6°10′ şm. e. 62°30′ q. u.HGYO

Kanayma Milli Parkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kanayma Milli Parkı
isp. Parque Nacional Canaima
Yasper kriki.
Yasper kriki.
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 30.000 km²[1]
Yaradılma tarixi 12 iyun 1962[2]
Yerləşməsi
6°10′ şm. e. 62°30′ q. u.HGYO
Ölkə  Venesuela
Əyalət Bolivar ştatı
Kanayma Milli Parkı xəritədə
Kanayma Milli Parkı
Kanayma Milli Parkı
Rəsmi adıing. Canaima National Park
TipiTəbii
Kriteriyavii, viii, ix, x
Tarixi1994 (18-ci sessiya)
İstinad nöm.701
RegionLatın Amerikası və Karib
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kanayma.
Turistlər Kanayma laqununda.
Anhel şəlaləsi dünyanın ən hündür şəlaləsidir.

Kanayma Milli Parkı (isp. Parque Nacional Canaima) — sahəsi 30.000 km² olan, Venesuelanın cənub-şərqində yerlən Qran Sabana[3] regionunu əhatə edən milli park. Venesuelanın Bolivar ştatında yerləşir, BraziliyaQayana ilə sərhəddədir.

Milli park 12 iyun 1962-ci ildə qurulmuşdur. Sahəsinə görə Venesuelanın ən böyük ikinci (Parima Tapirapeko Milli Parkından sonra), dünyanın isə ən böyük altıncı milli parkıdır. Milli parkın sahəsi Belçika və ya ABŞ-nin Merilend ştatı qədərdir.

Sahəsinin 65 %-i milyon illər əvvəl yaranan, dik yamaclara və hamar zirvələrə malik dağlarla — tepuilərlə örtülüdür. Milli park təkrarolunmaz bioloji və geoloji müxtəlifliyə malikdir. Buradakı dik qayalar və şəlalələr (1002 metr hündürlüyü ilə dünyanın ən hündür şəlaləsi olan Anhel şəlaləsi də daxil) valehedici mənzərələr yaradır.

Milli parkdakı ən məşhur tepuilər ən hündürü və dırmaşması ən asan olan Rorayma dağıAnhel şəlaləsinin yerləşdiyi Auyantepuidir. Bu tepuilərin geoloji yaşı Cənubi Amerika ilə Afrika materiklərinin superqitə olduğu dövrə aiddir.

Milli park Karib linqvistik qrupuna daxil olan Pemon hindularının məskənidir. Pemon hindularının tepuilərlə yaxın münasibətləri var və onların inancına görə tepuilər "Mavari" ruhlarının yaşadığı yerdir. Kanayma Milli Parkı nisbətən uzaqda yerləşən milli parkdır, sadəcə çox az yolla kiçik şəhərlərlə əlaqələnib. Milli parkın daxilində nəqliyyat müxtəlif Kapuçin missiyaları tərəfindən uçuş zolaqları vasitəsilə qalxan təyyarələrlə, ayaqla və ya kanoe ilə yerinə yetirilir. Pemon hinduları burada sadə və təmtəraqlı düşərgələr salıblar və bu düşərgələr dünyanın müxtəlif yerlərindən gələn turistlər tərəfindən ziyarət olunur.

1994-cü ildə Kanayma Milli Parkı sıldırım relyef forması olan tepuilərə görə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.

Kanayma Milli Parkı zəngin faunaya malikdir və faunanın milli park boyunca paylanması müxtəlif ətraf mühit amillərindən asılıdır (yüksəklik və vegetasiya kimi). Burada yaşayan bəzi heyvan növlərinə aiddir:

