Maliyyə siyasəti
Maliyyə siyasəti – Maliyyə qanunvericiliyinə əsaslanan, dövlətin və onun orqanlarının qarşıda duran vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan ictimai maliyyənin (dövlət və bələdiyyə idarələrinin pul fondları) yaradılmasına, yayılmasına və istifadə olunmasına yönəldilmiş dövlət və bələdiyyələrin onların orqanlarının timsalında sistematik fəaliyyətidir.
Maliyyə siyasəti həm də kateqoriya adlandırıla bilər. Bu termin adətən maliyyə menecmenti ilə məşğul olan iqtisadçılar tərəfindən tətbiq edilir. Yəni, onu maliyyə menecmenti metodu aləti və məqsədi kimi götürülən maliyyə münasibətlərinin sosial-iqtisadi mahiyyəti kimi götürsək kateqoriya kimi qəbul etməliyik.
Maliyyənin məqsədi - gələcəkdə maliyyə fəaliyyətinin ən ideal nəticələridir. Maliyyə siyasətinin məqsədi isə - dövlətin mövcud sosial münasibətlər sisteminin möhkəmləndirilməsi və maliyyə vəsaiti ilə təmin edilməsidir. Maliyyə siyasətini həyata keçirmək üçün maliyyə mexanizmindən istifadə olunur.
Maliyyə siyasətinin çatışmazlıqları
[redaktə | mənbəni redaktə et]Hal-hazırda maliyyə siyasətinin çatışmazlıqları daha kəskin nəzərə çarpır və bu respublikamızın sosial-iqtisadi inkişafını ləngidən amilə çevrilir. Bu çatışmazlıqlar aşağıdakıladır:
- Maliyyə siyasətinin doqmatik xarakter daşıması (təşəbbüskarlığın olması) və ölkənin inkişaf şəraitinin dəyişməsinə dərhal reaksiya vermək qabiliyyətinin olması.
- Strateji xarakter daşıyan konsepsiyaların işlənib hazırlanması.
- Qısa müddətdə xeyir götürmək xətrinə az əsaslandırılmış taktiki tədbirlərin həyata keçirilməsi.
- Maliyyə siyasətinin xalq təsərrüfatının faktiki vəziyyətindən ayrılması.
- Maliyyə fəaliyyətinin əsas təlabatından vəsaitə görə yaşayıb fəaliyyət göstərmək qaydasından sərf nəzər edilməsi.
- Vətəndaşların sosial tələbatlarının ödənilməsi üçün maliyyə bazası müəyyən edilərkən qalıq metodundan istifadə edilməsi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- политика невмешательства Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine