Histonlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Histonlar – sadə züllaların bir növüdür. Yunanca ″histos″- toxuma deməkdir. Histonlar toxuma zülalı kimi çoxhüceyrəli orqanizmin DNT xromatidlərində olur. Onların molekul kütləsi 11400–24000 arasında dəyişir. Elektrokimyəvi nöqteyi-nəzərdən onlar əsasi xassəlidir. Histonabənzər zülallar hüceyrənin ribosomlarında olur.

Histonların funksiyası

[redaktə | mənbəni redaktə et]

Histonların iki əsas funksiyası var: quruluş və nizamlayıcı. Quruluş funksiyası: onlar DNT-nin fəza quruluşunun stabilləşməsində iştirak edir. Nizamlayıcı funksiya irsi məlumatların DNT-dən RNT-yə verilməsini təmin etmək qabiliyyətilə əlaqədardır.

Histonların tipləri

[redaktə | mənbəni redaktə et]

Histonlar H1, H2a, H2b, H3, H4, H5 tipində olur.

  • H1 – lizinlə olduqca zəngindir.
  • H2a – argininlə zəngindir.
  • H2b – lizinin miqdarı azdır.
  • H3 – argininlə zəngindir.
  • H4 – arginin və lizinlə zəngindir.
  • H5 – balığın, quşların eritrositlərində olur.
  • A. M. Məhərrəmov, M. Ə. Allahverdiyev. "Həyat fəaliyyətinin kimyəvi əsasları", Bakı-2009