  • Böyük armadillo (Priodontes maximus)
  • Braziliya susamuru (Pteronura brasiliensis)
  • Böyük qarışqayeyən (Myrmecophaga tridactyla)
  • Puma (Puma concolor)
  • Yaquar (Panthera onca)
  • İkibarmaqlı tənbəl (Choloepus didactylus)
  • Ağsifət saki (Pithecia pithecia)
  • Chiropotes israelita (Chiropotes israelita)
  • Rorayma siçanı (Podoxymys roraimae)
  • Siçan opposumu (Marmosa tyleriana)
  • Harpi qartalı (Harpia harpyja)
  • Qırmızı çiyinli ara (Diopsittaca nobilis)
  • Daski tutuquşusu (Pionus fuscus)
  • Sarı zolaqlı zəhərli nizə qurbağası (Dendrobates leucomelas)
  • Adi iquana (Iguana iguana)
  • Kolibrilər (Trochilinae)
  • Tukanlar (Ramphastidae)
  • Cənubi Amerika buşmeysteri (Lachesis muta)

Milli parkda ancaq Qran Sabana regionu üçün endemik olan 300-dən çox növ yaşayır.

  • Endemik cinslər: Achnopogon, Chimantaea, Quelchia, Tepuia, Mallophyton, Adenanthe.
  • Ətyeyən cinslər: Bromelia, Drosera, Heliamphora, Utricularia.

Milli parkda Karoni çayının sağ sahilinin bütöv çay hövzəsi, dünyanın ən hündür iki şəlaləsi Anhel şəlaləsi və Kukenan şəlaləsi, xeyli alçaq şəlalə yerləşir.

Milli parkda ən gözəçarpan relyef forması tepuilərdir. Tepuilər dik yamaclara və hamar zirvələrə malik dağlardır. Buna baxmayaraq bir neçə tepui vardır ki, bu şərtləri ödəmir. Tepuilərin zirvələrində endemik bitkiheyvanlar növlərinə rast gəlinir. Bəzi endemik bitki növləri həşəratyeyəndir, əsasən həşəratlarla qidalanırlar, lakin dağlarda onların sayı azdır. Burada yaşı 1,5-2 milyard il olan geoloji quruluşlar vardır ki, dünyanın ən qədim quruluşları hesab olunurlar. Ən məşhur tepuilər Auyantepui (Anhel şəlaləsinin töküldüyü dağ), Rorayma, Kukenan və Çimantadır.

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]

Qərb bölgəsi

[redaktə | mənbəni redaktə et]
  • Kanayma laqunu[4]
  • El Sapo və El Sapito şəlalələri[4]
  • Yuri şəlalələri
  • Mayupa sıldırımları
  • Pozo de la Felisidad
  • Orkvidea adası
  • Raton adası
  • Anhel şəlaləsi
  • Auyantepui
  • Kavak hindu kəndi
  • Uruyen mağarası
  • Kamarata hindu kəndi
  • Vareypa hindu cəmiyyəti
  • El Enkanto şəlalələri
  • Avak hindu cəmiyyəti
  • Roberto çimərliyi
  • Kanvaripa hindu cəmiyyəti
  • Karoni çayı
  • La Maloka hindu cəmiyyəti
  • Kukenan şəlalələri

Şərq bölgəsi

[redaktə | mənbəni redaktə et]
  • La Piedra de La Virgen
  • El Danto şəlalələri
  • La Arenaria
  • Monumento al Soldado Pionero
  • I Aponvao çayı
  • Tarota hamamları
  • Toronkito çuxuru
  • Toron meru şəlalələri
  • Karuay şəlalələri
  • Çinak meru şəlalələri (Aponvao şəlalələri)
  • Parupa
  • Anoten
  • Çivaton şəlalələri
  • Kavanayen elçiliyi
  • Kamoyran sıldırımları
  • Kama meru şəlalələri
  • Arapan meru (Paçeko çuxuru)
  • Soruapa çayı
  • San Fransisko de Yuruani hindu cəmiyyəti
  • Yasper kriki
  • Urue meru
  • Kukenan körpüsü çayı
  • Paraytepui hindu cəmiyyəti
  • Vonken hindu cəmiyyəti
  • Rorayma dağı
  1. "Canaima National Park". Protected Planet (ingilis). 18 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
  2. "NP Canaima". Biolib (ingilis). 3 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
  3. "La Gran Sabana". Salto-angel (ingilis). 26 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
  4. 1 2 "Canaima Lagoon". Salto-angel (ingilis). 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]