Jaklin Kennedinin çəhrayı Chanel kostyumu
Jaklin Buvye Kennedinin çəhrayı Chanel kostyumu (ing. Pink Chanel suit of Jacqueline Bouvier Kennedy) — Jaklin Kennedinin əri prezident Con Kennedi 22 noyabr 1963-cü ildə Dallasda, Texasda sui-qəsd nəticəsində öldürüldükdə geyindiyi çəhrayı kostyum.[1][2] O, həmin gün günorta yeni prezident Lindon Consonun and içməsi zamanı və Vaşinqtona qayıdarkən onun qanına boyanmış kostyumu geyinməkdə israr etmişdi. Jaklin Kennedi dəb ikonası idi və bu kostyumun onun geyim əşyaları arasından ən çox istinad ediləni olduğunu demək olar.[3][4]
Sui-qəsd
[redaktə | mənbəni redaktə et]Avtomobil Dallasda yerli küçələrlə hərəkət edərkən Jaklin Kennedi üstü açıq prezident limuzininin arxa oturacağında prezidentin sol tərəfində oturmuşdu. Odur ki, Con Kennedi başından vurulduqdan dərhal sonra onun qanı Jaklinin kostyumuna sıçramışdı.
Xəstəxanada Kennedi qana bulaşmış kostyumu geyinməyə davam etmi., lakin papağını çıxartmışdı. Bu gün papağın harada olduğu bilinmir və ona sahib olduğu məlum olan sonuncu şəxs - Jaklinin şəxsi katibi Meri Qallaqer 2022-ci ildə ölümündən əvvəl onun yerini açıqlamaqdan imtina etmişdir.[5] Bir neçə nəfər Kennedidən kostyumunu dəyişmək istəyib-istəmədiyini soruşsa da, o, imtina etmişdi. Con Kennedinin həkimi, admiral Corc Burklinin məsləhətinə baxmayaraq o, həmin kostyumu and içmə mərasimi zamanı vitse-prezident Consonla yanaşı geyinmişdir.[6][7] Mərasimin fotoşəkilində (sağda) qan ləkələri kostyumun sağ tərəfində olduğu üçün görünmür.
Vitse-prezidentin həyat yoldaşı Ledi Bird and içmə mərasimini belə xatırlayır:
Saçları üzünə tökülsə də, o çox təmkinli idi... Ona baxdım. Xanım Kennedinin paltarı qana bulaşmışdı. Bir ayağı demək olar ki, bütünlüklə onunla örtülmüşdü və sağ əlcəyi bulaşıq idi, qana bulaşmışdı – ərinin qanına. Nədənsə bu, ən təsirli mənzərələrdən biri idi – zərif geyinmiş və qana bulaşmış qüsursuz qadın.[8] |
Jaklin Kennedi qana bulaşmış kostyumu çıxarmaqdan imtina etdiyinə görə peşman olmamış, onun yeganə peşmançılığı Conson and içməzdən əvvəl üzünün qanını yuması olmuşdur.[7]
Tarixi əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Kennedinin Chanel kostyumuna "Amerikanın tarixi vicdanında əbədi olaraq yer alacaq məşhur çəhrayı kostyum" (ing. a famous pink suit which will forever be embedded in America's historical conscience), "amerikalıların saxladığı unudulmaz şəkillərdən biri: qana bulaşmış çəhrayı Chanel kostyumdakı Ceki", (ing. one of those indelible images Americans had stored: Jackie in the blood-stained pink Chanel suit),[9][10][11] "Amerika tarixindəki ən əfsanəvi geyim",(ing. the most legendary garment in American history)[12] və "sona çatan məsumiyyətin simvolu" (ing. emblematic of the ending of innocence)[13] kimi müxtəlif formalarda istinad olunmuşdur.
