Hüseynqulu xan Xoyski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hüseynqulu xan Xoyski
Şəxsi məlumatlar
Doğum tarixi 22 sentyabr 1870(1870-09-22)
Doğum yeri
Vəfat tarixi 30 iyun 1955(1955-06-30) (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti hərbi qulluqçu
Atası İskəndər xan Xoyski
Uşağı
Dini Müsəlman
Rütbəsi general, general-mayor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüseynqulu xan İsgəndər xan oğlu Xoyski (mühacirətdə: Hüseynqulu Xan Xoylu; 22 sentyabr 1870, Yelizavetpol30 iyun 1955, İstanbul) – çar ordusunun general-mayoru. Fətəli xanRüstəm xan Xoyskilərin böyük qardaşı.

Hüseynqulu xan Xoyskinin Feriköy qəbiristanlığındakı məzarı

Hüseynqulu xan Xoyski 22 sentyabr 1870-ci ildə (qəbrində 1871-ci il yazılmışdır)) Gəncə şəhərində dünyaya gəlmişdi.[1] Əsli-nəsli Cənubi Azərbaycanın Xoy şəhərindən idi. Atası İsgəndər xan rus ordususunun general-leytenatı olmuşdu. Vladiqafqaz progimnaziyasını bitirmişdi. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlamışdı. Unter-zabit rütbəsindən general-mayor rütbəsinədək ucalmışdı.

General Hüseynqulu xan Xoyski 1955-ci ildə İstanbulda vəfat etmiş və orada da dəfn olunmuşdur.

Azərbaycan Demokratik Respublikası dövründə

[redaktə | mənbəni redaktə et]

Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cumhiriyyəri dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyat yoldaşı Şirinbəyim xanımı (o, Gəncə xanı Cavad xanın nəslindən olan Əbülfət xanın qızı idi), qızı Valiyyəni, 6 aylıq nəvəsi Abbası və kürəkəni məşhur Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir bəy Kazımbəylini götürüb İrana keçmişdi. Kürəkəni sonra geri qayıtmış və 1920-ci il mayın sonunda sovet hakimiyyətinə qarşı üsyana rəhbərlik etmişdi. Hüseynqulu xan Xoyski İrandan Türkiyəyə getmişdi.

30 mart 1919-cu ildə Azərbaycan hökumətinin qərarı ilə podpolkovnik Hüseynqulu xan Xoyskiyə rəşadətli fəaliyyətinə görə polkovnik rütbəsi verilmişdir.[2]

Hüseynqulu xan Şirinbəyim xanım Əbülfət xan qızı Ziyadxanova ilə ailə qurmuşdu. Kiçik oğlu Zahid xan Xoyski 1910-cu ildə hələ Gəncədə doğulmuşdu. Hazırda Nyu-yorkda yaşayır. Nəvəsinə ulu babası, Xoy xanı Cəfərqulu xanın adına qoymuşdu.

  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
  1. Əhməd, Dilqəm. Mühacirlərin mirası. Bakı: Çapar Yayınları. 2020. 8. ISBN 978-9952-8381-4-5.
  2. Qanunverici aktlar, 1998. səh. 491