I Pyotr (Bolqarıstan çarı)
I Pyotr | |
---|---|
bolq. Петър I | |
| |
Birinci Bulqar dövlətinin XX imperatoru | |
927 – 969 | |
Əvvəlki | I Simeon |
Sonrakı | II Boris |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 910-cu illər |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | I Simeon |
Anası | Mariya Sursuvul |
Həyat yoldaşı | İrene Lekapene |
Uşaqları |
II Boris Roman |
Dini | Xristian |
Vikianbarda əlaqəli mediafayllar |
Pyotr (bolq. Петър I; 910-cu illər, Preslav – təq. 30 yanvar 970 və ya 969, Konstantinopol) — Birinci Bulqar dövlətinin imperatoru, I Simeonun ikinci oğlu idi.
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]Pyotr 27 may 927-ci ildə taxta çıxıb. Elə həmin il də Bizansa hücuma başlamışdı. İmperator I Roman sülhə gedərək nəvəsi Mariya ilə Pyotrun evlənməsinə nail olmuşdu. Mariyanın adı bu vaxt "sülh" mənasına gələn İrene ilə dəyişdirildi. İmperator çara vergi verməyə davam etdi.[1]
Üsyanlar
[redaktə | mənbəni redaktə et]Pyotr hakimiyyətə gələn kimi qardaşı Mixail ilə hesablaşmalı oldu. Lakin Mixail tezliklə vəfat etdi. İvanın üsyanı da nəticə vermədi. Ən kiçik qardaşı Bayan isə zərərsiz idi. Lakin 933-cü ildə Serbiya knyazı Çaslav Klonimiroviç həbsdən qaçaraq üsyana başlamışdı.[2]
Daxili siyasət
[redaktə | mənbəni redaktə et]Pyotrun hakimiyyəti əsasən sakit, sülh içində keçmişdir. Kilsəyə həddindən çox yardım etməsi din adamları tərəfindən rüşvət kimi görülməyə başlanmışdı.
Bizansla münasibətlər
[redaktə | mənbəni redaktə et]İrene Lekapenenin ölümü Bizansla əlaqələrin yenidən soyumasına təkan verdi. 966-cı ildə II Nikifor xərac verməkdən imtina edərək Kiyevli I Svyatoslavı bulqarların üzərinə göndərmək barədə həvəsləndirdi. I Svyatoslav 2 ilə 60.000 əsgərlə Bolqarıstanın 80 qalasını işğal etmişdi. Müttəfiqinin qalibiyyətlərindən şübhələnərək qorxan imperator Pyotr ilə sülhə tələsdi və bu dəfə Peçeneqləri Kiyevin üstünə saldı.
Ölümü
[redaktə | mənbəni redaktə et]969-cu ildə I Svyatoslavın növbəti hücumu ilə ağır məğlubiyyət yaşayan Pyotr, taxtdan əl çəkərək keşiş həyatına başladı. 30 yanvar, 970-ci ildə də vəfat etdi.
O atasına nisbətən zəif hökmdar olaraq yadda qaldı. Onun dövründə Boqomilçilik vüsət aldı.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Mariya ilə 8 noyabr 927-ci ildə evlənmiş, iki oğlu olmuşdu: