Kolumbiya Liberal Partiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kolumbiya Libral Partiyası

isp. Partido Liberal Colombiano
Loqonun şəkli
Sədri Sesar Qaviria
Lideri Rafael Pardo
Quruluş tarixi 1848
Baş qərargah
İdeologiya Liberalizm, Sosial Demokratiya, Sosial Liberalizm, COPPPAL[1]
Üzvlüyü
Saytı www.partidoliberal.org.co
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kolumbiya Liberal Partiyası (isp. Partido Liberal Colombiano) — Partiya həm də (<<L>>) kimi tanınır. Bu partiya XIX əsrdə Kolumbiya Konservativ Partiyası ilə birlikdə ölkənin iki əsas partiyası olmuşdur. Liberallar sosial-internasional qrupuna aiddir. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. İlk əvvəl partiya Konservatlar əlehinə fəaliyyət göstərirdi. Bu iki partiya arasında 1948-ci ildə münaqişə baş verir ki, bu da tarixə La Violensiya müharibəsi kimi düşür. 1958-ci ildə iki partiya arasında barışıq sazışı imzalanır və "Milli Cəbhə" yaradırlar.

Partiyanın nümayəndəsi Ernesto Samper Pisano 1994-1998 ci illərdə ölkəni idarə edir. 2002-ci ildə ölkə prezidenti Alvaro Uribe seçilir ki, oda nə Liberalardan və nə də Konservatlardan deyildi. Bu Kolumbiya tarixində ilk dəfə olaraq Demokratlardan seçilir. Liberalların nümayyəndəsi Rafael Pardo 2010-cu il prezident seçkilərində 638,302 (4,38%) səs topluyaraq altıncı olur. 2010-cu il parlament seçkilərində Deputatlar palatasına 1,856,068 (19,3%) səslə 166 yerdən 37-nə sahib olurlar. Senata isə 102 yerdən 17-si məhz bu partiyaya mənsub olur.

  1. COPPPAL.org: Países y partidos miembros Arxivləşdirilib 2016-10-23 at the Wayback Machine  (isp.)