Nəzər Heydərov
Nəzər Heydərov | |
---|---|
18 may 1949 – 9 mart 1954 | |
Əvvəlki | Mir Bəşir Qasımov |
Sonrakı | Mirzə İbrahimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 mart 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 1968 (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, neftçi |
Uşaqları | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Nəzər Heydər oğlu Heydərov (29 mart 1896, Gürcülü, Zəngəzur qəzası – 30 dekabr 1968, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1949–1954).
Həyatı
[redaktə | mənbəni redaktə et]Nəzər Heydər oğlu Heydərov 1896-cı ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonu) Gürcülü kəndində anadan olmuşdur. Gorus şəhərindəki beşsinifli məktəbdə oxumuş, məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 1913-cü ildə Bakıya gələrək Ramana neft mədənlərində fəhlə olaraq işləmiş, 1918-ci ilin sonlarında mədənlərdə çalışmağı dayandıraraq doğulduğu kəndə qayıtmışdır.[1]
1919-cu ilin mart ayında Nəzər Heydərov bolşeviklər partiyasına daxil olmuş, 1918–1920-ci illərdə Zəngəzurda kəndlilər arasında inqilabi iş aparmışdır.[2] Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Qubadlı İnqilab Komitəsinin sədri təyin edilərək həmin ilin sonunadək bu vəzifədə işləmişdir. Sonrakı illərdə o, bir sıra vəzifələrdə çalışmış, Azərbaycan K(b)P Qubadlı Qəza Komitəsinin katibi, Qubadlı Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin məsul təlimatçısı olmuşdur. 1924–1926-cı illərdə Ağdaş Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, ardınca Şuşa İcraiyyə Komitəsinə başçılıq etmiş və Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi sədrinin müavini olmuşdur.[1] 1927–1928-ci illərdə Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasında çalışmışdır.[2]
Nəzər Heydərov 1928-ci ildə Azərbaycan K(b)P MK tərəfindən Moskvada təhsil almağa göndərilmiş, Stalin adına Sənaye Akademiyasının neft şöbəsini və Moskva Neft İnstitutunu bitirdikdən sonra Bakıya qayıtmışdır. 1931-ci ildən başlayaraq 18 il Azərbaycan neft sənayesində işləmiş, Molotov adına mədənin direktoru, "Əzizbəyovneft" trestinin müdiri, Azərbaycan neft texniki təchizat trestinin müdiri, "Azneft" birliyi rəisinin müavini və rəisi, "Kirovabadneft" trestinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan SSR Ali Sovetinin 1949-cu ilin may ayında keçirilmiş IV sessiyasında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilmişdir.[1] O, bu vəzifədə 1954-cü ilədək işləmiş, paralel olaraq SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. Nəzər Heydərov 1954–1959-cu illərdə "Azərnefttextəchizat" idarəsi rəisinin müavini olmuş, 1960-cı ildə isə fərdi təqaüdə çıxmışdır.[2]
Nəzər Heydərov dəfələrlə Azərbaycan K(b)P Mərkəzi Komitəsinin və Bakı Komitəsinin, Zaqafqaziya və AzərbaycanMİK-lərinin üzvü olmuşdur. 2-ci və 3-cü çağırış SSRİ Ali Sovetinin, 2-ci və 3-cü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Lenin" və "Qırmızı əmək bayrağı" ordenləri, "Qafqazın müdafiəsinə görə" və "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir.[1]
Nəzər Heydərov 30 dekabr 1968-ci ildə Bakıda vəfat etmiş[2] və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Onun Zəngəzurda inqilabi hərəkatdan bəhs edən "Zəngəzur dağlarında" adlı kitabı 1972-ci ildə yayımlanmış, rus və erməni dillərinə tərcümə edilmişdir.[2]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Nəzər Heydərovun oğlu Arif Heydərov (1926–1978) Azərbaycan SSR daxili işlər naziri olmuş, xidməti otağında qətlə yetirilmişdir. Digər oğlu Qaçay Heydərov (1920–1990) isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri olmuş, professor elmi adına layiq görülmüşdür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Нәзәр Һейдәр оғлу Һейдәров // Коммунист. № 42 (8254). 28 феврал 1950-ҹи ил. С. 2.
- ↑ 1 2 3 4 5 Һејдәров Нәзәр Һејдәр оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 162.
- Pages using the JsonConfig extension
- 29 martda doğulanlar
- 1896-cı ildə doğulanlar
- Zəngəzur qəzasında doğulanlar
- 30 dekabrda vəfat edənlər
- 1968-ci ildə vəfat edənlər
- 72 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədrləri
- SSRİ Ali Sovetinin II çağırış deputatları
- SSRİ Ali Sovetinin III çağırış deputatları
- DQMV Xalq Deputatları Sovetinin deputatları
- Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri
- Ağdaş Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri
- Qubadlı Qəza Soveti İcraiyyə Komitəsinin sədrləri
- Azərbaycan SSR qəzalarının inqilab komitələrinin sədrləri
- Azərbaycan SSR siyasətçiləri
- Azərbaycan kommunistləri
- Azərbaycan inqilabçıları
- Azərbaycan memuarçıları