser : Milton Sperlinq
Rollarda
[redaktə | mənbəni redaktə et]Aktyor | Rol |
---|---|
Sonya Heni | Karen Benson |
Con Peyn | Ted Skott |
Qlenn Miller | Fil Kori |
Milton Berl | Nifti Allen |
Linn Bari | Vivyen Doun |
Coan Devis | |
Doroti Dendric | rəqs edən qız |