Geyim hal-hazırda Milli Arxivdə ictimaiyyətə qapalı şəkildə saxlanılır.[12][9] Kennedinin sağ qalan yeganə varisi Karolina Kennedinin imzaladığı sənədə görə kostyum ən azı 2103-cü ilə qədər ictimaiyyət tərəfindən görülməyəcək.[5] O zaman, 100 illik sənədin əhəmiyyəti başa çatdıqda, Kennedi ailəsinin övladları məsələni yenidən müzakirə edəcəklər.[5]
Mədəniyyətdə istinadlar
[redaktə | mənbəni redaktə et]Kostyumun yenidən yaradılmış nüsxələrindən biri 2011-ci ildə yayımlanan The Kennedys mini-seriyalı üçün Giorgio Armani tərəfindən hazırlanmışdır.[14] 2016-cı ildə çəkilmiş, Natali Portmanın Kennedini canlandırdığı Jackie filmi üçün kostyumun nüsxəsini isə dizayner Medlin Fonteyn hazırlamış, kostyum üçün düymələr, zəncir və etiket Chanel tərəfindən təmin edilmişdir.[15] Kostyumun nüsxələrindən biri də "Tac" seriyalının ikinci mövsümünün "Dear Mrs. Kennedy" adlı 8-ci bölümü üçün hazırlanıb.[16] 1996-cı ildə Simpsonlar seriyalının bölümlərindən birində Marc Simpsonun geyindiyi Chanel kostyumu Kennedinin kostyumu əsasında hazırlanmışdır.[17]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bradford, Sarah. America's queen: the life of Jacqueline Kennedy Onassis. Viking. October 26, 2000. ISBN 9780670891917. İstifadə tarixi: May 1, 2011.
- ↑ Sparks, Fred. The $20,000,000 Honeymoon Jackie And Ari's First Year. [New York] B. Geis Associates; distributed by World Pub. Co. 1970. İstifadə tarixi: May 1, 2011.
- ↑ White, Belinda. "Giorgio Armani made a Chanel suit for Katie Holmes". The Telegraph Fashion. London. April 1, 2011. June 29, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2011.
- ↑ Spencer, Lauren. The Assassination of John F. Kennedy. The Rosen Publishing Group. January 2002. səh. 8. ISBN 978-0-8239-3541-3. İstifadə tarixi: May 1, 2011.
- ↑ 1 2 3 Fiore, Faye,, Austin American-Statesman, January 30, 2011. Accessed May 6, 2011
- ↑ Talbot, David. Brothers: the hidden history of the Kennedy years. Free Press. 2007. ISBN 978-0-7432-6918-6. İstifadə tarixi: May 1, 2011.
- ↑ 1 2 Heritage Auctions; Inc. Vintage & contemporary photography. Heritage Capital Corporation. 2008. səh. 44. ISBN 978-1-59967-311-0. İstifadə tarixi: May 1, 2011.
- ↑ Picardie, Justine. Coco Chanel: The Legend and the Life. London: HarperCollins. 2010. 304–7.
- ↑ 1 2 Brawley, Steve. "Historic in Pink". Pink Pillbox. April 14, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 1, 2011.
- ↑ Craughwell-Varda, Kathleen. Looking for Jackie: American fashion icons. Hearst Books. October 14, 1999. ISBN 978-0-688-16726-4. July 23, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2011.
- ↑ Ford, Elizabeth; Mitchell, Deborah C. The makeover in movies: before and after in Hollywood films, 1941–2002. McFarland. March 2004. səh. 149. ISBN 978-0-7864-1721-6. July 23, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2011.
- ↑ 1 2 Lubin, David. "Jackie's blood-stained pink suit is a sacred relic of a nightmare". Seattle Post-Intelligencer. November 22, 2003. March 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2011.
- ↑ Picardie, Justine. Coco Chanel: The Legend and the Life. London: HarperCollins. 2010. 304–7.
- ↑ White, Belinda. "Giorgio Armani made a Chanel suit for Katie Holmes". The Telegraph Fashion. London. April 1, 2011. June 29, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2011.
- ↑ Medina, Marcy. "Natalie Portman's pink 'Jackie' suit earned Chanel's approval". Los Angeles Times. 2016-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-20.
- ↑ "Dear MRS. Kennedy". IMDb. 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-12.
- ↑ Oakley, Bill. The Simpsons season 7 DVD commentary for the episode 'Scenes from the Class Struggle in Springfield' (DVD). 20th Century Fox. 2005.