Hindən qaçış

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hindən qaçış
ing. Chicken run
Janr anime elementləri ilə animasiya
Növü Macəra
Komediya
Rejissor Nik Park
Prodüser Piter Lord
Ssenari müəllifi Nik Park
Piter Lord
Rolları səsləndirənlər Culiya Savaliya
Mel Gibson
Miranda Riçardson
Dil İngilis dili
Ölkə Böyük Britaniya Birləşmiş Krallıq
ABŞ ABŞ
Studiya Aardman Animations (Böyük Britaniya)
Distribüsiya DreamWorks Animation SKG (ABŞ)
Davametmə müddəti 84 dəqiqə
İl 2000
Büdcə $44.350.000 milyon
Gəlir $106,793,915 milyon
ID 0120630
Rəsmi sayt


Hindən qaçış (ing. Chicken run) - 2000-ci ildə 3D formatında çəkilmiş qısametrajlı animasiyadır. Bu animasiya Böyük Britaniyada 1972-ci ildə əsası qoyulmuş "Aardman Animations" studiyasının ilk qısametrajlı animasiyasıdır. Animasiyanın bütün çəkilişləri ABŞ-də "Aardman Animations" studiyası tərəfindən 2000-ci ildə aparılmışdır. Animasiya 1963-cü ildə ABŞ tərəfindən çəkilmiş "Böyük qaçış" filminə parodiyadır. Filmdəki əsirlər animasiyada toyuqlar kimi göstərilmişdir.

Hadisə 1950-ci ildə İngiltərədə Yorkşir qraflığında yerləşən bir toyuq Fermasında baş verir. Cincer, Banti, Bebs və Fouler adlı dörd toyuq digər toyuqlarla birlikdə tel hörgülər arxasında həyatlarını davam etdirməkdədirlər. Toyuqların hamısı hər gün mütləq yumurta qoymalıdırlar. Əks halda onlar cəzalandırılacaqlar. Hər gün yumurta qoymaq isə toyuqların qəzəbinə səbəb olur. Roki və Cincer ferma sahibi olan düşmənlər Kişi və Qadın Tvididən xilas olmaq üçün digər toyuqları qaçmağa razı etmək üçün çalışırlar. Sonunda qərarlarını verib cəhd edirlər. Bu vəziyyətdə ya qurtuluşa çatıb azadlıqlarına qovuşacaq, ya da ferma sahibinə tutulub qaçaqlara verilən "qızardılma" adlı cəza ilə cəzalandırılacaqlar. Lakin onların hər cəhdi uğursuzluqla başa çatır. Hər dəfə cəzalandırılan isə Cincer olur.

Bir dəfə fermaya Roki adında xoruz uçur. Roki toyuqlara uçmağı öyrətməyə söz verir. Həmçinin, söz verir ki, onlar uçaraq buradan qaça biləcəklər. Bu isə toyuqların ən böyük arzusudur. Həmin müddətdə Fermanın sahibəsi Tvidi qərara alır ki, yumurta qoymaq qazancı artırmır. Yalnız xüsusi toyuq yemi ilə qidalanmış toyuqlardan yaxşı "Toyuq piroqu" çıxa bilər. Bu hadisəni Cincer başqa toyuqlara başa salır. Artıq bundan bütün toyuqların xəbəri vardır. Cincer cəzalandırılan zaman Roki onu xilas edir. Sabahısı gün Roki yoxa çıxır. Onlar başa düşürlər ki, Roki Fermaya xüsusi uçan cihazla bura uçmuşdur. Bu səbəbdən onlar şəxsi Təyyarə düzəltməyə başlayırlar. Bu müddətdə Rokki divardan asılmış reklam afişasını: "Xanım Tvididən piroqlu toyuq" - görür. Toyuqların piroqa qatılması üçün düzəldilməyə başlayan maşın artıq hazırdır. Lakin bu müddətdə toyuqlarda şəxsi Təyyarələrini hazırlayıb başa çatdırırlar. Məlum olur ki, əvvəllər Samolyotda komandanlıq edən Yaşlı Xoruz heç də komandanlıq etməmişdir. Buna görə də, Cincer toyuqları idarə etməyə məcbur olur. Toyuqlar Təyyarə ilə uçan zaman Fermanı və Xanım Tviddinin şəxsi evini partladırlar. Xanım Tvidi Samolyotda onlara müqavimət göstərsə də, yerə düşür.

Toyuqların hamısı xilas olmuşlar. Onlar insanların bura ayaq basılmasına qadağan olunmuş adaya çatırlar. Onlar burada cücələr yetişdirməyə başlayırlar. Toyuqlarla birlikdə bura uçan siçovullar da öz Fermalarını yaratmaq istəyirlər. Amma onlar bilmirlər ki, birinci yumurtanı, yoxsa toyuqları götürsünlər.

Treklərin syahısı

[redaktə | mənbəni redaktə et]
Treklərin siyahısı
BaşlıqMüddət
1."Opening Escape"3:39
2."Main Titles"3:24
3."The Evil Mr. Tweedy"4:22
4."Rats!"1:09
5."Chickens Are Not Organized"1:01
6."We Need a Miracle"2:03
7."Rocky and the Circus"3:51
8."Flight Training"3:39
9."A Really Big Truck Arrives"5:56
10."Cocktails and Flighty Thoughts"1:58
11."Babs' Big Break"1:40
12."Flip, Flop and Fly" (Jesse Stone, Lou Willie Turner, Ellis Hall)2:09
13."Up on the Roof"3:08
14."Into the Pie Machine"3:10
15."Rocky, a Fake All Along"3:28
16."Building the Crate"3:32
17."The Wanderer" (Ernie Maresca, Dion DiMucci)2:47
18."The Chickens Are Revolting"2:45
19."Lift Off"3:41
20."Escape to Paradise"4:59
Ümumi müddət:62:21

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]